Türkiyə XİN Afina toplantısını "...heç bir mənası və dəyəri yoxdur" deyərək dəyərləndirdi

"Afinada 7 Avropa Birliyinə üzv ölkənin toplantısının sonunda yayımlanan Birgə Bəyannamənin bizim üçün heç bir mənası və dəyəri yoxdur".
Baki-xeber.com-un xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç 7 AB üzvü ölkənin Afinada keçirdyi toplantının sonunda yayımlanan ortaq açıqlamaya reaksiya verərkən deyib.
Bu formatın Kipr məsələsi və Şərqi Aralıq dənizi ilə əlaqəli Yunan-Kipr ikilisinin maksimalist tələblərini və siyasətlərini müdafiə etdiyini bildirən Bilgiç hər il təkrarlanan birtərəfli və təktərəfli münasibətin sülh, sabitlik və bölgədəki əməkdaşlığın inkişafını təmin etməsinin mümkün olmadığını qeyd edib.
Daha əvvəl də bildirildiyi kimi, Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti olmadan həqiqi bir iş ortamı yarada bilməyəcəyini vurğulayan Bilgiç "Bu münasibətlə Prezidentimizin Şərqi Aralıq dənizi ilə əlaqədar regional bir konfrans təklifini bir daha xatırlamaq istəyirik",- deyib.