Cümə günü, 06 noyabr 2026
     

Şagirdlərə imtahan sualları tutan bunker müəllimlərinə kəskin ittihamlar yağdırılır - reaksiya yoxdur...

Image


Kamran Əsədov: "Təhsildə məqsəd gənci məğlub etmək deyil, onu inkişaf etdirmək olmalıdır, bunun üçün..."

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da "bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var".

Bu fikirləri Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov yerli mediaya açıqlamasında deyib.

O qeyd edib ki, hər zaman Azərbaycanda keçirilən formada test imtahanının əleyhinə olub: "İlk növbədə imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. Bəlkə də bu, repetitorluğun heç olmasa bir az azalmasına səbəb ola bilər".

"İmtahanların qeyri-obyektiv və tələbkarlıqdan uzaq forması gəncləri alternativ təhsil yolları axtarmağa sövq edir"

Keçmiş təhsil nazirinin fikirlərinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında bunları dedi: "Keçmiş təhsil naziri Misir Mərdanovun imtahan suallarının məzmunu və strukturuna yönəltdiyi tənqidlər Azərbaycan təhsilində qiymətləndirmə sistemi ilə real tədris prosesi arasında uzun illərdir mövcud olan uyğunsuzluğun açıq şəkildə səsləndirilməsidir. Təəssüf ki, bu uyğunsuzluq sistematik problem xarakteri daşıyır və təkcə indiki dövrə yox, elə məhz Mərdanovun nazir olduğu illərə qədər uzanır. Onun qeyd etdiyi “bunker müəllimləri”, yəni şagirdlərə məktəb tədrisindən kənar və yalnız xüsusi yanaşmalarla izah olunan suallar öyrədən şəxslər, əslində qiymətləndirmənin məktəbdən tamamilə ayrıldığı mühitin məhsuludur. Bu problemin kökündə duran məsələ isə qiymətləndirmə mexanizmlərinin məzmun standartları ilə uzlaşmamasıdır. Mövcud qanunvericiliyə əsasən, “Təhsil haqqında” Qanunun 14.1.1-ci maddəsində qeyd olunur ki, “ümumi təhsil pilləsində qiymətləndirmə təhsilalanların təhsil proqramlarının mənimsənilməsi səviyyəsini müəyyənləşdirmək məqsədi daşıyır”. Ancaq faktiki vəziyyət tamamilə fərqlidir. DİM-in keçirdiyi buraxılış və qəbul imtahanları məktəb proqramlarını yoxlamaq funksiyasından uzaqlaşıb, daha çox seleksiya məqsədli, ciddi psixoloji basqı yaradan, əzbər və riyazi manipulyasiyaya əsaslanan suallarla doludur. Bu vəziyyət xüsusilə də regionlarda yaşayan və yalnız məktəb təhsili alan şagirdlər üçün böyük ədalətsizlik yaradır. 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında orta nəticə 200 bal üzərindən cəmi 124,5 bal olub. Bu isə o deməkdir ki, şagirdlərin yarıdan çoxu orta bilik səviyyəsindən aşağı nəticə göstərmişdir. Halbuki, bu şagirdlər eyni zamanda dövlət məktəbində rəsmi kurikulum əsasında təhsil alırlar və dərsliklər üzrə müvafiq qiymətlərlə il ərzində təqdir olunurlar. Bu kontekstdə Misir Mərdanovun vurğuladığı “hər sualda xüsusi yanaşma” tələbi əslində qiymətləndirmənin öyrədici deyil, sınaq xarakterli olduğunu göstərir. Halbuki, müasir təhsil fəlsəfəsində – istər OECD-nin PISA qiymətləndirmə sistemi, istərsə də UNESCO-nun “Assessment for Learning” yanaşması – imtahanların əsas məqsədi uşağın düşünmə, tətbiqetmə və təhlil etmə bacarıqlarını ölçməkdir. Misal üçün, 2022-ci ildə PISA nəticələrində oxu savadlılığı üzrə yüksək nəticə göstərən Estoniya və Sinqapurda suallar real həyatdan götürülmüş, kontekstual və funksional bacarıqları yoxlayan formatda təqdim olunmuşdu. Azərbaycanda isə test suallarının böyük hissəsi ya qavrama (məlumatın xatırlanması), ya da formal məntiqə əsaslanan cavab texnikaları tələb edir ki, bu da tənqidi düşüncəni deyil, əzbər və texniki yanaşmanı təşviq edir.

