Bazar günü günü, 08 noyabr 2026
     

80-ci illərin sonunda Qarabağ münaqişəsi Azərbaycana qarşı separatizm və terror dalğasında başladı...

Image


Çar Rusiyası tərəfindən ermənilərin Cənubi Qafqaza, xüsusən də Azərbaycan torpaqlarına köçürülməsi bölgənin qaynar münaqişə ocağına çevrilməsinə səbəb oldu. 200 ilə yaxındır İran və Türkiyə ərazisindən köçürülərək torpaqlarımızda məskunlaşdırılan ermənilər burada özlərinə ev-eşik qurduqdan sonra açıq-aşkar şəkildə ərazilərimizə qarşı iddialar irəli sürməyə başladılar. Dünyanın böyük dövlətlərinin dəstəyinə arxalanan ermənilər Azərbaycan torpaqlarını mənimsəmək istiqamətində fəaliyyətə başladılar.  

XX əsrin 80-ci illərinin sonlarından başlayaraq erməni şovinistləri, daşnakları Dağlıq Qarabağa qarşı iddialar irəli sürməyə başladılar. Daşnak ideologiyasına xidmət edən ermənilər ərazilərimizə sahib olmaq üçün torpaqlarımızı işğal etmək planını həyata keçirməyə başladılar. Qarabağ münaqişəsi torpaqlarımızın işğalına yol açdı.   

Tarixçilərin qeyd etdiyinə görə, Qarabağ münaqişəsi haqqında danışarkən bir sıra hadisələri yada salmağımız lazımdır. 1987-ci ildə akademik Abel Aqanbekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişikliklərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə məsələ qaldırdı. 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində vərəqlər yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 1987-ci ilin oktyabr ayında İrəvanda “Qarabağ komitəsi” ilk açıq mitinq keçirir. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər.

1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir.

Məlum olduğu kimi, 1988-ci il 13 fevralda ermənilər Xankəndidə Vilayət Partiya Komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə “Krunk” terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir.

1988-ci il 19 fevralda İrəvanda antitürk mövqeli mitinq keçirilir. Mitinqdə “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır” tələbləri irəli sürülür.

1988-ci il 19 fevralda Bakıda “Qarabağ bizimdir!” şüarları ilə ilk yürüş keçirilir.

1988-ci il 20 fevralda ermənilər Xankəndidə Vilayət Partiya Komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir.

1988-ci il 22 fevralda Əsgəran qəsəbəsində azərbaycanlıların dinc yürüşü erməni silahlıları tərəfindən gülləbaran edilir. 2 nəfər yeniyetmə - Əli Hacıyev və Bəxtiyar Quliyev öldürülür, 19 nəfər yaralanır.

1988-ci il 23 fevralda Vilayət Partiya Komitəsinin birinci katibi B.Gevorkov vəzifəsindən azad edilir, onun yerinə Genrix Poqosyan təyin olunur.

1988-ci il 28-29 fevral tarixlərində Sumqayıtda ermənilər tərəfindən təxribat xarakterli qırğınlar törədilir, 26 erməni, 6 azərbaycanlı öldürülür.

1988-ci il 14 mayda Şuşada azərbaycanlılar 5 min nəfərin iştirak etdiyi mitinq keçirir. Mitinqdə erməni silahlılarının hücumlarına son qoyulması tələb edilir.

1988-ci il 16 mayda ermənilər Xankəndidə bir qrup azərbaycanlını döyərək maşına yığır və Şuşaya göndərirlər.

1988-ci il 16 mayda Bakıda Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkətlərinə, Ermənistandan gələn emissarların oradakı fəaliyyətinə son qoyulması tələbləri ilə mitinq keçirilir.

Tarixçilər yazırlar ki, 1988-ci il 15 iyunda Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1988-ci il 24 iyunda Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağa göndərilir.

1988-ci il 18-21 sentyabrda Xankəndidə azərbaycanlılar yaşayan evlər yandırılır, adamlar döyülür və Şuşaya göndərilir.

1988-ci il 21 sentyabrda Dağlıq Qarabağ və Ağdam ərazilərində xüsusi vəziyyət elan ounur.

