Bazar ertəsi günü, 09 noyabr 2026
     

Erməni əsir və girovluğunda itkin düşmüş sayılan 922 nəfər soydaşımızın taleyi barədə xüsusi kitab hazırlandı - FOTO

Image


Vaqif Əliyev: “Xatirə kitabı”nın IV cildlik xüsusi buraxılışı itkin düşmüş, əsir və girov götürülmüş soydaşlarımızın xatirəsini əbədiləşdirməklə yanaşı, həm də erməni millətçilərinin bu şəxslərə qarşı törətdikləri ağlasığmaz cinayətlərin, bəşəriyyət üçün təhlükəli hesab olunan əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq”
Nəzakət Məmmədova: “Xatirə kitabı”nın dördcildlik xüsusi buraxılışının 1-ci cildinə ilkin olaraq  922 nəfərin taleyi barədə məlumatlar fotoşəkilləri ilə birlikdə daxil edilib”
Eldar Səmədov: “Kitab Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dövlət Komissiyası və “Xatirə kitabı” redaksiyası tərəfindən tərtib edilib”
Ərəstun Mehdiyev: “Bu ilk nəşrdir ki, Qarabağ münaqişəsi dövründə itkin düşən, girov götürülən Azərbaycan hərbçiləri və dinc sakinlər haqqında məlumatların...”
Əflatun Amaşov: “Bu nəşr bizim başımıza gələn faciələrin salnaməsidir”

 

Dekabrın 3-də M.F.Axundov adına Milli Kitabxanada “Azərbaycan Respublikası Xatirə kitabı”nın xüsusi buraxılışının I cildinin təqdimat mərasimi keçirilib. Çapı IV cilddə reallaşacaq xüsusi buraxılışı “Xatirə kitabı”nın indiyə qədər nəşr olunan 16 cildindən fərqləndirən cəhət ondan ibarətdir ki, bu kitab əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlıdır. O vətəndaşlarımızla ki, onlar erməni zülmündən əziyyət çəkirlər.

