Cümə günü, 02 oktyabr 2026
     

Vətəndən qürbətə göndərilən mesajlar...

Image



Akif Əlinin müəllifi və aparıcısı olduğu "Vətən səsi" dünyada yaşayan azərbaycanlıların səsinə çevrilib

Böyük yunan şairi, filosofu Homerin çox dəyərli bir sözü var: "Vətənin tüstüsü də şirindir". Tarixdən tarixə yadigar qalan bu fikrin altında böyük bir məna gizlənir. Təbii, bu mənanı hamı dərk edə bilməz. Dərk edənlər isə bu dərin kəlamdan çox şey öyrənirlər. Başlıcası isə, bu məna Vətən sevgisi aşılayır. Vətən sevgisi insana südlə, sümüklə keçir. Bəzən deyirlər ki, Vətənin nə olduğunu ömrü qürbətdə çürüyən qəribdən soruş.
Qərib görüb bu dərdin dadını. Zaman var idi ki, Vətəndən uzaqlarda yaşayan soydaşlarımız vətəndən kiçik bir soraq almaq üçün nə qədər əziyyətlərə qatlaşırdı. Vaxt vardı ki, Vətəndən əl boyda kağız gələndə insanlar bayram edərdi, kiçik bir müjdə soydaşlarımızın ürəyini dağa döndərərdi. Qürbətdə yaşayanlar ana torpağa üz sürtməyə can atırdı, ancaq sərhəd dirəkləri yol vermirdi onlara. Sərhədlərin bağlı olduğu çağlarda məktubların min bir qapıdan keçib, cümləbəcümlə təftiş edildikdən sonra sahibinə çatdırıldığı günlər, illər də vardı. Qəriblikdə yaşayan, Azərbaycan müstəqillik əldə etdikdən sonra Vətənə gələn yaşlı insanlardan çox eşitmişik ki, ana yurddan soraq almaq üçün nə qədər çətinliklərlə üzləşiblər. Bu insanlar nə qədər məşəqqətlə, ağrı-acıya tuş gəlsələr də Vətənə qovuşmaq ümidlərini itirməyiblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra soydaşlarımız ölkəmizə rahat şəkildə gəlib - getməyə başladılar.
Məlum olduğu kimi, artıq Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı çox aydın siyasəti var və bu siyasətin məqsədi həmvətənlərimizin Azərbaycana öz isti yuvalarına bağlanmasına xidmət edir. Sözsüz ki, dövlətin mövcud siyasəti KİV-lər tərəfindən də davam etdirilir. İctimai Televiziya bu baxımdan çox böyük işlər görür. Bilirik ki, son aylar İTV-nin efirində maraqlı bir proqram açılıb. Bu proqramın müəllifi və aparıcısı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, tanınan ictimai xadim Akif Əlidir. Akif Əlinin müəllifi olduğu "Vətən səsi" verilişi, çox qısa bir zaman ərzində efirdə olmasına baxmayaraq, həm ölkə daxilində, həm də xaricdə özünə böyük tamaşaçı auditoriyası toplayıb. Xarici ölkələrdə yaşayan soydaşlarımızın Vətən ağrı-acısını ovudan, onların dərdinə məlhəm olan bu proqramın əhəmiyyəti danılmazdır. Ümumiyyətlə, bu səpkili verilişləri aparan şəxslər mütləq bu dərdi can köynəyindən, ürəyindən keçirib yaşamalıdır. Qürbət taleli insanlar çox həssas olur və onları gərək elə ovudasan ki, narahat ürəkləri isinə. Keçmiş SSRİ məkanının bir neçə respublikasında yaşayan yaxınlarımız, qohumlarımız dəfələrlə bildiriblər ki, "Vətən səsi" proqramını səbrsizliklə gözləyir, bu verilişi diqqətlə izləyirlər. Proqramda qoyulan mövzuların Azərbaycan dövlətinin və xaricdə yaşayan soydaşlarımızın maraqlarına xidmət etdiyini deyən yaxınlarımız hesab edirlər ki, bu proqram başqa telekanallar üçün də örnək ola bilər. Akif Əlinin vətəndaş mövqeyi, ziyalılığı bəllidir. O bu xalqın tarixini, mədəniyyətini, xaricdə yaşayan azərbaycanlıların əhval-ruhiyyəsini çox yaxşı bilir. Ona görə də, "Vətən səsi" olduqca səmimi alınır və tamaşaçıların da tələbatını ödəyir. Qeyd edək ki, veriliş Akif Əlinin