"ABŞ kəşfiyyatı Çinin Uxan vilayətinin laboratoriyasından əldə etdiyi külli miqdarda viruslar barədə genetik məlumatları öyrənməkdədir". Baki-xeber.com xəbər verir ki, bu barədə məlumatı ABŞ kütləvi informasiya vasitələri yayıb.
İndi Vaşinqtonun əlində 22 000 virus haqda məlumat var və görünən odur ki, ABŞ kəşfiyyatı bu məlumatları Çin serverlərinin sındırılması yolu ilə əldə edib. CNN kanalının yaydığı məlumata görə, ABŞ kəşfiyyat təşkilatları Uxan virusologiya institutunun laboratoriyasında öyrənilən 22 min virusu analiz etməkdədir.
ABŞ kəşfiyyatının bu məlumatları necə əldə etdikləri haqda dəqiq məlumat yoxdur.
İndi ABŞ superkompyuterlərində əldə edilən məlumatların analizləri aparılır.
Çətinlik törədən odur ki, bütün məlumatlar Çin dilindədir, ona görə ABŞ kəşfiyyatı yüksək səviyyəli və güvənilə bilən mütəxəssisləri işə cəlb etməkdədir.
Ramil QULİYEV