Biz Fransa tərəfindən zorakı şəkildə gətirilmişik, bizi uyğun olmayan mədəniyyətə uyğunlaşdırıblar.
Trend-in məlumatına görə, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Martinik nümayəndəsi Klaudete Duhamel deyib.
“Bizə quldarlığın tarixini unutdurmağa çalışırlar. Manipulasiya edərək bu siyasəti doğru qəbul etdirməyə çalışırlar. Bizdən əşya kimi yaşamağı tələb edirlər. ”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.