çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Şəmsiyyə Kərimova: “Ömrümdə bircə dəfə asi olmuşam, Allaha üsyan etmişəm, o da tək övladımı itirəndə...” - MÜSAHİBƏ

Image


Hər bir insan taleyi ilə birgə doğulur. Bəziləri taleyi ilə razılaşır, bəziləri isə taleyini dəyişdirmək üçün cəhdlər edir. 70 yaşı tamam olan Əməkdar jurnalist, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova Tanrının bəxş etdiyi alın yazısı ilə barışan, arzularının ardınca qanadlanan, həyatının ən ağır məqamlarında belə pozitivliyini itirməyən bir qələm adamı, vətəndaş kimi tanınır.

70 illiyi münasibətilə Şəmsiyyə Kərimovadan götürdüymüz müsahibədə onun ömür yoluna boylandıq...

- Uşaqlığımın çoxu palçıqdan divarları, torpaq döşəməsi olan bir evdə keçib. Hər səhər Günəş o kiçik pəncərədən içəri süzüləndə, anamın samovarının səsinə oyanırdım. O səs mənə həm rahatlıq verər, həm də günün başlanğıcı olduğunu bildirərdi...

Uşaqlıq arzularımı soruşursan. Uşaqlıqda hər birimizin xəyalları olur. Həmin xəyalların qanadında uzaqlara uçursan...

- Jurnalist olmaq da uşaqlıq xəyalınız idi?

- Çox qəribədir ki, gah cərrah olmaq istəyirdim, gah hakim, gah mühəndis, gah jurnalist.

Doğulduğum Tovuz rayonunda uşaq cərrahı vardı, ona Rəfail doxtur deyirdilər. O, rayonumuzda yaxşı cərrah kimi ad çıxarmışdı, ətraf rayonlardan onun yanına gəlirdilər. Mən də onun kimi cərrah olmaq istəyirdim. Sonra təsadüf nəticəsində fikrimi dəyişdim. O vaxt bütün evlərdə qəzet və jurnallara abunə olurdular. Anam “Azərbaycan qadını” jurnalı alırdı. Bir dəfə o jurnalda bir hakim qadın haqda yazı oxudum. Dəqiq yadımdadır, haqqında bəhs olunan hakim qadının adı Şakalad, familiyası Məmmədova idi. Adı da, peşəsi də mənə maraqlı gəlmişdi. Onun Qazax Rayon Məhkəməsinin hakimi olduğunu öyrəndim. Gecə-gündüz bu xanımı gözlərimin qarşısında canlandırırdım. İçimdə onu görmək hissi baş qaldırmışdı...

- Görüşə bildinizmi hakim xanımla?

- Bəli. Şakalad xanımı görmək istəyi o qədər güclü idi ki, bir gün məktəbdən çıxandan sonra avtobusa minib düz Qazaxa getdim. Soruşa-soruşa gəlib məhkəmənin binasını tapdım. Qapının üstünə böyük hərflərlə yazılmışdı: Hakim Şakalad Məmmədova. Onun kabinetinə keçdim, kresloda yaraşıqlı bir xanım oturmuşdu. Çox səmimi qarşıladı məni. Ona gəlişimin məqsədini dedim. Mənə hakim olmaq barədə tövsiyələr verdi və əsas onu dedi ki, dərslərini yaxşı oxumalısan, universitetə qəbul imtahanlarında yüksək qiymət alsan, hüquq fakültəsinə daxil ola bilərsən. Sonra onun icazəsi ilə bir neçə dəfə gedib apardığı məhkəmə iclaslarını izlədim...

- Sonra nə baş verdi ki, hakim olmaq arzunuzdan əl çəkdiniz?

- O vaxt əlimə bir kitab keçmişdi, Çingiz Fərəcovun “Mil düzündən Sevil keçdi...” kitabı. Sevil Qazıyeva Azərbaycanda ilk sürücü-mexanik qız idi. Kitabda onun qəhrəmanlığı, pambıqyığan maşında faciəli ölümü barədə yazılırdı. O kitabı oxuyandan sonra qərara gəldim ki, mən mütləq mexanizator olacağam. Təsəvvür edin, bu peşəyə o qədər vurulmuşdum ki, artıq universitet də gözümdə deyildi.

- Ailəniz razı olardımı ki, siz mexanizator olasınız?

- Bu istəyimi anama deyəndə anam daş atdı, başını tutdu. Dedi ki, dünya dağılsa da səni qoymaram gedib mexanizator olasan. Get universitetə sənədlərini ver...Gecə-gündüz ağlayırdım, anama yalvarırdım ki, məni burax, gedib bu peşəni öyrənim.

Atam özü mexanizator idi deyə, hiss edirdim ki, mənim bu peşəyə getməyim onun ürəyindəndir.

