Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü dünya mediasında geniş rezonans doğurub. Bu görüş Bosniya və Herseqovina mediasının da diqqət mərkəzində olub.
Belə ki, “Slobodna Bosna”, “Bosna info”, “Federalna” və “N1info” kimi informasiya agentliklərinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fransanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olduğunu qeyd etdiyi bildirilib. Azərbaycan Prezidentinin Fransada, xüsusilə də mediada müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlərin davam etdiyini bildirdiyi qeyd olunub.
Yazılarda Prezident İlham Əliyevin Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırdığı vurğulanıb.
Mətləb