Təqdimat mərasimində dövlət qurumlarının əməkdaşları, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, millət vəkilləri, media kapitanları, alimlər, tanınmış yazıçı və şairlər, tarixçilər, tədqiqatçılar, ölkə ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbiri mədəniyyət nazirinin müavini Vaqif Əliyev açaraq “Xatirə kitabı”nın xüsusi buraxılışı, onun tarixi, mənəvi əhəmiyyəti haqqında danışaraq bildirdi ki, bu nəşr böyük bir kollektivin gərgin əməyi nəticəsində meydana gəlib. “Bu gün bura həyata keçirilən çox əhəmiyyətli bir layihənin – “Xatirə kitabı”nın xüsusi buraxılışının I cildinin təqdimatına toplaşmışıq. Azərbaycan coğrafi baxımdan mühüm strateji məkanda yerləşdiyi üçün, tarixin bir çox mərhələlərində yadelli işğalçıların hücumuna məruz qalıb, xalqımız öz müqəddəratı, dövlətçilik ideyaları, ərazi bütövlüyü, milli maraq və mənafeyi üçün daim mübarizə aparmalı olub. Hesab edirəm ki, bütün bu tarixi dövr ərzində Azərbaycan xalqına qarşı törədilən ən amansız, ən qanlı faciələr məhz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verib. Sivil dünya tərəfindən qəbul edilməyən, qorxunc terrorlarla, soyqırımlarla bəşər tarixinin qara ləkəsinə çevrilən bu münaqişə ermənilərin xalqımıza qarşı əsassız ərazi iddiaları ilə yanaşı, etnik təmizləmə siyasətini əks etdirir. Azərbaycanın cəlb edildiyi bu haqsız müharibə zamanı çox sayda vətəndaşımız ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olub. Eyni zamanda, tarixi və əzəli torpaqlarımızın ermənilər tərəfindən işğalı zamanı rəsmi sənədlərə əsasən, 3888 nəfər vətəndaşımız itkin düşüb, əsir və girov götürülüb. Əldə olunmuş bütün faktlar sübut edir ki, əsir və girov götürülmüş azərbaycanlılara qarşı ermənilər tərəfindən beynəlxalq hüquqa və insanlığa sığmayan vəhşiliklər, işgəncələr tətbiq edilib. Bütün bu insanların xatirəsinin əbədiləşdirilməsi və beynəlxalq ictimaiyyət üçün mühüm tarixi sənəd funksiyasını yerinə yetirəcək faktlara istinadən kitabların hazırlanması məqsədilə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə “Xatirə kitabı” redaksiyası fəaliyyətə başlayıb. Buna görə də minnətdarlıq əlaməti olaraq “Xatirə kitabı”nın hər bir cildi ümummilli liderin portreti və “Heydər Əliyev “Xatirə kitabı”nın yaradıcısıdır” sözləri ilə başlayır. “Xatirə kitabı”nın yaradılmasında əsas məqsəd Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılar, Əfqanıstan qurbanları, 20 Yanvar şəhidləri, Xocalı faciəsində, Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş soydaşlarımız və milli qəhrəmanlarımız haqqında çoxcildli ensiklopediya hazırlamaqdır. “Xatirə kitabı”nın hər bir cildində Vətən uğrunda canından keçmiş 15-16 min nəfər soydaşımız haqqında biblioqrafik məlumat verilib. İndiyədək “Xatirə kitabı”nın 16 cildi çap olunub, hazırda isə 17-ci cildin üzərində işlər davam edir. Hər bir nüsxəsində biblioqrafik məlumatlar əks olunan“Xatirə kitabı” Vətən fədailərinin qohum və yaxınlarına da hədiyyə edilib. Hazırda İtkin və əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Xatirə kitabı”nın IV cildlik xüsusi buraxılışının hazırlanması həyata keçirilir. Xüsusi buraxılışlarda Qarabağ münaqişəsi zamanı 3888 nəfər itkin düşmüş, əsir və girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşları barədə Azərbaycan və ingilis dillərində ensiklopedik məlumatlar ehtiva olunacaq. Bu gün sizlərə təqdim edilən “Xatirə kitabı”nın xüsusi buraxılışının I cildində 922 nəfərin həyatı barədə məlumatlar öz əksini tapıb. Əminliklə deyə bilərik ki, “Xatirə kitabı”nın IV cildlik xüsusi buraxılışı itkin düşmüş, əsir və girov götürülmüş soydaşlarımızın xatirəsini əbədiləşdirməklə yanaşı, erməni millətçilərinin bu şəxslərə qarşı törətdikləri ağlasığmaz cinayətlərin, bəşəriyyət üçün  təhlükəli hesab olunan əməllərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq” - deyə V.Əliyev çıxışında bildirdi.   

Sonra isə V.Əliyev layihə ilə bağlı ətraflı məlumat verməsi üçün sözü “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. N.Məmmədova bildirdi ki, indiyə kimi kitabın 16 cildi nəşr olunub və növbəti cildlərin hazırlanması üzərində işlər davam etdirilir. “...2017-ci ildə “Xatirə kitabı” redaksiyası daha bir məsuliyyətli araşdırmaya başlayıb. Dövlət Təhlükəsizliyi Xidməti nəzdində fəaliyyət göstərən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə bu işbirliyinin məqsədi kimi, Azərbaycan Respublikasının ərazi bütovlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu və torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin, naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araşdırılması əsas prioritet götürülüb. Kifayət qədər çətin və mənəvi yük daşıyan bu araşdırmalar zamanı erməni terrorçu-quldur dəstələri tərəfindən əsir və girov götürülmüş, eyni zamanda, naməlum şəraitdə itkin düşmüş 3875 nəfər Azərbaycan Respublikası vətəndaşı barədə olan məlumatlar yenidən ciddi araşdırılıb və “Xatirə kitabı”nın dördcildlik xüsusi buraxılışının 1-ci cildinə ilkin olaraq  922 nəfərin taleyi barədə məlumatlar fotoşəkilləri ilə birlikdə daxil edilib.

