Tacikistanda COVİD-19-a qarşı peyvəndlənmə məcburi olub. Baki-xeber.com xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə Komissiyası qərar qəbul edib.
Qərara əsasən 18 yaşdan yuxarı vətəndaşlar üçün vaksin məcburi olacaq.
Bundan başqa, xaricdən gələnlər 10 gün ərzində karantin şəraitində qalacaq.
Qeyd edək ki, Tacikistan bu qərarla koronavirusa qarşı vaksini məcburi edən ilk ölkə oldu.