Lavrov Tacikistana hücum olarsa, KTMT-nin atacağı addımları açıqladı

img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Əfqanıstana göndərilməsi ehtimalını şərh edərkən bildirib ki, cavab aydındır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Öz qoşunlarımızı Əfqanıstana göndərəcəyikmi? Mən hesab edirəm ki, cavab aydındır", - deyə Rusiya XİN rəhbəri Uzaq Şərq Federal Universitetində çıxışı zamanı bildirib.

Lavrov, eyni zamanda vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstandan olan yaraqlıların hücumu olacağı təqdirdə Tacikistana kömək məsələsini dərhal müzakirə edəcək.

Qeyd edək ki, ötən gün İranın paytaxtı Tehranda Əfqanıstan hökumətinin və Taliban hərəkatının nümayəndələri arasında danışıqlar başlayıb.

Birləşmiş Ştatlar Prezidenti Co Bayden aprelin 14-ü Əfqanıstanda hərbi əməliyyatları dayandırmaq barədə qərar qəbul edib. Bu əməliyyat ABŞ tarixində ən çox davam edən xarici hərbi kampaniyadır.

Son xəbərlər