Vaqif Xaçatryan və Badara sakinləri kəndə qəfil hücum etdi.
Trend-in məlumatlna görə, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı əsir düşmüş Mikayıl Nurməmmədov deyib.
"Bizim 25 şəhidimiz, 14 yaralımız oldu. Bizə kömək gəlməsəydi, hamımızı yandıracaqdılar. Ailəmizin 9 üzvü şəhid olub. Şəhidlərimizin əksəriyyətini yandırıb külünü göndərdilər. Vaqif deyir ki, o, orada olmayıb. Bəs 25 nəfərimizi kim şəhid edib?", - deyə o əlavə edib.
Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.