Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - "Bayden gümrah görünür"

img

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni peşəkar adlandırıb. "Onunla çox diqqətlə işləmək lazımdır, heç nəyi buraxmamaq üçün. O özü də heç nəyi buraxmır, inandırım sizi", - Rusiya lideri Ali Dövlət idarəetməsi məktəbininkadr ehtiyatları proqramının məzunları ilə görüşdə bildirib.

O Baydenlə bir-birilərini həlledici mövqelər üzrə başa düşdüklərini qeyd edib.

Həmçinin Putin vurulayıb ki, ABŞ prezidentinin KİV-in təsvir etdiyi obrazı həqiqətə uyğun deyil.

"Bayden gümrah görünür. Biz onunla iki saat yarım danışdıq, o tamamilə gümrahdır", - dövlət başçısı təəssüratlarını bölüşüb.

Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşçüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.

Son xəbərlər