İsveçrə Putin-Bayden görüşü zamanı hava məkanını da bağlayacaq

img

İsveçrə hökuməti iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında keçiriləcək görüşlə əlaqədar hava məkanının bir hissəsini bağlayacaq.

Trend-in məlumatına görə, bu barədə İsveçrə hökumətinin qərarında deyilir.

Qeyd olunur ki, prezidentlərin görüşü ilə əlaqədar Cenevrə üzrə hava məkanının bağlanması təklifi qəbul edilib.

Qərar iyunun 15-17-də qüvvədə olacaq.

Son xəbərlər