Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Kitabi-Dədə Qorqud”da Qərbi Azərbaycanın tarixi toponimləri...

Image


“Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri” rubrikasında ana abidəmiz “Kitabi-Dədə Qorqud” eposunda əksini tapan Qərbi Azərbaycan toponimləri barədə növbəti yazımızı təqdim edirik. Əvvəlki yazımız “Kitabi-Dədə Qorqud” eposunda Göyçə gölü obrazı ilə bağlı idi.

Bu dəfə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Vedibasar və başqa yerlərdə  Dədə Qorqud dastanlarında rast gəlinən toponimlərə diqqət ayıracağıq. Qeyd edək ki, ana kitabəmiz “Dədə Qorqud”da Qərbi Azərbaycanla bağlı toponimlər çoxdur.

AMEA-ın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, qorqudşünas-alim Nigar Həsənova mətbuata bildirib ki, "Kitabi-Dədə Qorqud" dastanı indiki Ermənistan ərazisinin qədim Oğuz eli olduğunu təsdiq edən ən əsaslı mənbədir. Dədə Qorqud türk xalqlarının tarixi-mənəvi birliyinin bərpası üçün güclü stimuldur. Qorqudşünas-alimə görə, "Kitabi-Dədə Qorqud" dastanındakı adət-ənənələr, oradakı yer adları bir daha sübut edir ki, indiki Ermənistan qədim Azərbaycan torpağı olub: "Təkcə toponimlər (coğrafi adlar, yer adları) yox, antroponimlər (müxtəlif şəxs adlarının məcmusunu bildirən termin, insana aid hər hansı bir xüsusi ad), dövlətçilik ənənələri sübut edir ki, bu dastan bizimdir. Orada dövlətçilik ənənələri də bir daha sübut edir ki, bu dastan türk xalqlarının dastanıdır. Nailə xanımın sözünə qüvvət olaraq deyə bilərəm ki, dastan indiki Ermənistan ərazisinin qədim Oğuz eli, bizim torpaqlarımız olduğunu təsdiq edən ən tutarlı mənbədir".

 Professor, Dövlət mükafatı laureatı Süleyman Məmmədov məqalələrindən birində yazır: “Mədəniyyətimizin şah əsəri olan “Kitabi-Dədə Qorqud”da ulu babalarımızın yaşadığı bütün torpaqlarda – Dəmir qapı Dərbənddən Diyarbəkir torpaqlarına və Mardinə, Xəzərdən Qara dəniz sahillərinədək, Abxaz elinə, Trabzona qədər geniş ərazidə baş vermişdi və Bayburddan Kür-Araz nəhrinin aşağı axarına qədər bölgələri içinə alırdı. Lakin tədqiqatçılar dastanın tarixi-coğrafi baxımdan şifahi xəritəsini cızarkən, nədənsə, Qərbi Azərbaycanda Ağrı dağının güneyində yerləşən Vedibasarı həmin areala daxil etməmişlər, təkcə Göyçə gölünü göstərməklə kifayətlənmişlər. Halbuki, Batı Azərbaycan ərazisində Vedibasarda “Dədə Qorqud” dastanlarında qeyd olunan toponimlərlə səsləşən yüzlərlə yer-yurd adları vardır. Ona ğörə də biz bu məqalədə Qərbi Azərbaycanın gözəl guşələrindən olan Vedibasarın da Dədə Qorqud dastanlarının tarixi-coğrafi arealına daxil olduğunu sübut etməyə çalışacağıq. Çünki “Dədə Qorqud kitabı”ndakı tarixi hadisələrin və bədii süjetin coğrafiyası barədə mübahisə olsa da, ümumi fikir birliyi vardır. Şübhəsiz, dastan konkret bir zaman kəsiyində yaranmadığı kimi, onu mütləq coğrafi koordinata yerləşdirmək də olmaz. Şifahi xalq yaradıcılığımızın tacı olan “Kitabi-Dədə Qorqud”, eyni zamanda, əvəzolunmaz tarixi salnaməmizdir. O bir tarixi qaynaq kimi dünya xalqlarının erkən çağlara aid xalq qəhrəmanlıq eposları içərisində özünəməxsus yer tutur. Vedibasar bölgəsində saxlanılan qədim oğuz məzarlıqları, kitabələr, koç, qoyun, yəhərli-yüyənli at, məzar daşları, onlardakı təsvirlər, ornamentlər uzaq keçmişimizdən, Dədə Qorqud dünyasından xəbər verir. Həmin bölgənin təkcə Ciğin dərəsində, Kiçik və Böyük Əyricədə saxlanılan və bizim şəxsən yazıya aldığımız 100-dən çox oba, kənd adları “Dədə Qorqud” qaynaqları ilə bağlı toponimlərdir. Sonrakı dövrlərdə Batı Azərbaycanın feodal dövlətləri Qaraqoyunlu, Ağqoyunlu və Çuxur-Səd bəylərbəyliyi tərəfindən idarə edilməsi ilə əlaqədar bu ərazidə oğuz-türk mənşəli əhalinin məskunlaşması daha da artmış və külli miqdarda oykonimlər, oronimlər, hidronimlər, toponimlər, paleotoponimlər yaranmışdır.

