çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Özəl bağçaların nazirlikdən maliyyələşməsinin fəsadları çıxdı...

Image


Kamran Əsədov: “Bu artım nəticəsində dövlətin ayırdığı 250 manat valideynin yükünü azaltmır, sadəcə olaraq əvvəlki qiymətin üzərinə yeni, süni şəkildə artırılmış məbləğ əlavə olunur”

Dövlət məktəbəqədər təhsil müəssisələrində yerləşdirilə bilməyən uşaqların özəl bağçalara cəlb edilməsi 2025-2026 tədris ili üzrə Elm və Təhsil Nazirliyi tərəfindən 63 özəl uşaq bağçasına qrant ayrılıb.

Nazirliyin yaydığı rəsmi məlumata görə, qrant mexanizminə əsasən seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub.

Nazirliyin özəl bağçalara vəsait ayırması və bu vəsait hesabına ora cəlb ediləcək uşaqların aylığının ödənilməsi ictimaiyyətdə kəskin reaksiya doğurub. Ümumiyyətlə, özəl bağçalarda uşaqbaşına nə qədər aylıq vəsait tələb olunduğu barədə nazirliyin heç bir açıqlaması yoxdur, bilinmir ki, o bağçalarda aylıq ödəniş neçə manatdır.

Nazirliyin özəl bağçalara qrant şəklində maliyyə ayırmasının effektiv olmayacağını biz hələ bir neçə həftə əvvəl yazmışdıq. Qrant müsabiqəsi elan ediləndə qeyd etdik ki, bu ciddi narazılıqlar yaradacaq və valideynləri qane etməyəcək. Əvvəla, dövlətin pulu niyə özəl bağçalara axıdılmalıdır? Özəl bağçaların sahibləri sadə vətəndaşlar deyil, pullu, imkanlı şəxslərdir ki, dövlətin pulu da niyə onların cibinə getməlidir. Bunun isə vətəndaşdan çox sahibkara xeyri dəyəcək. Bundan sahibkarlar faydalanacaq.

Nazirlik qrant müsabiqəsinin nəticələrini elan edər-etməz, özəl uşaq bağçalarının qiymətləri qaldırdığı barədə məlumat yayılıb. Dövlətin bu addımından sui-istifadə edən bəzi özəl bağçalar dərhal qiymət artımına gedib. Mətbuatda gedən məlumata görə, 1 ay əvvəl aylıq 250-300 manata qəbul aparan özəl bağçalar qiyməti indi 550 manata yüksəldib. Qrant müsabiqəsini qazandıqdan sonra “Barama", "Maya", "İndigo", "Blue kids" və başqa özəl uşaq bağçalarının sahiblərinin qiymətləri qaldırması nə deməkdir? Bunlar qiymət artımına getmək üçün sanki tətikdə dayanıbmışlar, fürsət gəzirlərmiş, bu fürsət də əllərinə keçən kimi qiyməti qaldırıblar.

Burada vəsaitin 250 manatı dövlət tərəfindən ödəniləcəksə, bəs qalan 300 manatını kim ödəyəcək? Təbii ki, yük yenə də vətəndaşın çiyinlərinə düşür. Bu halda, həmin qrantların özəl uşaq bağçalarına ayrılmasının vətəndaşa nə xeyri olacaq? Təbii ki, heç bir xeyri. Təsəvvür edin ki, özəl bağçalar həm dövlətdən, həm də valideyndən pul qazanacaq, itirən isə vətəndaş və dövlət büdcəsi olacaq.

Valideyn ayda 300-350 manatı hardan alıb o bağçalara ödəməlidir? Təbii ki, buna məcbur edilən vətəndaş ya uşağını pullu bağçaya qoymaqdan imtina edəcək, ya da özü ac qalıb uşağının aylığını ödəyəcək.

Bütövlükdə, dövlət büdcəsindən o bağçalara vəsait ayrılmasının perspektivi görsənmir. Proses ilk vaxtdan narazılığa səbəb olub.

Qrantı qazandıqdan və nazirliklə müvafiq müqavilə imzaldıqdan sonra qiymətləri qaldıran uşaq bağçaları ilə bağlı Elm və Təhsil Nazirliyindən mətbuata bildirilib ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək. Nazirlikdən deyilib ki, valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər. "Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək"-deyə nazirlikdən bildirilib.

“...Bazarda özbaşına qiymət artımı baş verirsə...”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Elm və Təhsil Nazirliyinin özəl bağçalar üçün qrant mexanizmini tətbiq etməsi məktəbəqədər təhsildə əlçatanlığı artırmaq, dövlət bağçalarındakı sıxlığı azaltmaq və aşağı gəlirli ailələrin övladlarına alternativ imkan yaratmaq baxımından müasir idarəetmə yanaşmasıdır. “Dövlət ilk dəfə olaraq özəl sektorun potensialını sosial məqsədlər üçün səfərbər edir və bu, dünya təcrübəsinə tam uyğun addımdır. Lakin seçilmiş özəl bağçaların bir qisminin qrant ixtisarından yararlanaraq qiymətləri süni şəkildə artırması sistemin sosial effektini zəiflədir və mexanizmin fəlsəfəsi ilə ziddiyyət təşkil edir.

