çərşənbə günü, 11 noyabr 2026
     

Səfəvi-Osmanlı münasibətlərinin ən parlaq dövrü: Savaşlardan qarşılıqlı yardımlara

Image


Türk-İslam tarixinin ən möhtəşəm dövlətləri sırasında öndə gələn iki Türk imperiyası – Osmanlı və Səfəvi dövlətlərinin tarixi sadəcə, bir-birilərinə qarşı davamlı müharibələrdən ibarət olmayıb. 

1991-ci ildə SSRİ-nin süqutundan sonra Quzey Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə son iki əsrdə öncə Çar, daha sonra isə sovet Rusiyasının miqyaslı siyasi-ideoloji “korrektə”lərinə məruz qalan qalan çoxəsrlik tariximiz də, obrazlı desək, azadlığa çıxdı. Qeyd olunan müddətdə Azərbaycan, o cümlədən digər postsovet respublikaları tarixinin saxtalaşdırılması nəticəsində xalqımızın yüzillər  öncə qurub inkişaf etdirdiyi və dünyanın ən qüdrətli imperiyaları sırasına yüksəltdiyi orta əsr dövlətlərimizlə bağlılımızın qırılması üçün sovet rejimi bütün mümkün vasitələrə əl atdı. Bununla belə, Azərbaycanın görkəmli ziyalılarının açıq-gizli müqaviməti sayəsində milli dövlətçilik tariximizin inkarına və unudulmasına imkan verilmədi. Doğrudur, Sovetlərin “tarix konveyer”i Azərbaycan coğrafiyasında yaradılmış  qədim və ora əsr dövlətlərinin mövcudluğunu, eyni zamanda, onların xalqımıza məxsusluğunu gizlədə bilməsə də, həmin dövlətlərin elmi təqdimatında şovinist yanaşmadan, bir az da geniş baxsaq, Hind-Avropa nəzəriyyəçiliyindən kənara çıxılmadı. Təbii, tarix şifahi xalq ədəbiyyatı olmasa da, onun yaşadılması tək yazılı nümunələrlə deyil, həmçinin millətin yaddaşında nə dərəcədə möhkəmlənməsindən asılıdır. Bu baxımdan, xalqın öz tarixinə münasibəti həm də mövcudluq şərtlərindən biri hesab oluna bilər.

Əlbəttə, Aəzrbaycanın onilliklər boyu ciddi-cəhdlə gizlədilməyə çalışılan orta əsrlər tarixinə nəzər saldıqda, əsas diqqət milli dövlətçilik tariximizin zirvəsi və nüvəsi hesab olunan Səfəvi İmperiyasına yönəlir. SSRİ-nin çöküşündən sonra tarixçilərin və tarixlə yaxından maraqlanan şəxslərin əldə etməyə çalışdıqları ədəbiyyat da məhz Səfəvi dövləti haqqında olurdu. Lakin təəssüf ki, tariximizin təhrifinə yönələn cəhdlər bu barədə dolğun məlumat verəcək mənbələri əlçatmaz etdiyindən, Səfəvi imperiyasının quruluşu, inzibati bölgüsü, dövlət idarəçilyi, saray protokolu və digər məqamlar haqqında bilgilərə çıxışı çətinləşdirirdi. Ancaq müstəqilliyin bərpasından sonra Səfəvilərlə bağlı məlumatların ictimaiyyətə çatdırılması istiqamətində ciddi addımlar atıldı. Əlamətdar haldır ki, bu məsələdə mütəxəssislərlə yanaşı, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndlikləri də təqdirolunası fəallıq göstərdilər. Bunun nəticəsində Səfəvi hökmdarlarının ana dilimizdə hazırlanmış bir sıra fərmanları, eləcə də əcnəbi monarxlarla bəzi yazışmaları aşkar edilərək, yerli mətbuatda işıqlandırıldı. O sırada dövlətin banisi I Şah İsmayıl (1501-24) və I Şah Təhmasibin (1524-76) Türk dilində fərmanlarını, Şah Səfinin (1629-42) Avstriya ali hersoqu II Ferdinanda və Rusiya çarı Mixail Romanova məktublarını, II Şah Abbasın (1642-66 ) yerli əmirlərə yazdığı göstərişləri, Şah Sultan Hüseynin (1694-1722) Saksoniya vəliəhdinə məktublarını göstərə bilərik. Bəhs olunan yazışmalar Səfəvi dövlətinin konkret dövrünə dair ümumi vəziyyət haqqında təsəvvür yaratmaqla bərabər, imperiyanın xarici siyasəti ilə bağlı mülahizə yürütməyə də imkan yaradırdı.