təqdimatında uğurlu alınıb və xaricdə yaşayan həmvətənlilərimizə dövlətin çox vacib mesajlarını çatdıra bilir. Söz yox ki, Akif Əli bütün varlığı ilə Vətənə, torpağa bağlı insandır və bu onun verilişində də hiss olunur. Akif müəllim yerli qəzetlərdən birinə müsahibəsində "Vətən səsi" verilişinin necə yaranmasından danışıb: "İctimai Televiziyanın efirində əvvəllər xaricdə yaşayan azərbaycanlıların həyatı ilə bağlı "Qərib axşamlar" adlı proqram təqdim olunurdu. Müəyyən müddət efirə gedən veriliş öz auditoriyasını toplamışdı. Ancaq əbədi heç nə yoxdur, həyat bir yerdə dayanmır, zamanla hər şey dəyişir. Xüsusən müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf etdikcə, müxtəlif yeni məqamlar, yeni tələblər ortaya çıxır. Ona görə İTV-nin rəhbərliyi qərara almışdı ki, bu proqramı da zamana uyğun bir qədər yeniləşdirsin. Bu verilişi aparmaq mənə təkif olundu. Mövzunun maraqlı olduğunu bildirdim, ancaq vaxtilə AzTV-dəki təcrübəmə əsaslanaraq, verilişə müəyyən dəyişikliklər də təklif etdim. Müasir Azərbaycan adamının simasını efirdə daha dolğun əks etdirmək, azərbaycanlı obrazını dünyaya daha yüksək səviyyədə tanıtmaq baxımından mövzuya yanaşma üslubu, dövlətçilik mövqeyi, çıxışçılar və musiqili qonaqlar kontingentinin seçilməsi, aparıcılıq manerası və s. ilə bağlı müəyyən təkliflərim oldu. Razılaşdılar. Müasir dövrdə xaricdəki soydaşlarımızın heç də qərib durumda, bədbin, küskün, boynubükük vəziyyətdə olmadığı düşüncəsi ilə daha nikbin, daha işıqlı "Vətənin səsi" adını təklif etdim, o da qəbul olundu. Artıq beşinci aydır veriliş efirdədir və hələ ki, müsbət rəylər alırıq. Azərbaycanın görkəmli ziyalıları ölkəmiz üçün çox əhəmiyyətli maarifləndirici proqram olduğunu bildirirlər. "Vətən səsi" dünya azərbaycanlılarına ünvanlandığı üçün efirin vaxtı da xaricdəki saata uyğun nəzərdə tutulub".
Akif Əli qeyd edib ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işinin əsası mərhum prezidnt Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, vaxtilə xarici səfərləri zamanı onun çox gərgin iş qrafiki olsa da, dövlət səviyyəsində görüşlərin siyahısına mütləq azərbaycanlılarla görüş də salınırdı: "Və Ulu öndər həmin ölkələrdə yaşayan azərbaycanlıların nümayəndələrini qəbul edib onlarla ətraflı söhbətlər edir, birlik istiqamətində tövsiyələrini verirdi. Azərbaycanın həqiqətlərini dünyaya yaymaqda Vətənə kömək etməyi məsləhət görürdü. Bu iş sonralar get-gedə daha da sürətləndi. Artıq dövlətin bu sahədə siyasəti xüsusi Diaspor Komitəsi vasitəsilə yürüdülür. Soydaşlarımızın təşkilatlanması üçün Azərbaycan dövləti əlindən gələni edir. Bəzən müəyyən çətinliklər olur ki, bunlar da artıq azalmaq üzrədir. Açığı, bizdə belə bir mental şüur var ki, hərə özünü lider görmək istəyir. Ancaq zaman bunların hamısının aradan qaldırılmasını tələb edir. Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayları birliyimizə çox kömək edir. Qurultaylarda bütün dünyadan azərbaycanlılar gəlir, ünsiyyətdə olurlar. Bu isə birləşmə mexanizminə kömək edir. Mən bu sahədə nikbinəm. Dünya miqyasında tam birliyimiz məhz müstəqil Azərbaycan dövlətinin mövcudluğu ilə mümkündür. Odur ki, bizim üçün ən böyük dəyər Azərbaycanın müstəqilliyidir. Bütün dünya azərbaycanlıları müstəqilliyin qədrini bilib onun göz bəbəyi kimi qorunmasına xidmət etməlidir".