Statistika göstərir ki, son bir ayda aylıq ödənişi 250–300 manat olan bir sıra özəl bağçalar qiymətləri 500–550 manata qədər yüksəldiblər. Bu artım nəticəsində dövlətin ayırdığı 250 manat valideynin yükünü azaltmır, sadəcə olaraq əvvəlki qiymətin üzərinə yeni, süni şəkildə artırılmış məbləğ əlavə olunur”.

K.Əsədov qeyd etdi ki, ölkədə məktəbəqədər təhsildə iştirak səviyyəsi onsuz da 25–26% civarındadır və bunun cəmi 13–15%-i özəl bağçaların payına düşür. Ekspertin sözlərinə görə, valideynlərin 70%-ə yaxını yüksək qiymətlərə görə özəl bağçadan istifadə edə bilmir: “Belə bir şəraitdə qiymətlərin qrant mexanizmi başladığı anda şişməsi sosial təsiri tamamilə neytrallaşdırır.

Normativ baza da bu prosesi düzgün çərçivəyə salmağın vacibliyini təsdiqləyir. “Təhsil haqqında” Qanunun 5-ci maddəsində dövlətin məktəbəqədər təhsilin əlçatanlığını təmin etməsi, uşaqlar üçün bərabər imkan yaratması əsas vəzifə kimi qeyd olunur. Dövlətin özəl bağçalara maliyyə dəstəyi təklif etməsində məqsəd məhz bu əlçatanlıq prinsipini genişləndirməkdir. Lakin bazarda özbaşına qiymət artımı baş verirsə, dövlətin qoyduğu vəsait sosial təsir yaratmır və qanunun mahiyyəti pozulur.

Müsbət tərəf odur ki, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil sahəsində çoxdan qeyd edilən üç əsas problemi – yer çatışmazlığı, xidmət müxtəlifliyinin azlığı və keyfiyyət fərqlərini – azaltmaq üçün yeni mexanizm tətbiq edib. Bu, idarəetmə baxımından innovativ addımdır və region ölkələrinin təcrübəsinə uyğundur”. Xarici təcrübədən nümunə gətirən K.Əsədov qeyd etdi ki, Estoniyada, Hollandiya və Portuqaliyada dövlət özəl bağçalara subsidiya ayırır, nəticədə həm dövlət bağçalarında sıxlıq azalır, həm də xidmət keyfiyyəti yüksəlir: “Lakin həmin ölkələrin hamısında bir ümumi prinsip var: subsidiya alan bağçalar qiymətləri özbaşına artıra bilməz, çünki dövlət tənzimləyici rolunu qoruyur. Məsələn, Estoniyada subsidiya alan bağçanın aylıq ödənişi bələdiyyənin müəyyən etdiyi həddi keçə bilməz; Portuqaliyada isə subsidiyadan sonra bağça qiymətlərini 10% belə artıra bilməz. Azərbaycanda qiymət artımının məhz dövlət dəstəyinin elanından sonra baş verməsi bu tənzimləmə mexanizminin olmasının vacibliyini göstərir.

Əgər bu tənzimləmə tətbiq olunmasa, nəticə dəyişməyəcək: dövlət 550 manatın 250-ni ödəyəcək, 300 manat isə yenə valideynin üzərinə düşəcək. Belə olan halda qrant mexanizmi yalnız özəl bağçanın gəlirini artırır, lakin sosial yükü azaltmır. Valideynin maliyyə imkanlarının zəiflədiyi bir dövrdə bu mexanizm əvvəlki kimi əlçatanlığı artırmır. Dövlət bağçalarında yer çatışmazlığı davam etdiyi üçün valideynlərin özəl sektora yönəlməsinə real səbəb qalmır və sistem öz funksiyasını itirir.

Hesab edirəm ki, dəyişməli olan əsas məsələ qiymət siyasətinin tənzimlənməsidir. Qrant alan özəl bağçalar üçün əvvəlki 6 ayın orta qiyməti əsasında yuxarı hədd müəyyən edilməlidir. Süni qiymət artıran bağçalar siyahıdan çıxarılmalı və mexanizmdə şəffaflıq təmin edilməlidir. Bu, həm sosial ədaləti qoruyar, həm də özəl bağçaların keyfiyyət üzərində rəqabətini artırar. Eyni zamanda, qrant alan bağçalar üçün xidmət keyfiyyəti, müəllim sayı, sanitariya və təhlükəsizlik standartları üzrə monitorinqlər gücləndirilməlidir ki, dövlət vəsaiti real nəticəyə çevrilsin.

Elm və Təhsil Nazirliyinin qrant mexanizmini tətbiq etməsi strateji baxımdan müsbət addımdır və uzun illərdir müzakirə edilən problemlərin həlli üçün yeni sosial əməkdaşlıq modeli yaradır. Nazirliyin bu sahədə təşəbbüskar addımı idarəetmənin modernləşdiyini göstərir. Lakin mexanizmin real sosial təsir yaratması üçün qiymət tənzimlənməsi, şəffaflıq və keyfiyyət monitorinqi gücləndirilməlidir. Bu addımlar atıldıqda həm valideyn yükü azalacaq, həm özəl sektor məsuliyyətli işləyəcək, həm də məktəbəqədər təhsilin əlçatanlığı əhəmiyyətli dərəcədə yüksələcək”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