Bir gün anamın qarşında diz çökdüm, ayaqlarını qucaqlayıb yalvardım, dedim sənə söz verirəm, gedim ikicə il işləyim, həvəsimi alım, qayıdıb mütləq universitetə gedəcəm. Anam gördü ki, məni fikrimdən daşındırmaq mümkün deyil, könülsüz razı oldu. Amma dedi ki, bax, söz verdin, iki ildən sonra universitetə gedəcəksən... Dedim söz verirəm, mütləq jurnalistikanı davam etdirəcəyəm.

- Demək, hələ məktəb illərindən yazırmışsınız. İlk yazınız yadınızda necə qalıb?

- Dediyim kimi, arzularım, xəyallarım tez-tez dəyişirdi, amma bir şey dəyişməz qalırdı: yazmaq həvəsi.

O vaxt rayonumuzda “Həqiqət” qəzeti çıxırdı, bu qəzetə abunə idik. Hər sayını alırdıq, gördüyüm, şahidi olduğum yaxşı işləri yazıb o qəzetə gondərirdim. Kiçik yazılarım rayon qəzetində çap olunduqca həvəsim daha da artırdı.

Bir yazımı heç unutmuram, məktəbimizin həyətində, daha doğrusu, idman meydançasına yaxın yerdə bir topa zibil yığılmışdı. Məktəbin direktoru neçə yerə zəng etmişdisə, gəlib onu yığıb aparan yox idi. Mən bir gün həmin neqativ halı yazıb rayon qəzetinə verdim. Qəzetin şöbə müdiri məktəbə gəldi, həmin zibil topasını gözü ilə gördü və mənim tənqidi yazımı dərc etdilər. Yazı çıxandan sonra aidiyyəti təşkilatlar gəlib həmin zibil topasını yığışdırdılar. Onda məktəbimizin direktoru Qızxanım Səfərova məni bağrına basdı, öpdü və təşəkkür etdi, dedi ki, bizim edə bilmədiyimiz sənin kiçik bir yazınla həll olundu...

Bax, o vaxt mətbuatdan hamı çəkinirdi, mətbuatın nüfuzu, gücü vardı. Əgər belə olmasaydı kiçik bir məktəbli qızın yazısının izi ilə gəlib yerindəcə yoxlayıb yazını dərc etməzdilər və tənqiddən nəticə çıxarmazdılar.

- Yazılarınız respublikanın nüfuzlu qəzetlərində də çap olunurdu. O vaxt sizin imzanızı məşhurlaşdıran bir yazınız olub...

- Bildim hansı yazını deyirsən...Bir gün “Azərbaycan gəncləri” qəzeti Bakı Dövlət Universiteti ilə birgə müsabiqə elan etmişdi: “Jurnalist!Jurnalist!” Mən də bu müsabiqəyə bir yazı göndərdim-“Çərkəz qızı Tellinin nağılı”. Bu, rayonumuzun Xatınlı kəndində yaşayan, əvvəlcə baramaçı olub, sonra üzümçülükdə işləyən əmək qəhrəmanı barədə oçerk idi. Bir aydan sonra müsabiqənin nəticələri açıqlandı, qaliblər elan olundu. 16 nəfərin yazısı qalib olmuşdu ki, biri də mənim yazım idi. Bu, həm də o vaxt elan olunmuşdu ki, mən buraxılış imtahanlarına hazırlaşırdım, yəni orta məktəbi artıq bitirmişdim. “Çərkəz qızı Tellinin nağılı”oçerki qəzetdə dərc olunandan sonra hamı məni təbrik edir, kimisi də anama gözaydınlığı verirdi ki, bəs qızın universitetə qəbul olunub. Bəziləri elə başa düşmüşdü ki, mən universitetə qəbul olunmuşam...Amma hələ o vaxt mənim başımda sürücü-mexanik olmaq sevdası vardı...Bu arzumun necə yarandığını sizə danışmışam.

- Jurnalist təhsili almaq üçün Bakıya nə vaxt gəldiniz?

- 1978-ci ildə Bakıya gəldim və bu elə bir vaxt idi ki, ali məktəblərə qəbulun vaxtı keçmişdi. Universitetə sənəd vermək üçün bir yerdə mütləq işləməli idim. O vaxtın qaydaları bunu tələb edirdi. Mən də mətbuata yaxın olmaq üçün ovaxtkı “Kommunist” (indiki Azərbaycan) Nəşriyyatının linotip sexində işə düzəldim. Bütün redaksiyalar bu nəşriyyatda yerləşirdi. Mənim üçün yeni bir qapı açılmışdı. “Azərbaycan gəncləri” qəzetinə daha asan gedib-gələ bilirdim.

