Azərbaycanın Tehrandakı səfirliyinə qarşı cinayəti törədən şəxsə ən ağır cəza tətbiq ediləcək.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
Hüseyn Əmir Abdullahian səfirliyimizə hücumla əlaqədar açıqlamanın davamında qeyd edib: "Diplomatik polislə əlaqədar addımlar nəzərdə tutulub. Bu hadisədə hər hansı şəkildə səhlənkarlıq edən səbəbkarlar haqda ciddi qərarlar verilib".