Cümə günü, 28 avqust 2026
     

Ermənilərin korladığı su ehtiyatlarının bərpası 3 il əvvəl başladı...

Image


Azad ərazilərdə su infrastrukturunun tamamilə yenidən qurulması prosesinə başlanılıb. Vətən müharibəsindən keçən üç ildən artıq zaman ərzində vaxtilə Ermənistanın dağıdıb məhv etdiyi su təsərrüfatımız sıfırdan qurulur. Müharibə bitəndən indiyə qədər dövlət Qarabağda və Şərqi Zəngəzurda 3 ildən artıq dövr ərzində su infrastrukturunun qurulması sahəsində genişmiqyaslı işlər aparır.

Bu müddət ərzində Şərqi Zəngəzurda və Qarabağda ermənilərinin məhv etdiyi su mənbələri və onların bərpası yönümündə görülən işlərin sayı kifayət qədərdir. Biz yazımızda bu məsələlərə toxunacağıq. Ermənistanın uzun illər işağlda saxladığı və hər zaman Azərbaycana qarşı təhdid kimi istifadə etdiyi Sərsəng su anbarı yenidən bərpa olundu. 

Azərbaycan dövləti bu yerlərdəki su ehtiyatlarının, su mənbələrinin ermənilər tərəfindən məhv edilmiş izlərinin aradan qaldırılması üçün iş aparır. Burada xeyli sayda su elektrik stansiyalar tikilib. Bildiyimiz kimi, ermənilər bizim saysız su elektrik stansiyasını məhv etmişdilər, indi onların hamısı bərpa olunur. 

Prezident İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində bu məsələyə toxunub: "…Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir.

Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Ona görə mən deyəndə ki, ən azı 500 min hektar torpağa su veriləcək, bunu nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. İndi texniki-iqtisadi əsaslandırmalar hazırlanır və hesab edirəm ki, gələn ildən biz bu layihələrin icrasına da başlaya bilərik".

Qarabağ və Şərqi Zəngəzurda bu işlər o qədər sürətlə aparılır ki, qısa müddət ərzində böyük işlər görülüb, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri artıq 2023-cü ildə başa çatdırılıb və istifadəyə verilib.  

Terrorçu Ermənistanın işğalında olarkən Xaçınçay, Ağdamkənd, Köndələnçay da, Suqovuşan da digər su anbarları kimi baxımsız vəziyyətdə qalıb. 

Eyni zamanda işğal dövründə Ermənistan Tərtər çay, Xaçınçay, Köndələnçay, Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay, Çaylaqçay, Oxçuçay vasitəsilə Azərbaycan ərazisinə zəhərli maddələr axıdırdı. Mənbəyini Zəngəzur dağlarından götürən Oxçuçay Ermənistan ərazisindən keçdiyi ücün Qacaran, Qafan mis mədənlərinin zəhərli tullantıları təmizlənmədən bu çaya axıdılırdı. Bildiyimiz kimi,  Oxçuçayın hövzəsi həddindən çox zəhərləndiyi ücün "ölü" zonaya çevrilib. Araşdırmalara görə, ermənilər heç nəyə məhəl qoymadan, bütün çaylar kimi, Kür və Araz çaylarını da zəhərləməkdə davam edirlər.

Məlumdur ki, azad rayonlarımızda mineral suların ümumi geoloji ehtiyatlarının 39,6%-ni təşkil edən müxtəlif tərkibli mineral su bulaqları var idi.

2023-cü ildə rəsmən bildirilirdi ki, bu ərazilərdəki su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə ümumilikdə 9 su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması həyata keçiriləcək.

Ekspertlər hesab edir ki, Qarabağ və Şərqi Zəngəzur su ehtiyatları ilə çox zəngindir. 

Bununla belə qeyd olunur ki, Azərbaycan məhdud su ehtiyatlarına malik olan ölkədir. Ekspertlərə görə, Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimiz Azərbaycanın su ehtiyatları ilə zəngin olan regionudur və burada 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. 

Uzun illər Ermənistanın təcavüzündə qalan və artıq azad olunan Sərsəng su anbarının strateji əhəmiyyətini qeyd etməliyik. Su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

Müharibədən sonra su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin etməkdədir. Aparılan bərpa işlərindən sonra Suqovuşan su anbarı Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Açılışda bildirilirdi ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.

