Bazar ertəsi günü, 09 noyabr 2026
     

Müasir sosial şəbəkələr dövründə uşaq və gənclərin mühafizəsi...

Image


Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır.

Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur.

Əlbəttə hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Digər tərəfdən bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

  • Onların xeyirli tərəfləri ilə yanaşı, zərərli tərəfləri də az deyil

Bu gün Azərbaycan insanının böyük bir qismi internetdən, xüsusən də sosial şəbəkələrdən istifadə edir. Bu sırada gənclər üstünlük təşkil edir. Əvvəlcədən qeyd edək ki, sosial şəbəkələrdən hər kəs öz tərbiyəsinə görə istifadə edir. Nədir sosial şəbəkə və gəncləri, insanları bura nə cəlb edir? Əlbəttə, bu suala birmənalı cavab tapmaq çətindir. Burada hər kəsi bir məsələ cəlb edir, maraqlandırır.

Gənclər var ki, özünü sosial şəbəkələrdən ayrı hiss edə bilmir. Reallıq budur ki, dünyanın internet aləmində yüzlərlə adda sosial şəbəkə, forum, virtual görüş məkanı mövcuddur.

Ekspertlər həyatımıza müdaxilə edən sosial şəbəkələri xarakterizə edərək yazırlar ki, onların xeyirli tərəfləri ilə yanaşı, zərərli tərəfləri də az deyil. Onlar bildirir ki, "sosial şəbəkə" termini elmi leksikona 1954-cü ildə ingilis sosioloq Barns tərəfindən daxil edilib. Tərifə görə, sosial şəbəkə sosial obyektlərdən ibarət qovşaqları birləşdirən sosial strukturdur.

  • Bəzən sosial şəbəkələrin qanundan kənar mahiyyəti insanların içində olan ədəbsizlik, mədəniyyətsizlik və tərbiyəsizliyi üzə çıxarır

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva qəzetimizə bildirdi ki, bir zamanlar insanlar sosial şəbəkələrə adi əyləncə vasitəsi kimi baxırdı və bir növ internet aludəçisinə çevrilmişdi: “Qeyd edim ki, hazırda Azərbaycan  sosial şəbəkələrinə görə dünyada aparıcı yerlərdən birini tutur. Elə bil yeni bir internet dünya, yeni bir internet ölkə yaranıb, insanlar da bu ölkənin vətəndaşına çevrilib. Bu "vətəndaş"lar bir-birinə istənilən münasibəti göstərə bilər. Amma bu, real münasibətlərdən fərqli olaraq, bir qədər hüquqdan kənar münasibətlərdir. Çünki hər bir ölkədə sosial münasibətlər qanun əsasında qurulur. Onlar bir-birinə qarşı hansısa təhqirə yol verirsə, qanun işə düşür, Konstitusiya öz sözünü deyir. Amma internet üzərində virtual sosial şəbəkələrin meydana gəlməsi artıq qanundan kənar mühit yaradır. Sosial şəbəkələrin bu gün yaratdığı ən böyük problem budur. Belə qanundan kənar mühit başqa dinləri, başqa mədəniyyətləri, başqa mental dəyərləri daşıyanları birdən-birə sosial mühitə gətirir. İkinci ən böyük problem ondan ibarətdir ki, sosial şəbəkələrin qanundan kənar mahiyyəti bəzən  insanların içində olan ədəbsizlik, mədəniyyətsizlik və tərbiyəsizliyi üzə çıxarır. İnsanlar ata-anasının, müəlliminin, qonşusunun yanında demədiyini orda demək imkanı əldə edir. Və düşünür ki, bunu heç kim bilmir, burda özünü gizlədə, anonimliyini təmin edə bilər. Həmin insan abstrakt olan bir azadlıq mühitinə düşür. Amma o azadlıq təhlükəli azadlıqdır".

  • Bu yaxınlarda bizim xüsusi xidmət orqanları erməni xüsusi xidmət orqanlarının təsiri altına düşən bir azyaşlını müəyyən etdi

QHT sədrinin sözlərinə görə, sosial şəbəkələrin imkanlarından istifadə etməklə uşaq və gənclərin vətənpərvərliyini artırmaq mümkündür: “ Bunun üçün xüsusi proqrama ehtiyac var. Bəzi layihələrin köməkliyi ilə gəncləri düzgün istiqamətə yönəltmək olar. Mən sosial şəbəkələri dəqiq izləyirəm və görürəm ki, gənclərimiz orda vətənpərvərliklə çox az məşğul olur. Əsasən əyləncəyə üstünlük verilir. Çox istərdim ki, sosial şəbəkələrdə xalqımızın böyük şəxsiyyətlərini təhqir edən bəzi qrupların qarşısına sanballı gənclər çıxsın. Şəxsiyyətlərlə bağlı məsələlər müzakirəyə çıxarılarkən hər kəs bu məsələdə prinsipial mövqe tutmalıdır. Heç bir şəxsiyyətimizin təhqir edilməsinə yol verməməliyik. Təhqirə yol verən adamlara necə vətənpərvər demək olar? Bu istiqamətdə sistemli iş aparılmalıdır. Gənclərə sosial şəbəkədə etik normaları gözləmək, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı təlqin etmək, onları sosial şəbəkələrdə sağlam polemikaların aparılmasına cəlb etmək lazımdır. Dünyada aparılan müharibələr informasiya savaşı fazasına keçdiyindən, bizim gənclik informasiya müharibəsinə hazır olmalıdır. Məsələnin ikinci aspekti mənfur qonşularımız olan ermənilərlə bağlıdır. Bilirsiniz ki, onlar bizə qarşı daim informasiya müharibəsi aparmaqla məşğuldur. Onlar belə təbliğatın aparılmasında sosial şəbəkələrin imkanlarından geniş istifadə edir. Ermənilərlə təbliğat müharibəsini aparmaq üçün bizə informasiya texnologiyalarına yaxşı bələd olan vətənpərvər gənclər lazımdır. Belə gənclərimiz də var, çoxdur. Bu yaxınlarda bizim xüsusi xidmət orqanları erməni xüsusi xidmət orqanlarının təsiri altına düşən bir azyaşlını  müəyyən etdi. Həmin mövzu içtimailəşəndən sonra məlum oldu ki, erməni kəşfiyyatı çox iyrəncliklə həmin azyaşlıdan öz maraqları naminə istifadə edib. Bu səbəbdən də, uşaq və gənclərimizin internet və digər müasir kommunikasiyalardan istifadəsinə xüsusi nəzarət olmalıdır ki, onlar yad təbliğatın təsiri altına düşməsinlər”.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:15
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 17:12
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