1988-ci il 22 sentyabrda İrəvan, Leninakan, Abovyan, Eçmiədzin və digər şəhərlərdə Qarabağın Ermənistana birləşdirilməsi, azərbaycanlıların Ermənistandan çıxarılması tələbləri ilə kütləvi tətillər, mitinqlər keçirilir.

1988-ci il oktyabrın 4-də Dağlıq Qarabağın Xankəndi və Xocalı şəhərlərində azərbaycanlılara basqınlar edilir, onlar döyülür və köçüb getmələri tələb olunur.

1988-ci il 18 noyabr - 5 dekabrda Bakıda Azadlıq meydanında fasiləsiz izdihamlı mitinqlər keçirilir. Mitinq iştirakçıları ermənilərin Dağlıq Qarabağdakı vəhşiliklərinə, Ermənistanın Dağlıq Qarabağa müdaxilələrinə son qoyulmasını tələb edirlər.

1988-ci il 21 noyabrda Bakıda və Gəncədə iğtişaşlar baş verir, 3 hərbçi öldürülür, xeyli adam yaralanır. Bakı, Naxçıvan və Gəncədə xüsusi vəziyyət elan olunur.

1988-ci il 24 noyabrda Ermənistan ərazisindən Azərbaycanın Qubadlı rayonunun Eyvazlı, Qədirli, Davudlu kəndlərinə basqınlar edilir, Eyvazlı kəndi tamamilə yandırılır. Noyabrın sonunda Ermənistanın şimal-şərq hissəsindəki Vartan kəndində 12 azərbaycanlı diri-diri yandırılır və Ermənistanın Quqark rayonunda 70 nəfər azərbaycanlı qətlə yetirilir. Onlardan Gözəldərə kəndində 21 nəfər, o cümlədən 6 qadın, 3 körpə uşaq öldürülür.

1988-ci il dekabrın 8-də Ermənistanda Spitak zəlzələsindən zərər çəkənlərə yardım məqsədilə Azərbaycandan 80 peşəkar xilasedici, mexanikləşdirilmiş dəstə Spitaka yola düşür. Onlar bir neçə gün ərzində 63 nəfəri xilas edirlər.

1988-ci il dekabrın 10-da zəlzələ ilə əlaqədar olaraq Yuqoslaviyadan göndərilən təyyarə Belqrad-Ankara-İrəvan marşrutu ilə Ermənistana uçur. Ankaradan uçduğu üçün ermənilər onu türk təyyarəsi hesab edərək qəzaya uğradırlar. Təyyarənin 6 nəfərlik şəxsi heyəti həlak olur.

1988-ci il 11 dekabrda zəlzələ ilə əlaqədar olaraq Azərbaycanın xilasedici dəstəsi Ermənistanın Leninakan şəhərinə uçur. Ermənilər yanlış koordinat verərək təyyarəni qəzaya uğradırlar. 69 nəfər xilasedici və 4 nəfər ekipaj üzvü həlak olur. Yalnız bir nəfər xilasedici salamat qalır. Onu xəstəxanaya yerləşdirirlər, lakin az sonra ermənilər mitinq edərək onun xəstəxanadan çıxarılmasına nail olurlar.

1988-ci il dekabrın 15-də SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərlərinə bir sıra qanunsuz hərəkətlərə görə öz respublikalarında vəzifəli şəxslərin cəzalandırılması tapşırığını verir. Bir ay ərzində Azərbaycanda erməniləri guya sıxışdırdıqlarına görə 2532 nəfər məsuliyyətə cəlb olunur, 222 nəfər işdən çıxarılır, 65 nəfər partiya və komsomoldan çıxarılır. Bu tədbirlərdən sonra 19 min nəfərdən çox erməni Azərbaycana qayıdır. Ermənistanda isə həmin vaxt ərzində 13 nəfər partiyadan xaric edilir, 24 nəfər vəzifəsindən çıxarılır, 69 nəfərə partiya cəzası verilir. Ermənistana bir nəfər də olsun azərbaycanlı qaytarılmır.

1988-ci il dekabrın 28-də Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi əsasən başa çatdırılır.

Qeyd edilənə görə, 1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edilir. Komitənin təkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı təyin edilir.

