Vaqif, məni, atamı tanıyırdın, niyə bizə zülm verirdin?
Trend-in məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı əsir düşmüş Bayram Hacıyev deyib.
"Üzərimizə hücuma keçdilər, uşaq, qadın demədən hər kəsə divan tutdular", - deyə zərərçəkmiş qeyd edib.
Daha sonra B.Hacıyev Vaqif Xaçatryana ən ağır cəza verilməsini istəyib.
Daha ətraflı videoya baxa bilərsiniz: