Köçəryan 10 noyabr barədə: “Biz artıq dişlərimizin olmadığını göstərdik”

Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan 10 noyabr bəyanatını planlaşdırılmış məğlubiyyət texnologiyası adlandırıb.
Bununla bağlı o 3 televiziya şirkətinin nümayəndələrinə verdiyi müsahibədə Ermənistan sərhədlərindəki vəziyyəti şərh edərkən deyib: “Bu bir xəyanət kimi deyil, qurtuluş kimi qəbul ediləcəkdir”.
Köçəryan “biz artıq dişlərimizin olmadığını və dövlətin layiqli bir cavab vermək istəyi olmadığını göstərdik” - deyə əlavə edib.
Namiq QULİYEV