Bu da tamamilə təbiidir. Çünki qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan ilk insan məskəni, qədim toponimlər diyarıdır. Bunların geniş miqyasda tədqiqi xalqın soykökünün öyrənilməsi baxımından da maraqlıdır. Dünya qorqudşünaslığının yaranmasında və inkişafında əvəzsiz xidmətləri olan V.Bartold yazır: “Qopuz çalan, nəğməkar-şaman Qorqud haqqındakı əfsanənin mənşəyi necə olur-olsun, Qorqudun adı ilə bağlı bu epik silsilə çətin ki, Qafqaz mühitindən kənarda yaradıla bilərdi.” Məhz Bayandur, Bayburd toponimi və Qazan baş obrazlarının təşkiledici obraz kimi dastanın ana xəttini təsdiq etməsini Türkiyəli qorqudşünaslar R F. Sümər, Orxan Şaiq, M. Erkin də bu həqiqəti təsdiq edirlər. Məlumdur ki, istər XV əsr, istərsə də ondan əvvəlki dövrlərdə şəxsiyyətlər arasında bu adlar var. XV əsrdə Azərbaycan və Türkiyə tarixində xidmətləri olmuş Ağqoyunlular özlərini və Xanəndanı Bayandur xanın nəsli sayırdılar. Dastanın “Qanlı qoca oğlu Qanturalı boyu”nda Oğuz-Trabzon münasibətlərindən, oğuzların Ağqoyunlu boyundan olan Qanturalının Trabzonlu qızı Selcan xatunla evlənməsindən bəhs olunur. Soy-kökü xanlar xanı Bayandur xana gedib çıxan Ağqoyunlular sonradan paytaxtı Diyarbəkir olan müstəqil oğuz dövləti yaratdıqda onu idarə edən sülalə Bayandurlar adlanırdı.

Oğuz anlayışı ilk dəfə Orxon yazılarında işlənmişdir. Böyük Kül Təkin yazısı bunu bir daha aydın göstərir: “Doqquz oğuz xalqı mənim öz xalqım idi. Yer, Göy qəzəbləndiyi üçün bizə yağı kəsildi. Bir ildə beş dəfə sünğüləşməli olduq. Bununla “Oğuz” həm də xaqanlığın özü və onu təmsil edən bir xalqdır, bir xaqanlıq etnosiyasi və etnomədəni baxımdan artıq “Oğuz” elidir. Bu elin xaqanı, oğuz xalqı, bəyləri, oğuz-türk bəyləridir. Qərbi Azərbaycan ərazisindəki yüzlərlə toponimlər sırasında Qaragünə toponimi də vardır. Dədə Qorqud dastanında Qaraqunə Qazan xanın qardaşının adıdır. Əlbəttə, Qaraqunə toponimi Qərbi Azərbaycana təsadüfi düşməmişdir. Bu ad Dədə Qorqud dastanı ilə bilavasitə bağlıdır. Türkün tarixində ənənəvi varislikdən başqa, bəylik ləyaqəti həyatda şəxsi davranışla da qazanılırmış.

