2021-ci ildə Kaledoniyada keçirilən referendum zamanı yerli əhali onu təxirə salmaq istəsə də, Fransa bunun əksində israr edib.
Trend-in məlumatına görə, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Yeni Kaledoniya Parlamanetinin sədri Rok Vamitan deyib.
“Nəticədə əhalinin 57%-i bu referendumda iştirak etməyib. Fransa müstəmləkçilik siyasətini davam etdirir. Bugün Bakıda keçirlən tədbirdə iştirak edərək, bu qanlı müstəmləkə tarixinin bir daha təkrarlanmaması üçün çağırışlar edirik. Müstəmləkəçilik siyasətinə son qoyulmalıdır. Qoşulmama Hərəkatı üzvlərinin arzularımıza, azadlığımıza qovuşmağımız üçün bizə kömək edəcəyini düşünürük ”,- deyə o əlavə edib.
Rok Vamitan deyib ki, Fransada hökm sürən sosial böhran diktator hökumətin sübutudur. "Fransa özünü həmişə demokratiya ölkəsi kimi təqdim edib. Lakin reallıq bu deyil”,- deyə o əlavə edib.