“Putin Ermənistana nə qədər təzyiq göstərsə, orada Avropa Birliyinin varlığı artacaq”

img

“Son aylarda Avropa Birliyindən alternativ bir təklifin formalaşması səbəbindən Rusiya Ermənistana həddindən artıq təzyiq edə bilmir”.

“Bakı-Xəbər” xəbər verir ki, bu sözləri Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Safaryan ArmInfo-ya bildirib.

Erməni ekspert bildirib: "AB-nin Ermənistana təklif etdiyi təkliflər paketindən və ölkəmizə 2,6 milyard avro həcmində yatırımlarından bəhs edirik. Mümkündür ki, bu məbləğlərlə ölkəmizin bütün problemləri həll olunmasın,  amma bu investisiyalar bizim üçün can damarı, bir paraşütdür. Qətiliklə düşünmürəm ki, Ermənistanda, xüsusən də Sünikdə bu qədər sərmayə qoysanız, Avropa Putin, Ərdoğan və Əliyevin dəhliz oyunlarını səssizcə izləyəcək. Bu miqyaslı investisiyaların strateji xarakter daşıdığı göz qabağındadır. Putin də öz növbəsində mükəmməl bir şəkildə başa düşür ki, Ermənistana nə qədər çox təzyiq göstərsə, Ermənistanda Avropa Birliyinin varlığı bir o qədər artacaq".

Namiq QULİYEV

Son xəbərlər