Bazar günü günü, 08 noyabr 2026
     

Dünya mediası Əliyevin Qarabağda ucaltdığı bayraqlara niyə bu qədər maraqlı yanaşdı...

Image


Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltması və çıxışı dünya KİV-nin diqqət mərkəzində olub.

Mətbuatın məlumatına görə, müxtəlif beynəlxalq media orqanları Azərbaycan Prezidentinin çıxışından müxtəlif fikirləri öz auditoriyalarına təqdim ediblər.

Məsələn, Yaponiyanın nüfuzlu NHK televiziya kanalı Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması barədə süjet yayımlayıb. Süjetdə ötən ay Qarabağdakı erməni silahlı qruplarına qarşı keçirilmiş və qələbə ilə başa çatmış tədbirlərdən sonra Azərbaycan Prezidentinin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını tarixi hadisə adlandırıb. Latviyanın “Delfi” nəşrində, Moldovanın “Tv8” kanalının saytında, Ukraynanın “Ukrinform”, “RBK-Ukraina”, “Azadlıq” Radiosunun Ukrayna Redaksiyası, “TSN”, “24Kanal”, “Deutsche Welle”nin Ukrayna redaksiyası, “Gazeta”, “Korrespondent”, “NV”, “Podrobnosti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Fakti”, “Slovom i Dilo” və digər informasiya agentliklərində, xəbər portallarında Ukrayna, rus və ingilis dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı xüsusi qeyd edilib.

Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Qarabağın digər yaşayış məntəqələrində, o cümlədən Ağdərə, Xocalı, Kərkicahan və Malıbəylidə olub, Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Estoniyanın “Postimees” nəşri, ABŞ-ın “Barron's” dərgisi,  Böyük Britaniyanın “İndependent” və  “gazetteherald” nəşrləri, ABŞ-ın “The Seattle Times”, İtaliyanın “La Repubblica” qəzetləri, həmçinin “Reuters” agentliyi, Fransanın “France24”, “Francetvinfo” telekanallarının saytı, Kanadanın “La presse”, Yunanıstanın “Newsbeast”, BƏƏ-nin “Sky news arabian”, “aletihad”, Qətərin “Alaraby”, Səudiyyə Ərəbistanının “Asharq” və digər portalları yaydıqları informasiyalarda Prezident Əliyevin Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdığı və sonra çıxış etdiyi oxucuların diqqətinə çatdırılıb.

“News.com.au” portalı yazır ki, qalib Prezident İlham Əliyev bazar günü regionun əsas şəhərində ölkəsinin bayrağını qaldırarkən deyib: “Biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik.

Gürcüstanın “interpressnews.ge”, “amnebi.ge”, “qafqazturk.com”, “aktual.ge”, “realnews.ge”, “24news.ge”, “interpress.ge” portallarında, Macarıstanın “hirado.hu” saytı, bu ölkənin “24.hu” və “privatbankar.hu” portallarında yayımlanan informasiyalarda Azərbaycan Prezidentinin Qarabağ səfərinə toxunulub, bu regionun tarixinə nəzər salınıb.  Bildirilib ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir, lakin təxminən 30 il əvvəl tərəflər arasında baş vermiş birinci müharibədən sonra ermənilərin nəzarətinə keçib. Azərbaycan 2020-ci ilin payızında ərazinin bir hissəsini geri qaytarıb, bu ilin sentyabrında isə separatçıları diz çökdürüb. Bundan sonra isə rəsmi Bakı ərazinin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqlara başlayıb. Azərbaycan rəhbərliyi ermənilərin hüquqlarını təmin edəcəyinə söz versə də, onlar qorxduqları üçün ərazini tərk ediblər.

Dünya mediası Əliyevin Qarabağda ucaltdığı bayraqlara niyə bu qədər maraqlı yanaşdı?

  • “Təbii ki, həmin anları dünya KİV-ləri öz televiziyalarında, mətbu səhifələrində böyük qürurla işıqlandırır”

SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində “Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndiyə, həmçinin Qarabağın digər rayon və şəhərlərinə səfəri, orada ölkəmizin üçrəngli Bayrağını ucaltması və çıxışında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb. Ümumiyyətlə, Prezident İlham Əliyevin bütün regionlara ardıcıl səfərləri bir daha hər bir rayonun inkişafının məhz dövlət başçısının diqqət mərkəzində olduğunu təsdiqləyir”-deyə bildirdi. Media Qrupunun rəhbəri vurğuladı ki, ümumiyyətlə prezidentlərin bütün səfərləri dünya mediası üçün böyük maraq kəsb edir: “Xüsusilə Qarabağda 30 il ərzində davam edən münaqişə bütün dünya KİV-nin diqqət mərkəzində olub. Dünya KİV-i Qarabağ probleminə öz səhifələrində, telekanallar informasiya buraxılışlarında səxavətlə yer ayırdılar. Bu münaqişənin həlli ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər qurumlar dəfələrlə müxtəlif qərarlar qəbul etdilər. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi və Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi havada, icrasız qaldı. ATƏT-in Minsk Qrupu saysız-hesabsız görüş və danışıqlar aparsa da, vəzifəsinin öhdəsindən gələ bilmədi. Beynəlxalq hüquq ayaqlar altında tapdalandı və s. Bu gün artıq münaqişəyə son qoyulub. Azərbaycanın işğalla heç zaman barışmayacağını daim ucadan söyləyən Prezident İlham Əliyev isə Qarabağ problemini "dəmir yumruq"la həll etdi! Bu gün sülh danışıqları qalib tərəflə məğlublar arasında aparılır. Sülhün şərtlərini Azərbaycan qalib dövlət olaraq diqtə edir”.

Bəhruz Quliyevin sözlərinə görə, artıq dünya mediası münaqişənin həll olunmasına xüsusi bir məqamla yanaşır: “Prezidentin bu torpaqlara səfəri, Azərbaycan Bayrağını Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə qaldırması istər tarixi, istər mənəvi, istərsə də siyasi baxımdan olduqca mühüm, analoqsuz bir hadisədir. Bu, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra xalqımıza yaşatdığı ən böyük sevincdir. Təbii ki, həmin anları dünya KİV-ləri öz televiziyalarında, mətbu səhifələrində böyük qürurla işıqlandırır. Çünki onlar çoxdandır bu anları gözləyirdilər.

İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla bütün dünyaya göstərdi ki, Heydər Əliyev ideyaları, Azərbaycan xalqının iradəsi hər zaman qalib gəlir. İlham Əliyev Ağdərə, Əsgəran, Xocalıda üçrəngli Bayrağımızı yüksəltməklə  sübut etdi ki, ata vəsiyyətinə, xalqın arzu və istəyinə sadiqdir və bunun üçün hər cür fədakarlığa hazırdır”-deyə B.Quliyev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