Vatikandan ilk dəfə ən detallı maliyyə açıqlaması - 5 mindən çox əmlak, Avropanın lüks bölgələrində yatırımlar...

img

Xristian Katolik dünyasının mərkəzi olan Vatikan, tarixində ilk dəfə sahib olduğu əmlakların sayını açıqlayıb. Bu günə qədər ən detallı maliyyə açıqlamalarından birini reallaşdıran Vatikanın 5 mindən çox əmlaka sahib olduğu ortaya çıxıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, 50 səhifəni aşan sənədlər Vatikanın İtaliyada 4051, xaricdə isə təxminən 1120 əmlaka sahib olduğunu göstərir.

İtaliyadakı əmlakının təqribən 14-nün bazar dəyəri ilə icarəyə verildiyi, digərlərinin isə kilsə işçilərinə endirimli qiymətlərlə icarəyə verildiyi bildirilir. Mülklərin 40 faizi məktəblər, monastırlar və xəstəxanalardan ibarətdir.

Sənədlərdə Vatikanın London, Cenevrə, Lozanna və Parisin lüks bölgələrində əmlak investisiyalarına sahib olduğu ortaya çıxır.

Son xəbərlər