Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan və Qarabağ ermənilərinin açıq davası dekabrın 9-da başlayacaq

Image


İşğalçı Ermənistanda mövcud ictimai-siyasi vəziyyət bu ölkədə durumun daha böyük sürətlə gərginləşdiyini, xüsusən də Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında böyük ziddiyyətlərin yaranmaqda olduğunu üzə çıxarır.

Yayılan məlumatlar isə ötən ayın 26-da başlayan parlament seçkilərinin təbliğat və təşviqat prosesinin gedişində qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə Ermənistanın baş naziri arasında gizli savaşın detallarının üzə çıxdığını göstərir. Həmin məlumatlardan aydın olur ki, dekabrın 9-da keçiriləcək parlament seçkilərində “Mənim Addımım“ blokunun rəhbəri, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan seçkilərdə qalib gələcəyi təqdirdə qondarma Dağlıq Qarabağın lideri Bako Saakyanı istefaya məcbur edəcək. Baş verənlərlə bağlı “yerkramas.org“ saytı yazır ki, seçkilər Ermənistanda ziddiyyətlərin daha da dərinləşdyini aydın şəkildə nümayiş etdirir. “1in.am“ saytı isə qeyd edir ki, Ermənistanda 20 il boyu Dağlıq Qarabağdakı rejimin  maraqlarını təhlükə altında qoyan xeyli hadisə baş verib, amma indiyə qədər onlar  tərəfdən heç bir məzəmmətli bəyanat eşidilməmişdi: “Hətta Dağlıq Qarabağdakı rejim Robert Köçəryanın “yüngül əli” ilə danışıqlar prosesindən sıxışdırılanda onlar bunu “təbii” sayıb. Hələ bunu demirik ki, aprel müharibəsi zamanı Ermənistan ordusundakı, yumşaq desək, pis vəziyyət aşkara çıxarkən Xankəndi tərəfdən heç bir etiraz eşitmədik.

Qəbul edilmiş ümumi rəyə görə, “DQR rəhbərliyi“ hesab edib ki, Robert Köçəryan və Serj Sarkisyan qarabağlı olduqlarından, Qarabağdakı rejimə qarşı gedə bilməzlər. Əlbəttə, bu, dayaz  düşüncədir, çünki Robert Köçəryan və Serj Sarkisyanın “milli siyasəti”nin bəhrələrini aprel müharibəsi günlərində dərmişik. Sözsüz, bunu Qarabağ elitasında da başa düşürlər və o qədər sadəlövh olmaq lazım deyil – onun Ermənistanın son iki prezidenti ilə həmrəyliyi milli və ideoloji məsələlərdə razılaşmaların nəticəsi idi. Ola bilsin, etiraf etmək ağırdır, amma Qarabağ qəbiləsi deyilən qüvvə iki təmsilçisinin bir-birini əvəzləyərək Ermənistanda hakimiyyəti mənimsəyib öz qruplaşmasına “elit” statusu ayırdığı durumdan məmnun idi. Qarabağda son iyirmi ildə klassik mənada “müstəqil hakimiyyət“ öz varlığına son qoymuşdu və hakimiyyət Ermənistanın  kriminal oliqarxiyasının yerli qruplaşmasının əlində cəmləşmişdi.

Ermənistanda baş verən məxməri inqilabdan sonra aydın idi ki, gözəl günlərin birində Ermənistanın yeni hökuməti və Qarabağın köhnə hakimiyyəti arasında çox ciddi böhran yaranacaq, çünki bu iki sistem bir araya sığmazdır və Xankəndi elitası qarşıdurma üçün dəfələrlə  əsas verib. Məsələn, Robert Köçəryanın həbsindən sonra Ermənistanın ikinci prezidenti ilə, demək olar, açıq həmrəylik ifadə edib və yaxud “DQR prezidentinin“ müşaviri Qarnik İsaqulyanın fitnəkar müsahibəsilə. Əslində, Xankəndi elitasının narazılığı spontan deyildi və Ermənistanın əski sistem təmsilçilərinin “qiyamları”, ya da Moskvadan gələn siqnallarla əsası qoyulmuşdu. Bu kədərli qanunauyğunluq bu günlərdə də saxlanır.

Sasun Mikaelyan ehtiyatsız bəyanatla çıxış edib, ardınca respublikaçı xadimlərin tənqidləri, sonradan isə Qarabağın bir neçə “məmurunun“ hövsələsiz tənqidi gəlib. Yaxud, Nikol Paşinyan Alaverddə seçkiqabağı görüş ərəfəsində  bildirib ki, Ermənistanın oğlu Qarabağda qulluq edən yeganə dövlət başçısıdır.  O qeyd edib ki, hətta Qarabağ “xadimlərinin“ oğulları da Qarabağda və ümumiyyətlə orduda qulluq etməyib.

