Müdafiə naziri Sergey Şoyqu Ukrayna prezidenti Vladimir Zelenskinin Krımın Ukraynanın olub-olmayacağı ilə bağlı açıqlamalarına münasibət bildirib.
"Bilirsinizmi, belə bir Odessa andektodu var. Ziyarətçilər Katedralda qurumuş bir çeşmə haqqında soruşurlar : “Burada bulaq olub? Odessa vətəndaşı cavab verib: Niyə olub? O olub və olacaq", - deyib.
Ona görə də Ukraynanın liderləri gəlib-gedirlər və yarımada da həmişə rus olub və olacaq.
Daha əvvəl Dom telekanalına verdiyi müsahibədə Zelenski uşaqlıqda Krıma necə getdiyini xatırladı. O bildirib ki, ruslar heç vaxt bu bölgəni ukraynalılar qədər sevməyəcəklər, halbuki yarımadanın Kiyevin nəzarətinə qaytarılması zaman məsələsidir.
Dilşad