Füzuli rayonu ərazisində yerləşən, Köndələn çayın məcrasında tikilmiş Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay su anbarlarında və Quru çayı üzərindəki suötürücü qurğusunda təmir-bərpa işləri aparılıb, işğaldan azad edilmiş ərazilərdəki bir sıra su anbarlarında bərpa işləri davam etdirilir.  Bunu bu ilin mart ayının ortalarında mətbauta Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri Çingiz Abbasov deyib. Onun sözlərinə görə, su anbarlarının təmir-bərpası ilə rayonun 6,2 min hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinə zəmin yaranıb: "Ard-arda düzülən su anbarlarının ümumi həcmi 15,5 milyon kubmetr təşkil edir, o cümlədən: Köndələnçay-1 su anbarının ümumi su tutumu 3,9 milyonkubmetr, Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr, Aşağı Köndələnçay su anbarının ümumi su tutumu 9,5 milyon kubmetrdir. Aşağı Köndələnçay su anbarına əlavə su verilməsi məqsədilə Quru çay üzərində inşa olunmuş hidroqovşağın sugötürmə qabiliyyəti saniyədə 15kubmetr təşkil edir"

Mətbuatda qeyd edildiyi kimi,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonlarda mövcud su mənbələri işğalçı ermənilər tərəfindən çox pis vəziyyətə salınıb, bütün infrastruktur dağıdılıb. Bu ərazilərdə çox böyük sürətlə bu su anbarlarının və kanalların təmiri həyata keçirilir. Uzunluğu 20,2 kilometr olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulmasına başlanılıb. Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonların ərazisindəki sututarlar və anbarlarda da təmir-bərpa işləri üçün layihə sənədləri hazırlanır. Layihə işləri başa çatandan sonra Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisindəki su tutumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarları təmir və bərpa edilir. Bundan başqa, Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində yerləşən, sututumu 26,7 milyon kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə layihələndirmə işləri aparılır. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu bölgələrdə formalaşır. Tariximizin bir parçasını yaşadan və əhalisi soyqırıma məruz qalan Xocalıda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir, infrastruktur yaradılır. Hazırda Xocalı şəhərinə içməli su xətti çəkilir və eyni zamanda dayanıqlı su təchizatının yaradılması məqsədilə Madara su mənbəyindən şəhərə magistral kəmərin tikintisi nəzərdə tutulur. Hər iki mənbədən götürülən su anbara toplanacaq və mərkəzi anbarlardan öz axıntı rejimində şəhər əhalisinin, eləcə də ictimai-iaşə və dövlət obyektlərinin su təchizatna yönəldiləcək. Xocalıda yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə tullantı su xətləri çəkilir. Fərdi məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq iki yeni subartezian quyusunun qazılmasına qərar verilib. İşğaldan azad olunan ərazilərin demək olar ki, hər qarışına su xətti çəkilir. Yaşayış olan inzibati binalar, obyektlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Füzulidə mərkəzi anbarda magistral su kəmərinin tikintisi işləri artıq yekunlaşıb. Kəlbəcər, Ağdam və Cəbrayılda isə xarici su təchizatı, eləcə də şəhərdaxili su və kanalizasiya sistemləri yaradılır. İlin sonuna kimi Laçın şəhərinə də su xəttinin çəkilişi başa çatdırılacaq. Ümumi sututumu 70,5 milyon kubmetr olan "Bərgüşadçay" su anbarının inşası böyük ehtimalla bu il tamamlanacaq. Su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsinə zəmin yaranacaq, uzunluğu 61,5 kilometr olan magistral boru kəməri ilə isə "Qız qalası" hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün saniyədə 12 kubmetr suyun verilməsi mümkün olacaq. Layihə çərçivəsində, həmçinin bəzi rayonların içməli su ilə təchizatı nəzərdən keçirilir. 

Bildirdiyimiz kimi, azad ərazilərdəki çayların, su hövzələrinin üstündə elektrik stansiyalar da tikilib istifadəyə verilir. 

Hələ keçən il "AzerEnerji" məlumat yaymışdı ki, işğaldan azad edilən ərazilərdə 9 elektrik stansiyasının tikintisinə başlanılıb. 2023-cü ildən başlayaraq həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb.

Bu stansiyaların istismara verilməsi 2024-cü ildə nəzərdə tutulub. 

Son 4 ilə yaxın bir dövr ərzində bu sahədə görülən işlərin qısa mənzərəsini təqdim etdik və əlbəttə, növbəti dövr ərzində daha böyük işlərin görüldüyünün şahidi olacağıq. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