Əfqanıstan hərbi rəsmiləri ABŞ hərbçilərinin gecə ilə səssiz-sədasız elektiriki bağlayıb Baqram hava limanını tərk ediyini xəbər verir. Rəsmilərin bildirdiyinə görə, ABŞ hərbçilərinin gedişindən Əfqan komandir iki saat sonra xəbər tutub.
Baqram hava limanı Taliban və Əl-Qaidə ilə mübarizədə əsas mərkəz rolu oynayırdı.
Ötən cümə günü Pentaqon avqust ayının sonuna qədər hava bazasından qoşunların çıxarılması prossesinin tamamlanacağını bildirmişdi.
Baqram hava limanının yeni rəhbəri, general Mir Əsədulla Xostani bildirib ki, amerikalıların Baqram hava bazasını tərk etməsi barədə şaiyələr eşitdik... və nəhayyət səhər saat 7-ə qədər hərbçilərin bazanı tamamilə tərk etdiyini təsdiqlədik".
ABŞ-ın hərbi rəsmisi Polkovnik Sonni Leggett Əfqan hərbçilərin şikayyətinə cavab verməyib. O, keçən həftə verilən açıqlamaya istinad edərək tərk etmənin ABŞ-ın Əfqanıstanlı liderlərlə koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.
Açıqlamada həmçinin bildirilir ki, Prezident Co Baydenin aprel ayının ortalarında Əfqanıstanda qalan son hərbi qüvvələrin tamamı ilə çıxarılacağını elan etməsindən sonra hava bazasının təhvil verilməsi prossesi başlayıb.
Digər tərəfdən ABŞ və NATO hərbçiləri Əfqansıtandan çıxdıqca Taliban nəzarət etdiyi bölgələri genişləndirib.
Hava bazasını jurnalistlərə açıq elan edən Əfqan komadir bildirib ki, ABŞ həbçiləri bazada 3 milyon 500 min ədəd inventar tərk edib. Bunlara on minlərlə şüşə su, enerji içkisi, hazır yeməklər, qapı dəstəyi, pəncərə, telefon kimi əşyalar da daxildir.
Amerika ordusu, həmçinin minlərlə sivil nəqliyyat vasitələri, yüzlərlə zirehli nəqliyyat, kiçik silahlar və arsenal tərk etsə də, iriçaplı silahları özləri ilə apardığı xəbər verilir. İriçaplı silahların sursatı isə hərbçilər hava bazasını tərk etməzdən əvvəl məhv edilib.