Bazar günü günü, 08 noyabr 2026
     

Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir

Image


Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı

Artıq bir əsrdir ki, dünya öhdəsin­dən gələ bilmədiyi yeni reallıq­larla üz-üzədir. Söhbət geosiyasi və geostrateji qarşıdurmalardan getmir. İlk baxışdan çox sadə gö­rünən, lakin dünyanın gələcəyi­ni şübhə altına alan və bəlkə də mövcudluq dilemmasını meydana çıxaran ekoloji fəlakətdən bəhs olunur. 

Qlobal sənayeləşmənin sürətlən­diyi XIX əsrdən başlayaraq insanlıq özünün gələcək mövcudluğunun de­terminantlarını öyrənmədən iqtisadi inkişafa və daim zənginləşməyə can atır. İnkişaf və zənginlik iqtisadi güc və üstünlük qazandırır. İqtisadi güc isə, öz növbəsində, siyasi dominantlığın tə­min olunmasına gətirib çıxarır. 

Öz siyasətini bu trayektoriya üzrə planlaşdıran bir sıra dövlətlər və onla­rın transmilli şirkətləri artıq dünyanın iqtisadi güc nəhənglərinə çevriliblər. Qlobal miqyaslı siyasi qüdrətin həzzini yaşamağa başladıqları indiki zaman­da isə təbiətin dəfolunmaz gücü ilə qarşılaşıblar. Bu gün dünyanı və onun nəhəng güclərini narahat edən əsas məsələ bütövlükdə bəşəriyyətin möv­cudluğunu təhdid edən qlobal ekoloji fəlakət təhlükəsidir. Dünyanın inkişafı bu təhlükənin də proporsional olaraq artması ilə müşayiət olunur. Bəs bu dolanbacdan çıxış yolu varmı? Bu sual ətrafında dünyanın dörd bir tərəfində düşünən beyin mərkəzləri hesab edir­lər ki, çıxış yolu var. Lakin insanlığın bu çıxış yollarına doğru istiqamət gö­türməsi üçün dünya birliyini təşkil edən bütün dövlətlərin birgə səyinə ehtiyac var. 

Dünya birliyinin fəal, müstəqil və praqmatik siyasət yürüdən dövlətlərindən biri kimi Azər­baycan da bu yolda öz töhfəsini əsir­gəmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı im­zaladığı Sərəncam ölkəmizinin qlobal ekoloji sağlamlaşdırma proseslərinə loyallığının və sadiqliyinin təsdiqidir. 

Bu çərçivədə 2024-cü ilin Azər­baycanda həyata keçiriləcək qlobal və yerli miqyaslı layihələrin sayı çoxdur. Cari il COP29 tədbirlərinin ölkəmizdə keçirilməsinin özü bu sahədə Azər­baycanın dünya miqyaslı layihələrdə aparıcı rolunu göstərir. Şübhə yoxdur ki, həmin tədbirlər çərçivəsində Azər­baycan dövləti dünya miqyasında eko­loji problemlərin həllinə yönəlmiş yeni ideya və layihələrlə çıxış edəcək və bəlkə də hansısa qlobal miqyaslı hərə­katın başlanğıcını qoyacaq. Bununla yanaşı, ölkə daxilində ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı həyata ke­çirilən tədbirlər də həmişə dövlətin və cəmiyyətin gündəmində olmuş və bu istiqamətdə çoxsaylı faydalı addımlar atılmışdır. 

2011-ci ildə Heydər Əliyev Fondu­nun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi (IDEA) ətraf mühit prob­lemləri ilə bağlı ictimai maarifləndirmə və təhsil xidmətləri göstərir, yerli və beynəlxalq müstəvidə cəmiyyətlərin diqqətini ekoloji problemlərin həlli is­tiqamətində səfərbər edir. IDEA ötən illər ərzində Azərbaycanda çoxsaylı ekoloji tədbirlərin təşəbbüskarı və təş­kilatçısı olmuş, ətraf mühitin sağlam­laşdırılması işinə böyük töhfələr ver­mişdir. 

