Müdafiə naziri Sergey Şoyqunun təklifi aydın səmada ildırım kimi guruldayıb. Qəfildən nə baş verdi ki, paytaxtın daha içərilərə doğru dəyişmə zərurəti yarandı?
Doğrudur, Şoyqu bu ideyanın hələ sovet hakimiyyəti dövründə mövcud olduğunu, lakin məlum səbəblərdən təxirə düşdüyünü bildirib. Lakin sovet dövründə belə ideyanın həqiqətən mövcudluğunu təsdiqləyən digər rəsmi mənbələr hələ yoxdur.
Şoyqu təklif edib ki, Sibirdə 3, ya 5 iqtisadi sənaye kompleksinə malik 300-400 min, hətta bir milyon əhalisi olan şəhərlər salmaq və paytaxtı bu şəhərlərin birinə köçürmək lazımdır. Son əsrdə dünyada paytaxtların dəyişdirilməsinə az da olsa rast gəlinir. Ancaq məsələ kifayət qədər mübahisəli qarşılanır.
Rusiyanın paytaxtının Moskvadan Sibirə köçürülməsi iqtisadi-demoqrafik əsaslı təklifdən daha çox geosiyasi qərara oxşayır.
Hazlrladı Namiq Quliyev