Bu gün Qəzzanın bombalanmış xəstəxanasında yaralı halsız ananın bütün gücünü toplayaraq təxminən yaş yarımlıq balasını qolu ilə sinəsinə sıxmasını ağrısız seyr etmək mümkün deyildi...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- 2011-ci ildə Misirin Təhrir meydanında çəkilmiş bir foto da eynilə bu ağrıları doğurmuşdu. Meydanda axan qanlardan, şiddət və zorakılıqdan dəhşətə gəlmiş təxminən 8-9 yaşlı bir uşaq başından papağını çıxarıb qəzəblə yerə çırpdı və üz döndərib hönkürdü...
2015-ci ildə Suriya xalqı qaça-qaça düşəndə Aralıq dənizinin dalğalarının qumlu sahilə üz üstdə atdığı 4-5 yaşlı boğulmuş uşağın fotosu da beləcə dünya mediasını sızlatmışdı...
İstanbulda Taksim meydanında ayaqqabılarını cütləyib başının altına qoymuş və böyrü üstdə uzanmış bir suriyalı uşağın gözünün qabağına türk qadının bir buxanka çörək qoyub getdiyini isə şəxsən özüm gördüm...
Tahir TAĞIYEV