Avropada daşqınlar - Almaniya və Belçikada ölənlərin sayı yüzə yaxınlaşır, mindən çox insanın taleyindən xəbər yoxdur

img

Almaniyada şiddətli sel daşqınları nəticəsində 80 nəfər ölüb, 1300 nəfər itkin düşmüş hesab olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bild"-ə istinadən xəbər verir.

Qeyd olunur ki, 30 nəfər Şimali Reyn – Vestfaliya, daha 50 nəfər isə Reynald-Pfaltz torpağında sel qurbanı olub.

"Təəssüflər olsun ki, bu rəqəmlərin artma ehtimalı var", - deyə polis nümayəndəsi bildirib.

Hazırda Almaniyada dağıntıların aradan qaldırılması işləri aparılır. Hərbçilər də bu prosesə cəlb olunub. Onlarla yaşayış evinə ciddi zərər dəyib. Təbii fəlakətin baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb, avtomobil trasları bağlanıb.

Belçikada da sel daşqınları nəticəsində 11 nəfər ölüb.

Türkiyədə yağan yağışlar çayların daşması ilə nəticələnib.  Belə ki, Türkiyənin Rize vilayətində baş verən sel zamanı ölənlərin sayı 7 nəfərə çatıb. Təbii fəlakət nəticəsində, həmçinin 13 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.

Son xəbərlər