İranın yeni seçilən prezidenti İbrahim Rəisi bəyan edib ki, amerikalı həmkarı Co Baydenlə görüşmək niyyətində deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rəisi bu gün mətbuat nümayəndələri üçün keçirdiyi görüşdə bildirib.
"İran Tehran üzərindən sanksiyaların aradan qaldırılması ilə bağlı prezident Co Baydenlə görüşmək niyyətində deyil", - deyə Rəisi qeyd edib.
O, həmçinin bildirib ki, rəsmi Vaşinqton sanksiyaları aradan qaldırmalıdır: "ABŞ İrana qarşı sanksiyaları aradan qaldırmalıdır, onlar nüvə sazişini pozdular. Avropa İttifaqı da sazişin müddəalarına əməl etməyib".
Qeyd edək ki, ötən cümə günü İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanaraq qalib gəlib.