O vaxt ikiillik Jurnalist Sənətkarlığı İnstitutu vardı, sənədlərimi verdim, qəbul oldum. Bizə jurnalistikanın tanınmış simaları dərs deyirdi. Buranı bitirdikdən sonra Azərbaycan Dövlət Radio və Televizya Verilişləri Komitəsində radionun “Gənclik” Baş redaksiyasında müxbir kimi fəaliyyətə başladım. Bu, 1980-ci il idi...

1986-cı ildə radiodan ayrıldım. Artıq zaman da dəyişmişdi. Mən ikiillik kursla kifayətlənə bilməzdim. Həmin institutda bizə dərs deyən müəllimlərdən biri “Müxbir” jurnalının baş redaktoru Oqtay Cəfərov idi. Gəldim onun yanına, fikrimi dedim. Təxminən fevral ayı idi. Dedi, qiyabi şöbəyə may ayında sənəd qəbulu başlayır. Get, yaxşı hazırlaş, sənədlərini ver. Dedim, axı sənəd vermək üçün iş yerim olmalıdır. Bir az fikirləşdi, sonra Azərbaycan Jurnalistlər İttifaqının sədri Hacı Hacıyevə zəng vurdu. “Müxbir” jurnalı Jurnalistlər İttifaqının orqanı idi. Məni o jurnala işə götürdülər.

Sənədlərimi universitetin jurnalistika fakültəsinə verdim, 1987-ci ildə qəbul imtahanlarını müvəfəqqiyətlə verib qəbul olundum.

1996-cı ildə“İki sahil” qəzetində işləməyə başladım. Deyim ki, ömrümün şirin və acılı anları bu redaksiyada keçib.

- 70 illik ömür yolunuzda sevincli günlər də, ağrı-acı ilə möhürlənmiş yaşantılar da olub... Ən böyük acınız nə olub?

- Bu zaman kəsiyində həyatımda çox təlatümlü hadisələr olub. Kədərli, acılı-şirinli günlərin sayı-hesabı yoxdur. Amma geriyə baxanda heç birinə təəssüflənmirəm, çünki bir ömrü mən yaşamışam. Ağlı-qaralı nə varsa hamısı mənim ömrümdən keçib. Hər birinə də şükranlıq edirəm. Nə yaxşı olub deyə. Yaxşı olanda da Allaha duaçı olmuşam, kədərli, ağrılı günlərimdə də. Ömrümdə bircə dəfə asi olmuşam, Allaha üsyan etmişəm, o da tək övladımı itirəndə... Amma sonradan Allahdan məni bağışlamasını istəmişəm, demişəm ki, Allahım, özün bilən məsləhətdir, verən də sənsən, alan da, mən kiməm ki... Gecənin gündüzü olduğu kimi, insan ömrünün də acılı, şirinli, sevincli, kədərli anları olur. Bunların hansı daha çox olub, bunu da Allahın verdiyi nemət kimi qəbul etmişəm.

- “Yeni Təfəkkür” qəzetini yaratdınız. Bu necə baş verdi?

- Ondan əvvəl “Naxçıvan” qəzetində işlədim. 2003-cü ilin dekabr ayının 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev dünyasını dəyişdi. Ondan sonra bu qəzetdə “Tarixi şəxsiyyətin portreti” rubrikasında Ulu öndər barədə yazılar verməyə başladım. Ulu öndərlə işləmiş, onun kadrı olan adamlarla görüşüb Heydər Əliyev haqqında çoxunun bilmədiyi faktları yazırdım. Heydər Əliyevin vaxtında Mərkəzi Komitənin üçüncü katibi olmuş İsa Məmmədovla müsahibədə o, heç vaxt heç yerdə demədiyi sözləri mənə dedi. Təkcə onunla yox, bir çox tanınmış siyasi xadimlə müsahibələri hər həftə “Naxçıvan” qəzetində dərc edirdik. Bu minvalla 2004-cü ilin may ayınadək “Tarixi şəxsiyyətin portreti” rubrikasındakı yazılar davam etdi.

Elə həmin vaxtlarda dostlar-tanışlar dedilər ki, niyə özün bir qəzet təsis etmirsən? Müəllimlərimdən Cahangir Məmmədli ilə danışdım, qəzet təsis etmək istəyirəm, necə edim? Ad seçimində mənə kömək edin. Cahangir müəllim fikrimi təqdir etdi, bir az da ürəkləndim. Bir neçə qəzet adı seçib dedi. Mən bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdim. Qəzetin adını da özüm seçdim və beləliklə fəaliyyətə başladıq. Əvvəl müstəqil qəzeti kimi fəaliyyət göstərdi, 2007-ci ilin əvvəlində Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan təklif irəli sürdü ki, Qızıl Aypara bu qəzetin həmtəsisçisi olsun. 2007-ci ilin aprel ayından Qızıl Aypara Cəmiyyəti “Yeni Təfəkkür” qəzetinin həmtəsisçisidir. “Yeni Təfəkkür” respublikada yeganə humanitar qəzetdir...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