Cümə günü, 06 noyabr 2026
     

Məktəb direktorlarının təyinat mexanizmi özünü doğrultmur... Silsilə faktlar var...

Image


Elşən Qafarov: “Qaydalarda çox ciddi boşluqlar, prosesin özündə də çox ciddi nöqsanlar var”

Orta ümum təhsil məktəblərinə direktor seçimi son bir neçə ildir ki, imtahanla həyata keçirilir. Maraqlıdır ki, son dövrlər səsləndirilən iddialara görə imtahanla seçilən məktəb direktorları özlərini doğrultmurlar. Deyilənlərə görə, elə bunun nəticəsidir ki, son bir neçə ayda bir neçə məktəb direktoru vəzifəsini itirib.

Rəsmi məlumatlara diqqət yetirsək görərik ki, son vaxtlar paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Fəaliyyətində yol verdiyi nöqsanlara görə cəzalandırılanlar arasında 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli və 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva, Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova da var. Onların hər biri ilə əmək müqaviləsinə xitam verilib.

Göründüyü kimi, son aylarda bir neçə məktəb direktoru bu və ya digər səbəbdən işdən çıxarılıb. Nə baş verir.? Bu o anlama gələ bilərmi ki, məktəb direktorlarının seçimi və yerləşdirilməsi modeli, mexanizmi özünü doğrultmur?

“Seçimin doğru aparılmadığına, əksər hallarda düzgün kadrlar seçilmədiyinə görə nəticədə də belə probelmlər meydana çıxır”

Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, məktəb direktorlarının seçimi onsuz da doğru aparılmır: “Bu məsələdə mexanizmin özü də probelmlidir, qaydalarda da ciddi problemlər var. Bu prosesin özün də neqativ hallar müşahi olunmaqdadır. Bəzi hallarda tam haqqı çatan şəxslər kənarlaşdırılır və bir sinfi idarə edə bilməyən şəxslər gəlib müsahibənin qalib olur və məktəb direktoru təyin edilirlər. İlk növbədə məktəb direktoru vəzifəsinə işə qəbul qaydaları yenilənməlidir. Elə bir qaydalar müəyyən edilməlidir ki, orda daha layiqli kadrlar seçilə bilsin. Bu gün məktəb direktoru seçimi ilə bağlı imtahanlara salınan sulların məktəb direktorun işləməsi ilə bağlı elə də yaxından uzaqdan əlaqəsi yoxdur. Fikir versəniz görərsiz ki, məktəb direktoru imtahanı qısa vaxta elan olunur və tez də keçirilir. Əgər Elm və Təhsil Nazirliyinin, yaxud Təhsil İnstitutunun bu imtahanları şəffaf keçirməkdə maraqları varsa belə keçirilməməlidir. İmtahan ən yaxşıları seçmək üçün keçirilir. İmtahanların keçirilmə tarixi ən azı 6 ay əvvəlcədən elan olunmalıdır. Namizədlər qarşısına müəyyən tələblər qoyulmalıdır ki, təhsilinin, təhsil sahəsinin, məktəbin idarə ediliməsi ilə bağlı hansı ədəbiyyatı oxuyublar. Motivasiya məktubu olmalıdır. Niyə məktəb direktoru olmaq istəyirlər? Yaxud təyin ediləcəkləri məktəbdə hansı dəyişiklikləri etmək istəyirlər? İstər məktəbin idarə edilməsi, istər tədrisin, istər tərbiyənin, istər psixoloji işinin, istər təsərrüfat işinin, istər valideynlərlərlə, məzunlarla işin təşkili ilə bağlı hansı fərqli tədbirləri görmək istəyirlər? Yəni bu motivasiya məktubunda olmalıdır”.

E.Qafarov qeyd edir ki, bundan sonra sonra müsahibə mərhələsinə keçid edilməlidir. Eksperetin fikrincə, test imtahanları bir neçə mərhələdən ibarət olmalıdır. “Yəni bir gün ərazində 60, 45 sualla məktəb direktoru seçmək olmur. Təhsilin idarəedilməsi ilə bağlı tənzimləyici hüquqi normativ sənədlərlə, əmək qanunvericiliyi ilə və sairlə bağlı imtahanlar ayrı-ayrılıqda leçirilməlidir. Bunlar məktəb direktoru təyin edildikdən sonra onlara lazım olacaq. Amma çox təəssüflər olsun ki, məktəb direktorları imtahanı formal keçirilir. Seçimin doğru aparılmadığına, əksər hallarda düzgün kadrlar seçilmədiyinə görə nəticədə də belə probelmlər meydana çıxır.

Ümumilikdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, yaxud da MÜTDA-nın (Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi) işi imtahan keçirmək olmamalıdır. Hazırda MÜTDA strukturunda təqribən 150-dən yuxarı imtahanlar keçiririlir, özü də bnir neçə mərhələdə. Müsahibə və test mərhələsini nəzərə alsaq ümumilikdə il boyu imtahan keçirir. Düzdür, son 7 ayda ümumiyyətlə imtahan keçirtmir”.

Elm və Təhsil Nazirliyinin işinin təhsil müəssisələrinə elmi metodiki dəstək verməli olduğunu deyən E.Qafarov bildirdi ki, bu nazirlik dövlətin təhsil siyasətini yerinə yetirməlidir. O, vurğuladı ki, Təhsil İnstitunun işi pedoqloji sahədə elmi-tədqiqatları idarə etmək, aparmaq olmalıdır. Mütəxəssisin sözlərinə görə, MÜTDA-nın işi dövlətin Elm və Təhsil Nazirliyinin üzərinə qoyduğu vəzifələrin məktəbəqədər və ümumtəhsillə bağlı hissəsini yerinə yetirmək olmalıdır: “Bu qurumlar sanki bir imtahan mərkəzinə çevrilib. Ona görə də nazirlikdən, Təhsil İnstitutundan və MÜTDA-dan bütün imtahanlar alınıb DİM-ə verilməlidir. O halda biz nəticədə uyğun kadrlar seçə bilərik. Hazırda qaydalarda çox ciddi boşluqlar, prosesin özündə də çox ciddi nöqsanlar var. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və MÜTDA öz işini hansısa imtahanlar keçirməkdə görür. Ona görə də imtan keçirmək hüququ onlardan alınıb DİM-ə verilməlidir ki, bu proses orda həyata keçirilsin” - deyə E.Qafarov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