1989-cu il 6 mayda SSRİ Xalq Deputatlarının Birinci Qurultayı Moskvada öz işinə başlayır. Qurultay ermənilərin maraqlarına uyğun qərarlar qəbul edir.

Tarixçilər bildirirlər ki, 1989-cu il 6 iyulda Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsi yandırılır.

1989-cu il iyulun 8-də ermənilər Xankəndidə "Miatsum" hərəkatının təsis yığıncağını keçirir və Robert Köçəryanı hərəkata sədr seçirlər.

1989-cu il 16 iyulda Azərbaycan Xalq Cəbhəsi yaradılır və Əbülfəz Elçibəy sədr seçilir.

1989-cu il 29 iyulda ermənilərin davamlı hücumlarının nəticəsi olaraq Azərbaycanın mərkəzindən Naxçıvana gedən qatarların hərəkəti tamamilə dayandırılır. Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşür.

1989-cu il avqustun 16-da Xankəndidə ermənilər "Dağlıq Qarabağ əhalisinin qurultayı"nı keçirir, Milli Şura və rəyasət heyəti yaradırlar. Qurultay Dağlıq Qarabağı "müstəqil ittifaq ərazisi" elan edir.

1989-cu il 15 sentyabrda Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağdakı Xüsusi İdarə Komitəsi ləğv olunur.

1989-cu il 16 sentyabrda ermənilər Tiflis-Bakı avtobusunu partladırlar, 5 nəfər ölür, 25 nəfər yaralanır.

1989-cu il 21 sentyabrda Xankəndidə yaşayan azərbaycanlılar döyülərək şəhərdən qovulurlar.

1989-cu il oktyabrın 7-də erməni terrorçusu A.Abramyan tərəfindən Şuşanın Xəlfəliçay körpüsü partladılır.

1989-cu il dekabrın 1-də Ermənistanın Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edir.

1989-cu il dekabrın 6-da Azərbaycanın Ali Soveti tərəfindən Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi yaradılır, komitəyə Azərbaycan partiya təşkilatının rəhbərlərindən olan Viktor Polyaniçko sədr təyin edilir.

1989-cu il 31 dekabrda Araz çayı boyunca 137 km-lik sərhəddə sərhəd qurğuları dağıdılır.

1990-cı il yanvarın 4-də erməni terrorçusu Q.Sarkisyan Əsgəran-Ağdam körpüsünü partladır.

1990-cı il 12 yanvarda Ermənistandan 500 nəfərlik silahlı dəstə vertolyotlarla Azərbaycanın Xanlar rayonunun Quşçu kəndinə gələrək, kəndi dağıdır, onlarla dinc sakini öldürürlər.

1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edir.

1990-cı il yanvarın 18-də Ermənistanın silahlı birləşmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının Kərki kəndi işğal edilir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq qırğın törədirlər. Rəsmi məlumatlara görə 131 nəfər həlak olur, 800-dən artıq adam yaralanır.

Tarixçilər qeyd edirlər ki, 1990-cı il 18 fevralda ermənilər Şuşa-Bakı avtobusunu partladırlar, 13 nəfər yaralanır.

1990-cı il iyulun 11-də Tərtərdən Kəlbəcərə gedən maşın karvanına ermənilər silahlı hücum edirlər. 14 nəfər həlak olur, 35 nəfər yaralanır.

1990-cı il 10 avqustda Tiflis-Ağdam avtobusu erməni terrorçuları A.Avanesyan və M.Tatevosyan tərəfindən partladılır. 20 nəfər ölür, 30 nəfər yaralanır.

1990-cı il 10 avqustda Ermənistan terrorçuları tərəfindən Şəmkir-Gəncə avtomobil yolunda avtobus partladılır. 17 nəfər həlak olur, 26 nəfər yaralanır.

1990-cı il 20 avqustda Ermənistan silahlı qüvvələri Qazax rayonunun Bağanıs Ayrım kəndini işğal edirlər. 5 nəfər kənd sakini öz evlərində diri-diri yandırılır.

1990-cı il 30 noyabrda Ermənistan terrorçuları tərəfindən Xankəndi yaxınlığında sərnişin avtobusu partladılır. 2 nəfər həlak olur, 11 nəfər yaralanır.

1990-cı il 15 dekabrda Samvel Babayanın terror qrupu Əsgəranda 3 nəfər azərbaycanlını qətlə yetirir.

