Cümə günü, 06 noyabr 2026
     

Dövlət bağçalarını düzəltmək əvəzinə, vəsaiti özəl bağçalara köçürürlər...

Image


Elyar İslamoğlu: “Sadə vətəndaşlar uşaqlarını özəl bağçalara qoymaq istəmir, çünki...”

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələr müəyyənləşib. Məlumata görə, 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.

Qeyd edilir ki, müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların təhsil haqlarının bir hissəsinin qrant hesabına maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub.

Bu rəsmi məlumatdır.

Əhalinin özəl bağçalara meylinin kəskin azaldığı bir vaxtda belə bir qərarın verilməsi və nəticələrin müəyyənləşdirilməsi xeyli suallar yaradır. Belə qənaətə gəlinir ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilə bilməyən uşaqlar nazirliyin xətti ilə özəl bağçalara yönəldilir. Rəsmi məlumatda da qeyd olunduğu kimi, özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsi dövlət qrantı hesabına ödəniləcək.

Qalib elan olunan 63 özəl məktəbəqədər təhsil müəssisəsində aylıq ödənişin məbləği açıqlanmayıb. Yəni bilinmir ki, hər bir uşaq üçün aylıq ödəniş nə qədərdir.

Dövlət məktəbəqdər təhsil müəssisələrinə düşə bilməyən uşaqların özəl bağçalara yönəldilməsi əksər valideynləri narazı salır, onlar deyirlər ki, uşaqlarının dövlət bağçalarına getməsi onlar üçün daha məqsədəuyğundur, xərc az çıxır. Özəl bağçalarda isə qiymətlər çox baha olduğu üçün valideynlərə sərf etmir. Yəni bu vəsaitin 250 manatı dövlət büdcəsi hesabına ödənilsə də, qalan hissəsini ödəmək valideynin üzərinə düşür.

Məsələni təhlil edən ekspertlərə görə, əvvəla, dövlətin öz bağçalarına nə gəlib ki, uşaqlar özəl bağçalara yönəlilir? Yəni dövlət bağçalarında şəraiti yaxşılaşdırmaqla, keyfiyyəti artırmaqla, bağçalar üçün əlavə korpuslar tikməklə problemi həll etmək mümkündür. Dövlətin vəsaitini bu layihə çərçivəsində özəl bağçalara yönəltməyə ehtiyac yoxdur.

İkincisi də, nazirliyin həyata keçirdiyi bu layihənin əslində dövlətin büdcə vəsaitlərinin özəl müəssisələrə yönətməyin bir forması olduğunu deyənlər də az deyil. Burada qeyri-şəfaf məsələlərdən də söhbət getdiyi şübhəsi var. Yəni nə qədər təminat vermək olar ki, burada özəl bağçası olan sahibkarların marağı nəzərə alınmayıb?

Bu, özəl bağça sahibləri ilə nazirliyin müvafiq strukturlarında təmsil olunan müəyyən vəzifəli şəxsləri arasında qeyri şəffaf razılaşmanın nəticəsi deyilmi?

Dövlət büdcəsinin pulunun özəl sektora bu yolla axıdılmasının arxasında nə dayanır?

Bəzi ekspertlərə görə, bu, özəl bağçası olan sahibkarlarla bəzi məmurlar arasında sövdələşmənin, şəffaf olmayan əlaqələrin də nəticəsi kimi görsənə bilər. Hətta bəzilərinə görə, müəyyən təhsil və qeyri təhsil sahəsində çalışan məmurların özlərinin və yaxınlarının da özəl bağçaları var ki, uşaqları kütləvi şəkildə cəlb edə bilmədikləri üçün onlar bağçalarını dövlət vəsaiti hesabına saxlamağa çalışırlar. Yəni bu ehtimallar da mövcuddur.

İctimaiyyət arasında tez-tez belə suallar səsləndirilir ki, dövlətin özünün bağçaları dura-dura nə üçün uşaqlar özəl bağçalara cəlb edilməlidir?

Bu suallar təsadüfən verilmir. Çünki məsələ ondadır ki, son vaxtlar əhalinin sosial vəziyyəti, dolanışığı elə də yaxşı deyil, bu da onlara uşaqlarını özəl bağçalara qoymağa imkan vermir. Həm valideynlərin imkansızlığı, həm özəl bağçalarda tədrisin, təlimin keyfiyyətinin o qədər də yüksək olmaması, təhsil haqqının baha olması onlara marağı kəskin şəkildə azaldıb.

Ekspertlər hesab edir ki, insanların öz övladlarını kütləvi şəkildə özəl bağçalara qoymamasının nəticəsidir ki, özəl bağçaları dövlət hesabına saxlamaq meylləri yaranır.

İctimaiyyətdən də çox eşidirik ki, insanlar son vaxtlar uşaqlarını özəl bağçalara qoymaqdan imtina edirlər. Qeyd olunduğu kimi, bu, əsasən əhalinin vəziyyətinin yaxşı olmaması ilə bağlıdır. Amma nazirliyin müvafiq strukturları dövlət büdcəsindən özəl bağçalara qrant şəklində pul ayrılmasına nail olmaq yolu ilə sanki az qala insanları məcburən özəl bağçalara yönəldirlər.

Cəmiyyət arasında “bu nə layihədir”, “bu layihənin nə kimi böyük perspektivi ola bilər” kimi suallarla da vaxtaşırı rastlaşırıq.