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin Sərəncamına əsasən "Nəsimi ili" elan olunmuşdu. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbü­sü ilə mütəfəkkir şair İmadəddin Nə­siminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilmişdi. Bu təşəbbüsü yüksək qiymətləndirən BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi belə bir təşəb­büsü təkcə ölkənin deyil, bütövlükdə dünyanın ekoloji sağlamlığına mühüm töhfə kimi dəyərləndirmişdi. 

Azərbaycan dövləti daxili imkan­lar hesabına səhralaşmanın qarşısının alınması, torpaq­ların istifadə üçün yararlı hala gətiril­məsi istiqamətində bir çox layihələr həyata keçirir. Bu günlərdə təməli qo­yulmuş yeni Yuxarı Şirvan suvarma kanalı da belə iri həcmli layihələrdən biridir. Yuxarı Şirvan kanalı ilk dəfə 1958-ci ildə inşa edilmişdir. Ötən 70 ilə yaxın müddətdə kanal davam­lı olaraq istismar edilmiş və hazırda səmərəliliyi kifayət qədər azalmışdır. İllər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sız­malarına görə, ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız və­ziyyətə düşmüşdür. Odur ki, Prezident İlham Əliyevin sərəncamı ilə kanal yenidən inşa ediləcək və beləliklə, on minlərlə hektar ərazidə vətəndaşların torpaqlardan səmərəli istifadəsi tə­min olunacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. 

Müvafiq olaraq kanal boyunca yerləşən əkin sahələri də iki dəfədən çox artırılaraq 230 min hektar əkin sahəsini əhatə edəcək. Şirvan kanalı müasir texnologiyalar əsasında yenidən qurulub istifadəyə veriləndən sonra onun mənsəbində yerləşən Hacıqabul gölü də dolacaq və bunun da təbiətə və ətraf mühitə çox müsbət təsiri olacaq. Kanalın təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, "...Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən bö­yük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görə­cək". Ölkə başçısı tikilməsi nəzərdə tutulan Qarabağ kanalı haqqında da məlumat verərək bildirib ki, "...Qarabağ kanalının inşası gələn il başlayır. Qara­bağ kanalı 115 min hektarı əhatə edə­cəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir".

Prezident İlham Əliyev yaxın müd­dətdə Azərbaycanda 10-dan çox su anbarının inşa ediləcəyini və bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəyini bildirib. Prezident qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafını, məş­ğulluğun artırılmasını, vətəndaşların rifah halının yaxşılaşdırılması, habelə su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsini yaxın illərdə inkişa­fımızın əsas istiqamətləri kimi müəy­yənləşdirib. 

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri də ekologiya­nın sağlamlaşdırılması baxımdan çox mühüm layihələri əhatə edir. Otuz illik işğal müddətində torpaqlarımızın bö­yük bir hissəsi erməni işğalçıları tərə­findən ekoloji terrora məruz qalıb. Su hövzələrimiz çirkləndirilib və tükəndiri­lib, faydalı qazıntı yataqlarımız ekoloji baxımdan zərərli olan ibtidai üsullarla, qeyri-qanuni yollarla istismar edilib, meşələrimiz qırılıb və yandırılıb. İndi bu ərazilərdə aparılan abadlıq və qu­ruculuq işləri işğalın ağır nəticələrinin aradan qaldırılmasına və nəticə etiba­rilə ölkənin ekoloji sağlamlıq vəziyyə­tinin yaxşılaşdırılmasına yönəlib. Bu barədə danışan dövlət başçısı qeyd edib ki, "... Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər gö­rürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruk­tur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir".

Prezident Ilham Əliyevin Şirvan iqtisadi rayonuna səfəri zamanı etdiyi çıxışlar və verdiyi acıqlamalar bir daha göstərir ki, ekoloji sağlamlığın təmin edilməsi Azərbaycan dövləti tərəfindən aparılan siyasətin prioritet istiqamətlə­rindən biridir. Bu istiqamətdə aparılan fəaliyyətlər və onların nəticələri isə təkcə ölkəmizin ərazisində təbii-ekoloji mühitin sağlamlaşdırılması üçün deyil, bütövlükdə bəşəriyyətin üzləşdiyi qlo­bal ekoloji fəlakətin önlənməsi üçün dünya birliyi tərəfindən göstərilən qlo­bal səylərin tərkib hissəsidir.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