Məlum olduğu kimi, 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunda 5 nəfərlik erməni terror qrupu "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri Salatın Əsgərovanı və 2 nəfər hərbçini qətlə yetirir.

1991-ci il 14 yanvarda Azərbaycan Ali Soveti Şaumyan (kənd) rayonunun ləğvi haqqında qərar qəbul edir.

1991-ci il aprelin 18-də erməni terrorçusu Q.Sarkisyan Xocavənd rayonunda 3 azərbaycanlı milis işçisini öldürür.

1991-ci il 30 mayda erməni terrorçuları Moskva-Bakı qatarını partladırlar. 11 nəfər ölür, 22 nəfər yaralanır.

1991-ci il 19 iyunda erməni terrorçuları Yevlax-Laçın yolunda avtomaşını partladırlar. 11 nəfər həlak olur, 3 nəfər yaralanır.

1991-ci il 27 iyunda "Qarabağ" adlı erməni terror təşkilatı Dağlıq Qarabağın Qaradağlı kəndinə hücum edir, 6 nəfər azərbaycanlı öldürülür.

1991-ci il iyulun 31-də erməni terrorçuları tərəfindən Moskva-Bakı sərnişin qatarı partladılır, 16 nəfər ölür, 20 nəfər yaralanır.

1991-ci il avqustun 2-də Dağlıq Qarabağın Hadrut rayonunun Dolanlar kəndində ermənilər tərəfindən avtomaşın partladılır, 4 nəfər həlak olur, 8 nəfər yaralanır. Avqustun 8-də Ermənistan hakimiyyəti tərəfindən orada azərbaycanlıların yaşadıqları sonuncu Nüvədi kəndi boşaldılır, əhalisi döyülərək Ermənistandan qovulur. Avqustun 21-də Dağlıq Qarabağın Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında avtobus partladılır, 2 nəfər həlak olur, 10 nəfər yaralanır. Avqustun 23-də Şuşa-Cəmilli yolunda avtobus erməni terrorçuları tərəfindən atəşə tutulur, 4 nəfər həlak olur, 13 nəfər yaralanır.

1991-ci il avqustun 30-da Azərbaycan müstəqilliyinin bərpa olunması haqda bəyannamə ilə çıxış edir.

1991-ci il sentyabrın 2-də ermənilər "Dağlıq Qarabağ Respublikası" adında qondarma qurumun yarandığını elan edirlər.

1991-ci il oktyabrın 18-də Azərbaycan "Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı" qəbul edir. 1991-ci oktyabrın 19-da Dağlıq Qarabağın Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında ermənilər tərəfindən avtomaşın partladılır, 3 nəfər həlak olur, 2 nəfər yaralanır.

1991-ci il noyabrın 20-də erməni terrorçuları tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotu vurulur.

1991-ci il noyabrın 26-da Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması haqda qanun qəbul edir. Noyabrın 27-də SSRİ Dövlət Şurası DQMV-nin ləğvi ilə bağlı qərarın dəyişdirilməsini Azərbaycan rəhbərliyindən tələb edir.

1991-ci il dekabrın 10-da Dağlıq Qarabağ erməniləri “referendum” keçirir, "müstəqilliyə" səs verirlər. Dekabrın 23-də ermənilərin "Qarabağ" adlı terror təşkilatı Dağlıq Qarabağın Əsgəran rayonunun Meşəli kəndinə hücum edir, 6 nəfər öldürülür, 15 nəfər yaralanır.

Bundan sonra erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın və ətraf rayonların işğalı həyata keçirilir. İşğal nəticəsində torpaqlarımızın 20 faizini itirdik və 1 milyondan artıq vətəndaşımız öz torpaqlarından köçkün düşdülər.

Ermənistan bu gün də öz işğalçılıq siyasətini davam etdirir və torpaqlarımızı işğal altında saxlayır. BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamə isə yerinə yetirilmir.

1994-cü ildə atəşkəs haqqında saziş imzalanmasına baxmayaraq, bu gün də Ermənistan ordusu yaşayış məntəqələrimizi atəşə tutur və hərbi qulluqçularla yanaşı, dinc sakinləri də qətlə yetirir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