Dövlət Komissiyası İşçi qrupunun fasiləsiz olaraq apardığı araşdırmalar daim yeni məlumatların aşkara çıxması ilə nəticələnir. İşçi qrupu əməkdaşlarının gərgin və təxirəsalınmaz fəaliyyətinin məntiqi nəticəsi olaraq, əsir, girov götürülmüş və itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının sonrakı taleyinin araşdırılması təqdirəlayiq və özündə böyük bir məsuliyyəti ehtiva edən bir prosesdir. Erməni təcavüzkarlarının vətənimiz Azərbaycana qarşı həyata keçirdikləri işğalçı siyasət və terrorçu-vandal hərəkətlər nəticəsində əsir götürülən hərbçilərin, girov götürülən mülki şəxslərin və itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının taleyi hər birimizi narahat etməklə yanaşı, erməni terrorçu-quldurlarının vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasını da bir vətəndaşlıq borcu kimi qarşımıza qoyur. Məhz bu nöqteyi-nəzərdən, ümummilli liderimiz Heydər Əliyevin birbaşa sərəncamı ilə yaradılmış “Xatirə kitabı” əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyinə biganə qalmayaraq, Dövlət Komissiyasının İşçi qrupu ilə birlikdə belə bir layihənin həyata keçirilməsinə çalışıb. Əsir və itkin düşmüş, girov götürülmüş hər bir vətəndaşımızın  taleyini ehtiva edən qovluqlar üzərində apardığımız araşdırmalar zamanı baş verən hadisələr fonunda, erməni vəhşiliyinin sərhəd tanımadığının bir daha şahidi olaraq, keçirdiyimiz mənəvi sarsıntıları sözlə ifadə etmək çətindir” – deyə o qeyd etdi.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov isə çıxışında vurğuladı ki, fəaliyyətləri dövründə əsir-girov və itkinlər barədə məlumatlar pərakəndə halda toplanır, onlar qeyri-mütəşəkkil surətdə, fərdi qaydada dəyişdirilirdi. Problemin həlli təxirəsalınmaz məsələ olduğundan, mərkəzləşmiş dövlət siyasəti zəruri idi. “Qeyd olunanlar nəzərə alınaraq, münaqişə zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və girovların qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin uzlaşdırılması məqsədilə 1993-cü il yanvarın 13-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və işin təşkili, tapşırıqların icrasının təmin edilməsi üçün həmin ilin mart ayında müvafiq İşçi qrupu yaradıldı. Xüsusilə vurğulamaq yerinə düşər ki, qondarma Dağlıq Qarabağ problemi ulu öndər Heydər Əliyevə o, Dövlət Təhlükəsizliyi Komitəsində xidmət etdiyi vaxtdan məlum olduğu üçün, münaqişənin qurbanı olan vətəndaşların taleyi işinə həm Naxçıvanda, həm də paytaxt Bakıda işlədiyi zaman xüsusi diqqət yetirib”- deyə bildirən E.Səmədov vurğuladı ki, Mədət Quliyev Dövlət Komissiyasına rəhbərlik etdikdən sonra ilk vacib məsələ olan itkin düşmüş şəxslərə aid komissiyadakı siyahının dəqiqləşməsi və BQXK-dakı analoji siyahı ilə fərqin aradan qaldırılması sahəsində təxirəsalınmaz tədbirlər görülüb, İşçi qrupu iki il ərzində bu sahədə ciddi araşdırma aparıb və tapşırığı icra edib: “Siyahının dəqiqləşməsi prosesində bu qurumlara iki il ərzində 4552 sorğu verilmiş, məlumatlar sistemləşdirilərək təhlil edilmiş, BQXK ilə çoxsaylı müzakirələr aparılıb. Nəhayət, 2017-ci ilin sonunda siyahıda dəqiqləşmə işi başa çatdırılıb və komissiya sədri tərəfindən təsdiq edilərək nəşr edilib. 3875 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyatdan keçdiyi siyahı xidməti istifadə üçün güc strukturlarına, hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara göndərilib. 2016-cı ilin əvvəlindən yaradılmış yeni bazada itkin düşmüş şəxslərə aid fotoşəkillərin yerləşdirilməsi işinə əsaslı şəkildə başlanıb. Bunun üçün İşçi qrupunda olan fotoşəkillər araşdırılıb, müvafiq proqramda işlənərək bazaya əlavə edilib. Olmayan fotoşəkillərin əldə edilməsi məqsədilə öncə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə danışıqlar aparılıb və bu qurumda olan fotoşəkillər alınaraq bazaya əlavə edilib. Fotoşəkillərinin olmadığı müəyyən edilən 257 itkinlə bağlı aidiyyəti dövlət qurumlarına sorğular verilib, vətəndaşlarla əlaqələr yaradılıb və əlavə olaraq 97 fotoşəkil əldə edilərək bazaya yerləşdirilib. 160 itkin düşmüş şəxsin fotoşəklini tapmaq mümkün olmayıb. Dövlət Komissiyası sədrinin göstərişi ilə fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanmasında texniki dəstəyin göstərilməsi məqsədilə 2016-cı ildə Daxili İşlər Nazirliyinə müraciət olunub, müsbət cavab əldə edilərək, aidiyyəti idarə tərəfindən bu işə başlanıb, Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonu üzrə 46 nəfərə aid fotorobot hazırlanıb. Hazırda bu iş rayonlarda davam etdirilir”.  