Türk igidliyə müqəddəs iş kimi baxıbdır. Təbiidir ki, qədim abidədə mifoloji anlayışlar xeyli yer tutur: Yeddi minlik kafir ordusu tərəfindən el-obası talanıb özü, ailəsi, anası, oğlu, kənizi, qulluqçusu əsir düşən Qazan xanın ovda gördüyü yuxunu qardaşı Qaragünəyə danışması və qardaşının onu yozması türkün tipik mifoloji düşüncələrindəndir. Yuxu inamı, Qazan xanın oğlunun ağaca sadaladığı məişət və həyat vəzifələri, Qazan xanın yurdla, su ilə, qurdla, köpəklə xəbərləşmələri qədim inanclarla bağlıdır. Qərbi Azərbaycanın Vedibasar ərazisindəki bir sıra toponimlər, o sıradan Kolanı, Baxçacıq, Düyün, Ağasıbəyli, Qazançı, Aşağı Ərmik, Kərgab, Qaragünə, İnqala, Ağsu, Göl, Camişbasan, Qarabağlar, Qaratorpaq, Hortuz, Dəhnəz, Əzizkənd, Daşnov, Küsuz, Babacan, Kotuz, Alirzalar, Hacımirzə, Xarabakotanlı, Seyidlər Kotanlısı, Qarağaç, Şuğayib, Şəhriyar, Bayburd, Qaladibi, Körpüköy, Çatma, Aysorlu, Gilanlar, Tapgilaniar, Yellicə, Çəmənkoy, Alqiriq, Zəncirli, Harınburun, Düyüdaşı, Pirəli, Yappa və s. oğuz ellərinin qoyub getdikləri toponimlərdir. Gətirilmiş örnəklərdən təkcə “Bayburd” toponimi, oğuz ellərinin başçısı Qazanı xatırladan Qazancı köyü, yaxud oğuz igidlərinin adı ilə adlandırılan Kotuz, Hortuz kənd adları Dədə Qorqud dünyasını xatırladır. Şərur-Dərələyəz dərəsində yerləşən kəndlər Civə, Yelpin, Çanaqçı, Qovuşuq, Ağkənd, Ayı səsi, Gədik vənçi, Həsən köy, Əməvi, Arpa, Kotanlı, Poşalı, Cul, Qalasirri də bu qəbildən olan toponimlərdir... “

