Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar 18-20 iyun tarixlərində Türkiyənin dəvəti ilə Antalyada keçiriləcək "Antalya Diplomatiya Forumu" na (ADF) qatılmaq üçün Türkiyəyə gedib.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçiriləcək və Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun ev sahibliyi edəcəyi forum dünyanın hər yerindən dövlət və hökumət başçıları ilə xarici işlər nazirlərini bir araya gətirəcək.
"Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda keçiriləcək Antalya Diplomatiya Forumunun gündəmdəki mühüm regional və qlobal məsələlərin həll yönümlü şəkildə müzakirə ediləcəyi və beynəlxalq problemlərin diplomatiya yolu ilə həll edilməsinə imkan yaradacağı bildirilir.
Antalyadakı NEST Konqres Mərkəzində keçirilən forum 18 iyunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun forumun təqdimatı ilə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqini söylədiyi forum, dövlət və hökumət başçılarının və iştirakçıların iştirak edəcəyi panellərlə davam edəcək.
Forum Mövlud Çavuşoğlunun 20 iyun saat 11: 00-da keçiriəcəyi mətbuat konfransı ilə başa çatacaq.