Ancaq etiraf edək ki, Səfəvi dövlətinin tarixi ilə əlaqədar geniş maraq doğuran və tədqiqatçıların diqqətini cəlb edən məqam Osmanlı İmperiyası ilə qarşılıqlı münasibətlərdir. Bu da təsadüfi deyil. 1501-ci ildə Səfəvi İmperiyasının yaradılması ilə XIII əsrin sonlarında təşəkkül tapan, qısa müddətdə üç qitəyə yayılaraq, sürətlə güclənərək genişlənən Osmanlı İmperiyasının regional hegemonluğu ciddi təhlükə altına düşdü. “Cahan dövləti” statusunu paylaşmazlıq sindromu, digər tərəfdənsə məzhəb ixtilafları iki qüdrətli Türk dövlətini barışmaz düşmənə çevirdi. Bu mənada, Səfəvi İmperiyasının mövcud olduğu 236 il (1501-1737) ərzində Osmanlı ilə savaşların ara verdiyi dövrün çox qısa olması təəccüb doğurmamalıdır. Çaldıran savaşı (1514), Qanuni Sultan Süleymanın Səfəvilərə qarşı 4 yürüşü (1533, 1535, 1548 və 1554), Sultan III Muradın yürüşü (1578), I Şah Abbas Səfəvinin Osmanlıya qarşı cavab yürüşləri (1603-16), Sultan IV Muradın yürüşü (1635-38) iki dövlət arasında baş vermiş ən qanlı müharibələr kimi tarixə düşüb. Vurğulanan sonuncu müharibədən sonra imzalanan Qəsri-Şirin sülh müqaviləsi Osmanlı-Səfəvi müharibələrinə son qoymaqla bərabər, hər iki ölkənin dağılmış təsərrüfatlarının bərpasına və ümumilikdə iqtisadiyyatın inkişaf etdirilməsinə böyük töhfə verdi.

Tərəflərin Qəsri-Şirin sülh müqaviləsinə sadiqliyi bu ölkələrin qarşılıqlı münasibətlərinə də müsbət təsir göstərdi. Adıçəkilən müqavilənin əhəmiyyəti, xüsusilə 1683-cü ildə özünü tam qabarıq büruzə verdi. Həmin ildə Avstriya İmperiyasına qarşı müharibəyə başlayan, paytaxt Vyanaya qədər irəliləyən Osmanlı ordusunun yekunda ağır mğlubiyyətə uğraması dövləti süqut təhlükəsi ilə üzbəüz qoysa da, Səfəvilər sülh müqaviləsini pozmadılar. O illərdə Səfəvi İmperiyasının hökmdarı olan Şah Süleyman Avropa dövlətlərinin təkidlərinə, hətta Roma Papası XI İnnokentinin xahiş dolu məktubuna baxmayaraq, Osmanlıya qarşı “Müqəddəs ittifaq”la birgə müharibəyə qoşulmağa razılıq vermədi. Süleyman Şah Papaya yazdığı cavab məktubunda qəti şəkildə bildirmişdi ki, Osmanlı mövcud sülh müqaviləsini pozmayana qədər onunla müharibə etməyəcək. Səfəvi hökmdarının Xİ İnnokentiyə məktubunda yer alan bu cümlə Süleyman Şahın xristian aləminin iki Türk dövlətini bir-birinin əli ilə zəiflədib sıradan çıxarmaq niyyətini tam ciddiliyi ilə başa düşdüyünü və Şahın məlum təklifə etirazını diplomatik ustalıqla ifadə etdiyini göstərir:

“Adәti әdalәt olan bu sülalә çoxdandır ki, hәmin diyarın şahları ilә sülh etmişdir vә bu uzun müddәt әrzindә onlar tәrәfdәn razılaşmaya zidd bir iş baş vermәmişdir. Belә olan halda hәmin pis işi görmәk bәnzәri olmayan Allahın razılığına zidd, peyğәmbәrin buyuruqlarının әksinәdir vә bunu öz vaxtına kimi tәxirә salmaq lazımdır”.

Əksər tarixçilər Səfəvi Dövlətinin 1683-cü ildə “Müqəddəs ittifaq”la birləşərək Osmanlıya hücum edəcəyi təqdirdə, İmperiyanın süqutunun qaçılmaz olacağı fikrində həmrəydirlər. Həqiqətən də, Qərbdə Avropa ölkələri ilə savaşda alınan fəlakətli məğlubiyyətdən sonra hərbi gücü tükənən, ümidsiz vəziyyətə düşən Osmanlının yetərincə güclü Səfəvi ordusunun Şərqdən endirəcəyi zərbələrə davam gətirəcəyi inandırıcı deyildi.