Təhlil ediləsi başqa bir məqam da budur ki, bu test sualları faktiki olaraq məktəb təhsili ilə rəqabət aparır. Müəllim və valideynlər də etiraf edir ki, məktəb tədrisi ilə bu testləri həll etmək mümkün deyil. 2023-cü ildə DİM-in apardığı monitorinqlər zamanı məlum olmuşdu ki, test imtahanlarında istifadə olunan bəzi suallar rəsmi kurikulum və dərsliklərdə ya ümumiyyətlə yoxdur, ya da çox səthi və nəzəri şəkildə təqdim olunub. Bu isə dövlətin rəsmi təhsil siyasəti ilə dövlətin qiymətləndirmə siyasəti arasında ziddiyyət yaradır. Bu ziddiyyətlər nəticəsində məktəblər öz funksional mahiyyətini itirir, repetitor mərkəzləri isə qeyri-rəsmi təhsilin əsas daşıyıcısına çevrilir. Bu, bir ölkənin milli təhsil modelində dərin institusional parçalanmanın əlamətidir.

Mərdanovun dediyi “ən qabiliyyətli uşaqlar testdən qaçıb xaricə gedir” fikri isə yalnız hissəvi doğrudur. Əlbəttə, imtahanların qeyri-obyektiv və tələbkarlıqdan uzaq forması gəncləri alternativ təhsil yolları axtarmağa sövq edir. Lakin bu prosesin əsas səbəbi imtahanın çətinliyi yox, onun məntiqsizliyi və öyrədicilik dəyərinin olmamasıdır. 2022-ci ildə Azərbaycandan xaricə təhsil almağa gedən gənclərin sayı 10.500 nəfər olub. Onların 65%-i Türkiyə, 15%-i Rusiya və Ukrayna, 20%-ə yaxını isə Avropa və Şimali Amerika ölkələrinə üz tutub. Bu ölkələrin əksəriyyətində qəbul imtahanları ya yoxdur, ya da yalnız motivasiya məktubu, tövsiyə və orta məktəb qiymətləri ilə aparılır. Yəni qiymətləndirmə sistemi daha insani, daha şəffaf və daha çevikdir".

Ekspertin sözlərinə görə, Azərbaycanın təhsil sistemində imtahan yalnız nəticə yox, həm də məqsədə çevrilib. Bütün təhsil prosesi testə hazırlıq üzərində qurulub. Hətta ibtidai siniflərdə belə valideynlər və müəllimlər şagirdə testə uyğun düşüncə modeli aşılayırlar: "Bu isə uşağın fərdi inkişafını, sosial bacarıqlarını, yaradıcı potensialını bloklayır. Misir Mərdanovun dediyi kimi, test öyrədirici yox, yükləyici xarakter daşıyırsa, bu qiymətləndirmə sistemi artıq təhsilə deyil, onun qarşısına qoyulan maneəyə çevrilir. Əgər bu sistem dəyişməzsə, məktəb təhsili daha da dəyərdən düşəcək, repetitorlar təhsilin əsas təminatçısı olacaq, sosial təbəqələşmə dərinləşəcək, vətəndaşlar dövlət təhsilinə etimadını itirəcək. Dəyişsə, qiymətləndirmə prosesi məktəb təhsili ilə sinxronlaşdırılsa, kurikulum əsaslı, bacarıq yönümlü, şagirdin psixoloji və sosial durumunu nəzərə alan ölçmə mexanizmləri tətbiq olunsa, təhsilə ümumi inam arta bilər. Bu isə təkcə bir nazirin və ya bir institutun yox, bütöv sistemin dəyişməsi ilə mümkündür. Təhsildə məqsəd gənci məğlub etmək deyil, onu inkişaf etdirmək olmalıdır. Bunun üçün testlər yox, düşüncə və fərdi potensial əsaslı qiymətləndirmə sisteminə keçid labüddür".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