Hindistanda koronavirusdan 4.7 milyon insan ölüb... Alimlər dünyanı şoka salan rəqəmlər açıqladı

img

Mütəxəssislər Hindistanda yeni növ koronavirusdan (COVİD-19) həyatını itirənlərin sayının rəsmi rəqəmlərdən 10 qat çox ola biləcəyini açıqlayıb.

Baki-xeber.com xarici mediaya istinaddən xəbər verir ki, hindistanlı iqtisadçı Arvind Subramanian, Harvard Universitet və mərkəzi qərargahı Vaşinqtonda yerləşən bir mərkəzin iki əməkdaşı tərəfindən koronavirus itkiləri ilə bağlı araşdırma aparılıb.

Araşdırmada, yoluxmaların çox olduğu dövrdə dolu olan xəstəxanalarda, səhiyyə xidmətlərinin ağsaması səbəbindən COVİD-19-dan ölənlərin sayısının düzgün aparılmaması qənaətinə gəlinib.

Hindistan Səhiyyə Nazirliyinin açıqladığı 414 mindən çox ölüm rəqəmlərinə toxunulan araşdırmada, 2020-ci ilin yanvar və 2021-ci ilin iyul ayları arasında həyatını itirənlərin sayının 3-4,7 milyon arasında ola biləcəyi qeyd edilir.

Mütəxəssislər müxtəlif  metodlarla ölkə daxilindəki bütün səbəblərdən ölənlərin sayı ilə bağlı rəsmi rəqəmlər əldə ediblər. Araşdırmada əldə edilən bu rəqəm əvvəlki illərdəki ölümlərin sayı ilə müqayisə edilərək, Hindistanda koronavirusdan milyonlarla insanın həyatını itirdiyi nəticəsinə gəlinib.

Araşdırmada dəqiq bir rəqəm söyləməyin çətin olduğu, ancaq epidemiyadan ölənlərin sayının rəsmi rəqəmlərdən daha çox ola biləcəyi ifadə edilir.

Mütəxəssislər epidemiyadan milyonlarla insanın ölümünü ölkədə 1947-ci ildən sonra ən pis humanitar faciə kimi xarakterizə edir.

COVİD-19 məlumatlarının tərtib olunduğu "Worldometers" saytına görə, 31 milyon 174 min 322 yoluxmanın qeydə alındığı Hindistanda, 30 milyon 353 min 710 nəfər sağalıb.

Son xəbərlər