Alimin qeyd etdiyinə görə, Qərbi Azərbaycan ərazisində paleotoponimlərin, xüsusilə etnotoponimlərin yalnız bir qisminin araşdırılması onu göstərir ki, bu ərazidə qədim tariximizin izləri hələ də qalmaqdadır. O. Vurğulyıb ki, oğuzlara məxsus obalar, ellər, mahallar, kəndlər, yaylaqların çoxunun adlarının qədim abidələrimizlə səsləşməsi də fikrimizi təsdiq edir. Faktların paralelliyi Qərbi Azərbaycandaki toponimlərin və ayrı-ayrı sözlərin məna çalarlarının Dədə Qorqudla eyni olduğunu təsdiq edir. Bu da təsadüfi deyil: “V.Jirmunskinin fikrincə, Dədə Qorqud boylarının ilk qatlara IX-X əsrlərdə Sır-Dəryanın aşağı axarlarında oğuzların əski vətənində, qismən də oğuzların yeni Vətəni Cənubi Qafqazda yaranmışdır. Yeni araşdırmaların elmə gətirdiyi nümunələrə arxalanmış olsaq, “yeni vətən”də oğuzların izlərinə tarixin daha ön qatlarında rast gələ bilərik. Bu oğuzların qədim etnik varlığının düyünlü problemlərini açmaq üçün dəyərlidir. Bizə elə gəlir ki, “alban” boy adı dastanda “ilkin Vətən”də deyil, bu adı daşıyan xalq onu Qafqazda yaşaması ilə bağlı olaraq gətirmişdir. Çünki Qafqaz albanları üçün doğma yaşayış yeri oğuzların ilkin vətəni deyil, onların yeni vətəni olmuşdur. Professor S.Əliyarlı qeyd edir ki, Kanqli (Kənxər) boy adı ilə bağlı mövzunun oğuz epik sənətinə keçməsi bizim öncələr düşündüyümüzdən qat-qat mürəkkəb, regionlararası bir proses olmuş, boylardakı bir sıra hekayətlər kökcə yalnız Mərkəzi Asiya oğuzları içərisində deyil, Qafqazdakı qədim türk boyları içərisində, “Oğuz dilində Orxon yazıları” yaranmamışdan öncə baş vermişdir. V.Bartoldun fikrincə, “Qorqud” mövzusu “törəyişcə” çox qədimdir, Oğuzlar onların yayılma yürüşlərinin başlanğıcında onunla artıq tanış idilər. V.Bartolda görə, boylarda adı çəkilən “Oğuz zamam”, yəni əsərin qəhrəmanlarının yaşadığı dövr uzaq keçmişə, İslamın ilk yüzilinə düşür. Dastanda təsvir olunmuş hadisələrin coğrafiyası Kur-Araz ovalığı, Bərdə, Gəncə, Gürcüstan ətrafı, Dərbənd, Göyçə ətrafı, Qara dəniz ağzını əhatə edir. Əlavə edək ki, hadisələrin coğrafiyası Göyçə ətrafını əhatə edirdisə, deməli Vedibasar ətrafını da əhatə edirdi. Vedibasar bölgəsində saxlanılan, yuxarıda qeyd etdiyimiz qədim onomastik vahidlər və toponimlər bunu təsdiq edir. Belə hesab edirik ki, həm də bu yerlər dastan qəhrəmanlarının doğma vətənidir. Mil-Muğan onların qışlaqları, Qızılağaç, Vedibasarın Kiçik və Böyük Əyricə dağları yaylaqlarıdır. Deməli, doğma sınırlar içində onların yurdları, yaylaqları vardı. Bu da Şimali və Qərbi Azərbaycanın indiki coğrafi ərazisinə uyğun gəlir. Tanınmış qorqudşünas Ş.Cəmşidovun axtarışlarından məlum olur ki, 546-cı ildə öz üsyankar çıxışları ilə Çin imperiyası tabeliyindən xilas olan, VII yüzilin ortalarından “On od budun” qəbiləsinin başçılığı ilə daxili çarpışmalardan qalib çıxaraq güclü xaqanlıq yaradan Qərb türkləri təzə yurdda da yeni qoşunları ilə mübarizə aparmışlar. Maraqlıdır ki, Mərkəzi Asiyada deyil, məhz Cənubi Qafqaz mühitində baş vermiş bu döyüşlərin “Kitabi-Dədə Qorqud”da izləri vardır...”

Alim yazır ki, VI əsrin sonu - VII əsrin əvvəllərində Ağqoyunluların Qarabağda, Göycə ətrafında, Vedibasar ərazisində, Alagöz yaylaqlarında yaşadıqları məlumdur. Onomastik vahidlərin paralelləri və müqayisələr dastanın şifahi şəkildə tarixin daha qədim qatlarında mövcud olduğunu, XI əsrdə isə yazıya alındığını, tarixi-coğrafi koordinatların müəyyənləşdirilməsi baxımından isə, Qərbi Azərbaycanın Vedibasar bölgəsini də əhatə etdiyini deməyə imkan verir.

Qərbi Azərbaycanda  mövcud olan toponimlərin “Kitabi-Dədə Qorqud”dan boy göstərməsi bir daha o yurdların tarixi torpaqlarımız olduğunu təsdiqləyir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