Qurumun bu sahədə gördüyü son işin əsası Heydər Əliyev tərəfindən qoyulmuş “Xatirə kitabı”nın itkin düşmüş vətəndaşlarımıza həsr edilmiş xüsusi buraxılışının birinci cildinin nəşrə hazırlanması olduğunu deyən natiq bildirdi ki, qeyd olunduğu kimi, Azərbaycan və ingilis dillərində nəşr edilmiş xüsusi buraxılış bir neçə cilddən ibarət olacaq. “Kitab Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dövlət Komissiyası və “Xatirə kitabı” redaksiyası tərəfindən tərtib edilib. Bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, kitabın nəşrə hazırlanması üçün əsas vacib vəzifə olan itkin düşmüş şəxslərə aid siyahının dəqiqləşməsi idi ki, yuxarıda qeyd etdiyim kimi, komissiya sədrinin şəxsi nəzarəti ilə bu iş 2017-ci ilin sonunda başa çatdırılıb”- deyə E.Səmədov vurğuladı.

Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyası məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev də çıxış edərək kitabın əhəmiyyətindən danışdı. “Bu nəşr ölkəmizin və cəmiyyətimizin ictimai-mədəni və siyasi həyatında böyük əhəmiyyət kəsb edən bir nəşr kimi diqqət mərkəzindədir. Ümumiyyətlə, “Xatirə kitabı”, ənənəvi olaraq, Azərbaycanda çox nəcib və müqəddəs bir missiyanı yerinə yetirib. Deyildiyi kimi, vaxtilə II Dünya Müharibəsində həlak olan döyüşçülərimizin həyat və döyüş yolu barədə əsas yığcam məlumatların dərc edilməsi ilə öz işinə başlayan “Xatirə kitabı” bu gün ölkəmizin üzləşdiyi Ermənistanın təcavüzü ilə bağlı Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, öz işinin yeni mərhələsinə başlayıb. O, erməni təcavüzünün dəf olunmasında, torpaqlarımızın qorunması yolunda öz həyatlarını fəda etmiş, həmin ağır günlərdə itkin düşmüş insanların, döyüşçülərimizin, dinc sakinlərin həyat yolu ilə bağlı qısa məlumatların toplanıb çap olunması işini davam etdirir. Əlbəttə ki, bu çox mühüm bir işdir. Çünki, bildiyiniz kimi, Qarabağ münaqişəsi, Ermənistanın təcavüzünə qarşı mübarizə bu gün Azərbaycanın ən aktual problemi kimi gündəlikdə durur. Hazırda bizim həyatımızın ən vacib məsələsi kimi hər birimizi maraqlandırır. Cənab Prezident başda olmaqla, dövlətimiz, cəmiyyətimiz əsas qüvvəsini bu problemin həllinə yönəldib. Ona görə də burada həm maddi ziyan, həm mənəvi məhrumiyyətlər, bütün itkilər çuğlaşdırılmış şəkildə ən vacib məsələlər kimi bizi maraqlandır. Bu məsələlərin həlli üçün biz öz qüvvələrimizi