Lakin Səfəvilərin 1683-cü ildə etdikləri jesti yüksək qiymətləndirən Osmanlı dövləti təqribən 40 il sonra üzərindəki mənəvi borcu qaytarmağa qərar verdi. 1722-ci ildə əfqan tayfa birləşmələrinin başına keçən Mir Mahmud Xotəki topladığı ordu ilə Səfəvi dövlətinə hücum etdi. Şah Sultan Hüseynin bacarıqsızlığı səbəbindən Səfəvi hüdudlarını keçərək sürətlə irəliləyən əfqanlar paytaxt İsfahanı mühasirəyə aldılar və  6 aylıq müqavimətdən sonra - 1722-ci il oktyabrın 23-də şəhər təslim oldu. Məğlubiyyətini qəbul edən Şah Sultan Hüseyn taxtı Mir Mahmud Xotəkiyə vermək məcburiyyətində qaldı. Bəzi tarixi mənbələrə əsasən, Sultan Hüseyn Şah tacını öz əli ilə Xotəkinin başına qoyaraq, hakimiyyətdən çəkilib.

Bununla belə, sonra cərəyan edən hadisələr belə deməyə əsas verir ki, Osmanlı İmperiyası əfqanların Səfəvi səltənətini ələ keçirmələrinə birmənalı yanaşmayıb. Yəni Osmanlı sarayı vaxilə özbəklərlə yanaşı, əfqanları da Səfəvilərə qarşı yürüşlərə təhrik etməsinə baxmayaraq, Şərq sərhədlərində yeni sülalənin hakimiyyətə gəlməsinə müsbət baxmayıb. Xotəkilərin bir müddət sonra Osmanlı dövlətinə qarşı müharibəyə başlaması isə İstanbul sarayının qəti addımlar atmasını şərtləndirdi. Əfqanları hakimiyyətdən kənarlaşdıraraq Sultan Hüseyni yenidən taxta çıxarmaqla Səfəvi səltənətini bərpa etməyi planlaşdıran Osmanlı dövləti deyilən niyyətini həyata keçirmək üçün hərəkətə keçdi. Ancaq sözügedən planı “lokal miqyas”da gerçəkləşdirməyi daha münasib sayan Osmanlı dövləti Bağdad valisi, məmlüklərin nəslindən olan Əhməd Paşanı irəli verdi. Türkiyəli araşdırmaçı Abdurrahman Ateşin “XVII əsrin 2-ci yarısında Osmanlı-İran münasibətləri” adlı əsərində qeyd olunur ki, 1726-cı ilin payızında oz qoşunu ilə İsfahana yaxınlaşan Əhməd Paşa əmisi oğlu Mir Mahmud Xotəkini öldürərək onun yerinə keçən Əşrəf xana ultimatum göndərərək, taxt-tacı Sultan Hüseynə qaytarmağı tələb etdi. Əşrəf xan bu tələbin qarşılığında Sultan Hüseyni edam etdirərək, Əhməd Paşanın İsfahana hücumunu dayandırmağa nail oldu. Ancaq bu hadisə Səfəvilərin yenidən toparlanmasına və özünü taxt-tacın qanuni varisi sayan Şah II  Təhmasibin, onun xidmətinə keçən Nadirqulu xanın (gələcək Nadir Şah) ölkənin sülalənin hakimiyyətini, dövlətin ərazi bütövlüyünü bərpa etməyə şərait yaratdı.   

Osmanlı İmperiyası Səfəvi dövlətinin süqutundan sonra onun hüdudlarında qurulan Əfşar İmperiyası ilə bir müddət müharibə vəziyyətində oldu. Bu müharibələrin yekununda Qəsri-Şürin müqaviləsi əsasında müəyyənləşən sərhədlərin bərpasından sonra isə iki dövlət arasında sabit münasibətlər formalaşdı. Təsadüfi deyil ki, Nadir Şahın 1747-ci ildə sui-qəsdlə öldürülməsindən sonra da Osmanlı İmperiyası Əfşarlara qarşı pozuculuq fəaliyyətinə əl atmadılar. Buna rəğmən, Əfşar dövlətində yaranan hakimiyyət boşluğu səbəbindən hakimiyyəti ələ keçirən fars mənşəli Kərim xan Zənd lokal sərhəd toqquşmalarını bəhanə edərək, 1775-ci ildə Osmanlı əleyhinə müharibəyə başladı. Cəmi 1 il davam edən müharibədə sərhədlər toxunulmaz qaldı.

Bu insidentə baxmayaraq, Osmanlı İmperiyası 1747-96-cı illərdə - keçmiş Səfəvi hüdudlarında Əfşar İmperiyasının süqutundan Qacar dövlətinin yaradılmasına qədər ötən yarım əsrlik dönəmdə keçmiş rəqibinin ərazisinə hüsum etmədi. Səfəvilərin varisi olan Qacarların dövründə isə ikitərəfli münasibətlər özünün ən yüksək səviyyəsinə çatdı.

Araz ZEYNALOV

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