Fransa bizi öz taleyimiz barəsində qərar vermə hüququndan məhrum edib. Bu barədə Trend-ə özəl açıqlamasında Müstəqil Martinik naminə ekoloqlar və demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel deyib.
“Biz yalnız mübarizə vasitəsi olaraq hərəkatlarda birləşə bilirik. Fransa öz müstəmləkə siyasətini dünyaya elə təqdim edir ki, sanki bu normal haldır. Lakin reallığı dərk etdiyimiz zaman görürük ki, biz insan kimi yaşamaqdan məhrum edilmişik. Gizlədilən, görünməzdən gəlinən hüquqlarımızı üzə çıxarmalıyıq. Mən vəkiləm lakin qərarları qəbul edənlər Fransız vəkillərdir. ”,- deyə o əlavə edib.