Paşinyanın bəyanatı respublikaçı xadimlər, özəlliklə Robert Köçəryanın ofisinin rəhbəri  tərəfindən anında tənqidə məruz qalıb və ona xatırladıblar ki, Ermənistan baş nazirinin özü orduda qulluq etməyib. Qarabağ “prezidenti“ Bako Saakyanın mətbuat katibi David Babayan isə sonradan “Yerkir media” teleşirkətinə müsahibəsində tənqidçilərə züy tutaraq qeyd edib ki, Paşinyan konkret hansı rəhbərdən söz getdiyini izah etməlidir. Babayan deyib: “Məsələn, Qarabağın fəaliyyətdəki “prezidenti“ Bako Saakyanın oğlu orduda qulluq edib, keçmiş “prezident“ Arkadi Qukasyanın da oğlu qulluq edib, Müdafiə Ordusu komandirlərinin hər ikisinin oğlu da qulluq edib”.

Baş nazir Xankəndinin “şıltaqlıqlarına” 6-7 ay boyunca açıq reaksiya verməyib, hətta Qarabağda yayda baş verən iğtişaşlar fonunda Bako Saakyan hakimiyyətinə qeyd-şərtsiz dəstək verib. Lakin görünür, nəhayət Paşinyanın əsəbləri dözməyib. Əlbəttə, bu, Ermənistanda gedən seçkiqabağı təbliğatın məntiqilə şərtlənir. Nikol Paşinyan Qeharkunik mərkəzində Çambarak icmasındakı mitinqdə Ermənistanda parlament seçkiləri öncəsi seçkiqabağı təbliğatının gedişində Qarabağ xadimlərinin fəallığını qəribə hesab edib. Nikol Paşinyan qeyd edib: “Mənim suallarım var və bunu Qarabağ “prezidenti“ Bako Saakyanla müzakirə etmək fikrindəyəm, buna qədərsə cənab Saakyanı öz “hökumətinin“ nümayəndələrini intizama çağırmağa və birbaşa öz işlərilə məşğul olmağa dəvət edirəm. Qarabağ “prezidentinin“ mətbuat katibi dediyim sözlər haqda bir gün sonra şərhlər verir, bu nə deməkdir? Əzizlərim, ağlınızı başınıza yığın və öz işinizlə məşğul olun”.

Əlbəttə, Paşinyanın açıq çıxış etməyinin nə qədər məqsədyönlü olduğunu müzakirə etmək olar, xüsusən də ona görə ki, bu məsələni, doğrudan da, Bako Saakyanla özəl söhbətin gedişində müzakirə edə bilərdi. Biz bu haqda danışırıq, çünki Ermənistan siyasi elitasında Qarabağda hakimiyyəti “işğal etmək” fikrinin şirnikləndirdiyi adamlar az deyil – eynilə Xankəndi elitasının 20 il qabaq Ermənistanda hakimiyyəti “işğal etdiyi” kimi. Amma bu təhlükəli fikri, hətta “Sasna Tsrer” partiyasının bəhs etdiyi Qarabağa inqilab “ixrac etmək” ideyasını kənara qovmaq lazımdır. Qarabağda inqilab yolverilməzdir, çünki ön cəbhəyə sarsıntıya imkan vermək böyük israfçılıq olacaq, o biri yandan isə, Ermənistanı 20 il boyunca yönəltmiş Robert Köçəryan-Serj Sarkisyan cütlüyü qarşısında özünü borclu sayan Qarabağ cinayətkar-oliqarxik sisteminin saxlanması yolverilməzdir. “DQR hökuməti“ Ermənistan siyasi sisteminin qisasçı düşərgəsinin hissəciyinə çevrilərək ayrıca subyekt olmaq şansını itirib. Hələlik isə, kədərli də olsa, etiraf etmək lazımdır ki, parlament seçkiləri təbliğatı Qarabağda məzmunsuz diskurs doğurmayıb, seçkiqabağı gəmirişməyə səbəb olub, özü də Qarabağ  “hökuməti“ təmsilçilərinin iştirakı ila“. Bu qeyd edilənlər bir daha Qarabağ separatçıları ilə Ermənistan erməniləri arasında ziddiyyələrin dərinləşməkdə olduğunu aydın nümayiş etdirir. Elə bu fonda Paşinyan Qarabağ separatçılarının başına özünə yaxın saydığı şəxsi gətirməyə çalışır.

Artıq “Helsinki təşəbbüsü - 92“ Dağlıq Qarabağ komitəsinin koordinatoru, qondarma rejimin rəhbəri Bako Saakyanın yaxın dostu Karen Ohancanyan da,  Paşinyan qalib gələcəyi təqdirdə, Dağlıq Qarabağda hakimiyyət dəyişikliyi olacağını, “Sasna Tsrer“ silahlı terror qruplaşmasının lideri Jirayr Səfilyanın seçkilərdən sonra erməniləri ayağa qaldıracağını və nəticədə qondarma rejimin rəhbəri olacağını bildirib. Səfilyan özü də açıqlamalarının birində parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda “hakimiyyətin“ dəyişməsi məsələsi ilə məşğul olacağını bildirib. Amma Qarabağ separatçılarının buna müqaviət göstərməyə hazırlaşması ermənilər arasında kəskin ziddiyyət və qarşıdurmanın olacağını göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