Ermənistan hakimiyyət dairələrində xarici işlər naziri və onun müavinləri vəzifəsinə namizədlərin fəal axtarışı gedir. Sputnik Azərbaycan bu barədə Ermənistan mətbuatına istinadla məlumat yayıb.
"Hazırda seçim Baş nazirin müavininin səlahiyyətlərini icra edən Mger Qriqoryanın üzərində dayanıb", – deyə mətbuat yazır.
O da qeyd olunur ki, Qriqoryanın namizədliyi Rusiya tərəfindən qəbulediləndir, bundan başqa, o, böyük iş təcrübəsinə malikdir.
Qriqoryan özü isə bu məsələyə münasibət bildirmək istəməyib, sadəcə, onda belə bir məlumatın olmadığını qeyd edib. "Bəs belə bir təklif gələrsə, qəbul edərsinizmi?" sualına cavabında isə yeni hökumətin formalaşdırılması ilə bağlı suallara cavab vermədiyini deyib.