Layihənin özünün şəffaflığına dair şübhələr də yaranıb. Uşaqların dövlətin vəsaiti hesabına özəl bağçalara yönləndirilməsini şübhəli məsələyə bənzədənlər də az deyil. Təbii ki, ictimaiyyət verilən hər bir qərarı daha dəqiq və aydın şəkildə təhlil edir və nəticə çıxarır. Əksər hallarda da vətəndaşlarımızın verdiyi rəylər haqlı çıxır.

Əhali arasında da bu cür suallar da var ki, dövlətə aid uşaq bağçaları-məktəbəqədər təhsil müəssisələri niyə genişləndirilmir, niyə əlavə korpuslar tikilmir? Yəni çoxlarımızın evinin yaşadığı ərazidə uşaq bağçaları da var və əksəriyyətinin həyətində yeni korpuslar tikilməsi üçün yer var. Dövlətin pulunu özəl bağçalara yönəltmək əvəzinə, nazirlik yeni uşaq bağçaları tikmək, yaxud bağçalar üçün yeni korpuslar inşa etmək barədə səylər göstərməli, bu istiqamətdə işlər həyata keçirməlidir. Bu daha faydalı və səmərəli ola bilər, nəinki dövlət pullarını qrant adı altında özəl bağçalara yönəltmək.

Ekspertlər deyir ki, burada özəl bağçalara əhalinin meylinin azalması nəticəsində yaranan boşluğu bu layihə hesabına kompensasiya etmək məqsədi də ola bilər. Dövlətin özünün bağçalarına vəsait qoyub onların vəziyyətini yaxşılaşdırmaq, sayını artırmaq əvəzinə dövlətuin pulunu özəl bağçalara niyə yönəldirlər? Bunu bəzən sahibkarlığa dəstək kimi də qələmə verməyə cəhd edirlər.

Azərbaycanda sahibkarlığa dövlətin dəstəyi var, amma bu formada deyil. Sahibkarlara dəstək hansısa qeyri-sahə nazirlikləri vasitəsilə həyata keçirilmir, bunun üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadiyyat Nazirliyi var.

Bu baxımdan, bu məsələnin Elm və Təhsil Nazirliyi xəttilə həll olunması olduqca anlaşılmaz bir formada özünü göstərir.

“Kimsə pul qazanmaq məqsədilə özəl bağça açıbsa, nə üçün ona vəsait dövlət büdcəsi hesabına ödənilməlidir?”

Filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, uşaqların dövlət büdcəsi hesabına özəl bağçalara yerləşdirilməsini doğru hesab etmir. “Dövlət büdcəsindən özəl bağçalara vəsait ayrılması düzgün deyil. Bu vəsait hesabına dövlətin tabeliyində olan bağçalar təmir olunmalı, daha çox uşağın yerləşdirilməsi üçün şərait yaradılmalıdır. Əgər bir uşaq üçün ayda dövlət büdcəsindən özəl bağçalara 250 manat pul ayrılırsa, demək o vəsaitlə dövlət bağçalarını daha yaxşı vəziyyətə gətirmək mümkündür. Dövlət bağçaları üçün əlavə korpuslar tikmək olar ki, daha çox sayda uşaq qəbul etmək mümkün olsun. Üstəlik, kimsə özü üçün, pul qazanmaq məqsədilə özəl bağça açıbsa nə üçün ona vəsait dövlət büdcəsi hesabına ödənilməlidir? Özəl bağçaları olan sahibkarlar onun maliyyə mənbəyini də özü tapmalıdır. Özəl bağçalar dövlətdən maliyyə dəstəyi almamalıdır, əksinə, özləri dövlətə vergi verməlidirlər, dövlət də həmin gəlirləri dövlət bağçalarının inkişafına yönəltməlidir.

Qiymətləri o şəkildə müəyyən etməlidirlər ki, valideynlər özəl bağçalara uşaq qoymaqdan imtina etməsinlər. Sadə vətəndaşlar uşaqlarını özəl bağçalara qoymaq istəmirlər, çünki qiymətlər çox bahadır. Bir ziyalının, müəllimin, alimin, jurnalistin buna imkanı yoxdur. Məsələ odur ki, insanları vadar edirlər ki, aparın uşaqlarınızı özəl bağçalara qoyun, pulunu dövlət ödəyəcək. Nə üçün dövlət ödəməlidir?”.

E.İslamoğlu qeyd etdi ki, özəl bağçalara gedən uşaqların aylıq haqqının müəyyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi doğru deyil. “Əgər kimsə uşağını özəl bağçaya qoymaq istəyirsə özü də həmin xərci çəkməlidir. Təbii, belələri imkanlı adamlardır.

Dövlət yalnız öz tabeliyində olan məktəbəqədər müəssisələrə pul ayırmalı və orada uşaqlar üçün geniş şərait yaradılmalıdır”.

E.İslamoğlu qeyd etdi ki, bəzi hallarda bu kimi layihələrin arxasında başqa məqsədlər də dura və şəffaflıq məsələsində şübhə yarana bilər. Ekspert hesab edir ki, bütün hallarda bu layihənin həyata keçirilməsi düzgün deyil, dövlət vəsaiti özəl bağçaları saxlamağa yönəldilməməlidir.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