səfərbər etmişik. Burada ikinci dərəcəli məsələ yoxdur”- deyə bildirən Ə.Mehdiyev qeyd etdi ki, “Xatirə kitabı”nın da dərc olunması Prezidentimizin, dövlətimizin bu sahəyə diqqəti kimi qiymətləndirilməlidir. Dövlətin ayırdığı vəsait hesabına bu nəşrin meydana gəldiyini vurğulayan natiq bildirdi ki, “Xatirə kitabı” dövlət dəstəyi ilə öz fəaliyyətini davam etdirir. “Bu ilk nəşrdir ki, Qarabağ münaqişəsi dövründə itkin düşən, girov götürülən Azərbaycan hərbçiləri və dinc sakinlər haqqında məlumatların toplanıb nəşr edilməsinə xidmət edir. Ümumiyyətlə, bu bizim hər birimizin çox vacib, mühüm vəzifəsi kimi qeyd olunmalıdır. Əvvəla cəmiyyət olaraq, dövlət olaraq bu bizim mənəvi borcumuzdur. İkincisi, şəhid olanların, həmin münaqişə dövründə itkin düşənlərin xatirəsinə bir ehtiramdır. Üçüncüsü, həm də bu bir tərbiyəvi işin əsas tərkib hissəsidir. Çünki bu işi həyata keçirməklə cəmiyyətimizdə yetişən gənc nəsli də bu ruhda tərbiyə edirik, onların diqqətini Azərbaycan üçün, xalq üçün canından keçən insanların xidmətinə yönəldirik” - deyən Ə.Mehdiyevin bildirdiyinə görə, “Xatirə kitabı”nın əhəmiyyəti həm də ona görə böyükdür ki, burada toplanmış materillar, hər bir insan haqqında yığcam məlumatlar gələcəkdə aparılacaq tədqiqatlar üçün bir baza yaradır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında bu nəşrin xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. Nəşrin ərsəyə gəlməsində əməyi olan “Xatirə kitabı” redaksiyasına və Dövət Komissiyasına təşəkkür etdi. O ümid etdiyini bildirdi ki, “Xatirə kitabı”nın xüsusi buraxılışı bir neçə dildə elektron variantda da öz əksini tapacaq. “Bu da nəinki Azərbaycanda, eləcə də bütün dünyada Azərbaycan xalqının başına gətirilən bu faciə barədə asanlıqla tanış olmaq imkanı yaradacaq. Bu sahədə Dövlət Komissiyası da kifayət qədər işlər görüb. 20 dildə 10 minlərlə vəsaitin çap olunması, bütün dünyaya dağıdılması bu sahədə görülən işlərin bir hissəsidir. Əsir və itkin düşmüş, girov götürülmüş insanlarla bağlı kifayət qədər məlumat hazırlanıb, bu sahədə böyük işlər görülüb və işlər davam edir. Mən “Xatirə kitabı”nın xüsusi buraxılışının I cildi olan kitabın da əhəmiyyətini yüksək qiymətləndirirəm ki, bu kitab doğrudan da bizim salnamədir. Bu nəşr bizim başımıza gələn faciələrin salnaməsidir”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