Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşü dünya mediasında...

Image


Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü dünya mediasının diqqət mərkəzində olub.

Dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-lərində dərc olunmuş məqalələrdə qlobal səviyyədə yaşanan gərginliklərə baxmayaraq, Bakı keçirilən tədbirdə çoxsaylı ölkə nümayəndələrinin iştirakına, beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlara geniş yer verilib.

Kubanın “www.plenglish.com” portalında yayımlanan xəbərdə Qoşulmama Hərəkatının “yeni ədalətli dünya nizamı uğrunda mübarizəsini davam etdirən ölkələrin ən böyük hərəkatı olduğu bildirilib. Qeyd edilib ki, Qoşulmama Hərəkatı 1961-ci ildə keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə əsaslanaraq ədalətli dünya nizamını müdafiə etmək üçün alternativ hərəkat olaraq yaradılıb.

“www.cubanews.acn.cu” portalında yayımlanan məqalədə isə Qoşulmama Hərəkatının siyasi məsləhətləşmələr və beynəlxalq gündəlikdəki digər aktual məsələlər üzrə mübadilə forumu kimi canlandırılması prosesində irəliləyişi davam etdirməyə, dialoqun, diplomatiyanın və dinc münasibətlərin təşviqinə imkan verəcəyi diqqətə çatdırılıb.

Əlcəzairin “al24news.com” saytında bildirilib ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər görüşü “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusuna həsr olunub.

Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin açılış sessiyasında “beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı artıq bəşəri ümidləri doğrultmur, ona görə də BMT qaçılmaz olaraq ciddi islahatlar aparmalıdır” barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev, həmçinin Qoşulmama Hərəkatına BMT Təhlükəsizlik Şurasında daimi yer verilməsinin zəruriliyini vurğulayaraq, bu mənada “Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edən ölkələrə və Afrika İttifaqı (Aİ) da növbə düsturuna uyğun və veto hüququna malik yerə sahib olmalı olduğunu bildirib.

Pakistanın “www.urdupoint.com” portalında isə Bakı görüşündə Malayziyanın xarici işlər naziri Zambri Abd Kadirin BMT-də ciddi islahatlara çağırış etdiyi bildirilib. Qeyd edilib ki, dünya ciddi problemlərlə üzləşdiyindən Birləşmiş Millətlər Təşkilatının effektiv olması üçün kritik islahatlardan keçməlidir.

Nazir, eyni zamanda, ölkəsinin İsveçdə Quranın yandırılması kimi nifrət dolu bəyanatların və hərəkətlərin dünyada artmasından narahat olduğunu söyləyib.

Çinin “People’s Daily” və Nikaraquanın “www.el19digital.com” portallarında qeyd olunur ki, Bakı görüşündə yeni dünya nizamı ilə bağlı məsələlər müzakirə olunacaq, yaranmış böhrandan çıxış yolları axtarılacaq.

İranın “ww.tasnimnews.com” və “mehrnews.com” saytlarında bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər barədə məlumat verilib.Müzakirə olunan məsələlər arasında Azərbaycanın İrandakı səfirliyinə hücumda müqəssirlərin tapılması ilə bağlı görülən tədbirlər də müzakirə mövzusu olub.

“Shabestan” xəbər agentliyində isə Qoşulmama Hərəkatı haqqında məqalə dərc olunub. Yazıda bildirilib ki, Sammit Qoşulmama Hərəkatının ən yüksək toplantısı hesab olunur, adətən üç ildə bir dəfə üzv ölkələrdən birinin paytaxtında keçirilir. Budəfəki toplantının hazırda təsisata rəhbərlik edən Azərbaycanın paytaxtı Bakıda keçirildiyi bildirilib.

Misirin “Əxbar Əl Youm” nəşrinin AZƏRTAC-a istinadla dərc etdiyi “İlham Əliyev: Fransa üzr istəməlidir” sərlövhəli materialda qeyd olunub ki, Azərbaycan Prezidenti özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın hələ də digər ölkələrin daxili işlərinə qarışdığını, təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını söyləyib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışların getdikcə artdığını, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb. O əlavə edib ki, “bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.

“Əl Əhəd” qəzetində “İlham Əliyev Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib və Parisi üzr istəməyə çağırıb” sərlövhəli məqalədə qeyd olunub ki, Azərbaycanın dövlət başçısı neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olan Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu söyləyib. O vurğulayıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici və iyrənc hərəkət adlandırıb. O, Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edib.

Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib, Parisin üzr istəməli olduğunu söyləyib, habelə bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb.

Geniş oxucu auditoriyasına malik olan “Dustur” nəşrində dərc olunan “Prezident Əliyev Fransanı üzr istəməyə dəvət edib” sərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Parisi həm Azərbaycanın daxili işlərinə kobudcasına müdaxilə etdiyinə, həm də neokolonializm, islamofobiya siyasətinə görə üzr istəməyə çağırıb. O, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında vurğulayıb ki, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır. Məqalədə dövlətimizin başçısının aşağıdakı sözləri sitat kimi verilib: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.

