Avropanın 3 ölkəsindən 85 azərbaycanlı deportasiya olundu

img

Almaniya, Belçika və Niderlanddan bu ilin əvvəlindən 85 azərbaycanlı deportasiya olunub.

"Report"un Avropa bürosunun yerli miqrasiya xidmətlərinə istinadən məlumatına görə, bunlardan 65 nəfər Almaniyadan, 15 nəfər Belçikadan, 5 nəfər isə Niderlandan deportasiya olunub. Almaniyadan deport olunanlardan 1 nəfər intihara cəhd edib.

Deport olunanlardan 70 nəfəri Azərbaycan vətəndaşıdır. Qalanları Rusiya, Gürcüstan və Qazaxıstan vətəndaşı olan azərbaycanlılardır.

Son xəbərlər