Ersin Tatar qazilərə "Şimali Kipr sizin sayənizdə dövlət oldu" dedi

img

Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar Diyarbəkirdə Kıbrıs qaziləri ilə görüşüb.

Bu barədə "Bakı Xəbər"ə ŞKTC-nin Azərbaycan Nümayəndəliyindən bildirilib. Xəbərə görə, Diyarbəkir Şəhid Ailələrinə Yardım və Həmrəylik Dərnəyi (DİŞAD) mərkəzində təşkil edilən, yüzlərlə Kıbrıs qazisinin və çox sayda vətəndaşın qatıldığı tədbirdə çıxış edən Ersin Tatar 1571-ci ildən bəri Kiprdə Türk xalqının varlığı uğrunda bir mücadilə verildiyini və 20 iyul 1974-cü il tarixinin bu mücadilənin ən önəmli günü olduğunu qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin 20 iyul tarixində böyük bir heyətlə Kiprdə olacağını xatırladan Tatar "Birlikdə 20 iyul və bayram günlərində milli maraqlarımızın qorunması istiqamətində yürütdüyümüz doğru siyasəti qeyd edəcəyik", deyə bildirib.

"Əziz qazi qardaşlarım, biz sizi unutmadıq, unutmayacağıq. Şəhidlərimizi və qazilərimizi heç vaxt unutmayacağıq. Şimali Kipr sizin sayənizdə dövlət oldu.

Prezident seçilməyimlə və Türkiyənin dəstəyi ilə Kiprdə yeni bir siyasət həyata keçiririk. Kiprdə bir həll yolu olacaqsa, bu, suveren əsasda iki bərabər dövlət formatındadır. Federasiya oyunu ilə Türkiyənin adadan uzaqlaşdırılması məqsədi güdülür. Buna heç vaxt imkan verməyəcəyik",- o deyib.

"Türkiyəni çox sevirəm" deyən Tatar ölkəsinin Şərqi Aralıq dənizində öz hüquqları üçün Türkiyə ilə birgə mübarizəyə davam edəcəyini vurğulayıb.

SAMİRƏ

 

Son xəbərlər