“Əl Marsad”, “Əl Həmra”, “Pressbee”, SANA informasiya agentliyi, “Yemen Publisher” və ərəb ölkələrinin digər qəzet və portalları da Azərbaycanın dövlət başçısının Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışına geniş yer ayırıblar.

Qardaş Türkiyənin “Hürriyet” qəzetində dərc olunan “Əliyev sülhün şərtlərini açıqladı: Ermənistan silahlı qüvvələrini Qarabağdan tamamilə çəkməlidir” sərlövhəli geniş məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında otuz il əvvəl Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdiyini, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdiyini, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Azərbaycanın dövlət başçısı diqqətə çatdırıb: “Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir”.

Məqalədə xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyev münaqişə başa çatdıqdan az sonra Azərbaycanın Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim etdiyini deyib. O əlavə edib ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.

Türkiyənin Anadolu, İHA informasiya agentlikləri, “TRTWorld” telekanalı Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışını canlı yayımlayıb. Bundan başqa, “Yeni Akit”, “Yeni Şafak”, “Akşam”, “Haber com”, “En son haber” və digər qəzet və xəbər portalları, həmçinin “Haber Global”, “OdaTV” telekanallarının saytları dövlətimizin başçısının çıxışının əsas məqamlarını təqdim ediblər.

“Milliyet” qəzetində isə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidanın söylədiyi “Qarabağda Azərbaycan torpaqlarının qaytarılımasını bütün Türk dünyasının Zəfəri kimi görürük” fikirlərinin sərlövhəyə çıxarıldığı məqalə dərc olunub.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə söylədiyi fikirlər Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.

“İnterpressnews.ge” portalında dərc olunmuş materialda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin imzalanmasının beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalı olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmalıdır. Erməni hərbi və hərbiləşdirilmiş elementlərinin tərksilahı və tərxis olunması həyata keçirilməlidir”.

Geniş oxucu kütləsinə malik “netgazeti.ge” portalında yayımlanan materialda isə bildirilir ki, Ermənistan silahlı qüvvələri Qarabağı tamamilə tərk etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ərazisində qalan erməni hərbi birləşmələrini ərazini tamamilə tərk etməyə çağırır.

Portal Azərbaycan Prezidentinin bu fikirlərini sitat gətirib: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur edilməsinə baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları hələ də mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda davamlı sülhün əldə olunmasında maraqlıdırsa, onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Erməni əsgərləri və hərbiləşdirilmiş birləşmələri tərksilah edilməlidir”.

Gürcüstanın İctimai Televiziyasında yayımlanan (1tv.ge) materialda Prezident İlham Əliyevin Fransada rəsmi şəxslərdən və parlamentarilərdən irqçi nifrət dilinin getdikcə daha çox eşidilməsi barədə fikirləri yer alıb. Bildirilib ki, Fransa müstəmləkəçilik keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir.

“İnterpress.ge” portalında AZƏRTAC-a istinadla yayımlanan materialda Azərbaycan Prezidentinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığı barədə məlumat verilir.

Bildirilir ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır.

Həmin portalda yayımlanan digər materialda isə Ermənistanın Zəngəzur dəhlizinin açılmasına törətdiyi maneədən bəhs olunur. Bildirilir ki, Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına maneə yaradır.

Eyni zamanda, Azərbaycan Prezidentinin geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə etdiyi diqqətə çatdırılıb.

Qafqaztürk.com saytında yerləşdirilən materialda da Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı fikirləri yer alıb: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Saytda dərc olunmuş “Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir” sərlövhəli materialda isə deyilir: “Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib”.

Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycanın indi bir sıra nəhəng çağırışlarla üz-üzə olduğunu söyləyən Azərbaycan Prezidenti vurğulayıb: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir”.

Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşü və tədbirdə səsləndirilən fikirlərlə bağlı materiallar, eyni zamanda, Belarusun “Belta”, “Reform.by”, “Eadaily.com” kimi eelektron media resurslarında da yayımlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxışı zamanı söylədiyi fikirləri ispandilli mətbuatın da diqqət mərkəzində olub.

“www.swissinfo.ch”, “www.msn.com”, “Deportes” kimi portallarda yayımlanan məqalələrdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına (QHH) üzv olan dövlətləri neokolonializmlə mübarizə aparmağa çağırdığı, Fransanı irqçilikdə, soyqırımda və başqa ölkələrin işlərinə qarışmaqda ittiham edərək, neokolonializmin müasir dəstəkçilərindən biri olduğunu bildirdiyi vurğulanıb.

Portallarda dövlətimizin başçısının bu fikri sitat gətirilib: “Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, “neokolonializm siyasətini indi də davam etdirən ölkələrdən biri də Fransadır”.

"Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır", - deyən Prezident İlham Əliyev rəsmi Parisin təxminən 1,5 milyon əlcəzairlinin qətlə yetirilməsinə, müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməli olduğunu bildirib.

O, həmçinin hazırda dünyada mövcud olan islamofobiya və ksenofobiya ilə bağlı narahatlığını ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladaraq əlavə edib ki bu hadisə ölkədə mövcud olan irqçilik və islamofobiyanın daha bir əlamətidir”.

Ermənistanla münaqişənin həllinə gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var.

O vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini tamamilə tərk etməlidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