Hesab edirik ki, Akif Əli müəllifi və aparıcısı olduğu "Vətən səsi" proqramı ilə artıq soydaşlarımızın ürəyinə yol tapıb. Qürbət taleli insanlara Vətəndən xoş xəbərlər gərəkdir, bu xəbərlər də "Vətən səsi"ndən dünyaya yayılır. "Vətən səsi" vətənin səsini ifadə edərək həmvətənlərimizə dayaq olur. Əlbəttə, Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların vətənidir. Onlar buranı vətən bilib bütün arzularını Azərbaycana ünvanlayırlar.
"Vətən səsi" proqramının gördüyü işi, daşıdığı missiyanı, çiyinlərinə götürdüyü yükü əsl vətəndaşlıq, vətənpərvərlik nümunəsi sayan ziyalılar çoxdur. Bu ziyalılar hesab edir ki, "Vətən səsi" çox gərəklidir və işıqlandırdığı mövzular xaricdə yaşayan azərbaycanlıların taleyi ilə birbaşa bağlıdır.
Diaspor Жurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə "Vətən səsi" proqramı haqda fikirlərini "Bakı-Xəbər"lə bölüşdü. Bu verilişə yüksək dəyər verən və əhəmiyyətini önə çəkən həmkarımız qeyd edir ki, bu proqram xaricdə yaşayan soydaşlarımız üçün gərəklidir":Uzun müddət televiziyada işləyən media nümayəndəsi kimi ilk olaraq deyim ki, hər bir televeriliş insan kimdir. Mövzu, məqsəd və məramına görə bu verilişlərin ömrü müxtəlif olur. Adətən elmi, mədəni, milli-mənəvi dəyərlər, ümumiyyətlə xalq və onun keçmişi, eləcə də gələcəyi ilə bağlı verilişlər daha çox efirdə qalır. Düzdür, həmişə eyni adda və biçimdə olmasa da, dəyişik formalarda belə verilişlər uzunömürlü olur. İTV-də nümayiş edilən "Vətən səsi" proqramı sırf azərbaycançılığın təbliği mövzusundadır. Çünki diasporun birinci vəzifəsi azərbaycançılığı xaricdə təbliğ etməkdir. İTV-də bu səpkidə başqa bir veriliş verilirdi. Lakin onun yeni bir formatda nümayiş etdirilməsi maraq doğurur. Etiraf edim ki, bu verilişin təkcə ilk buraxılışına baxmışam. Özüm də belə formatda olan "Vətəndən uzaqda" internet TV verilişinin aparıcısı olduğumdan, bu mənim üçün daha maraqlı və sevindirici oldu. Hətta verilişə baxdıqca bir çox ideya və layihələr belə, fikrimdən keçdi... Əvvəlki illərlə müqayisədə bu gün KİV-də diaspor mövzusuna xüsusi diqqət göstərilir. Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor təşkilatlarının gördüyü işlərlə bağlı xəbərləri mediada yayır. Eyni zamanda, media orqanları özləri fərdi olaraq diaspor mövzusunda materialları dərc edirlər. Bu da nəticədə diaspor mövzusunun KİV-də daha çox işıqlandırılmasına gətirib çıxarır. Məhz bunun nəticəsidir ki, artıq diaspordan yazan jurnalistlər şəbəkəsi yaranıb. Amma diaspordan nə qədər yazılsa və TV-də verilişlər çəkilsə də, bu kifayət deyil. Biz bu mövzuya diqqəti daha da artırmalıyıq. Elə DЖB-ı yaratmaqda bir məqsəd də bundan ibarətdir. Belə verilişlər və ya yazılarla diasporun məsuliyyətini daha da artırmalıyıq. Yəni veriliş və yazılar elə səpkidə olmalıdır ki, diaspor öz məsuliyyətini hiss etsin. Ümumiyyətlə, diasporumuz dövlət, xalq qarşısında məsuliyyət hiss etməlidir.
Azərbaycanı dünyada tanımaq işində dayanmadan, mütəmadi olaraq fəaliyyətdə olmalıdır. Diasporumuz özünü güclü, müstəqil dövləti olan bir xalqın nümayəndəsi olaraq göstərməlidir. Bu gün milli diasporumuzun gündən-günə çiçəklənən Azərbaycan adlı ölkəsi var. "Vətən səsi" tipli verilişlər bir daha göstərir ki, mediamız diaspora öz diqqət və dəstəyini göstərir".






DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