Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi müstəmləkəçi siyasətin təzahürüdür.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Afrika Mundus Hərəkatının üzvü, Move hərakatının(siyasi partiya) sədri Edvin Dhaiti deyib.
“Bugün həmçinin Fransada baş verən iğtişaşlar müstəmləkəçilik siyasətinin təzahürüdür. Biz müstəmləkəçilik, ifrat və bölücü siyasətə qarşı etiraz edərək təşkilatlanırıq. Mən öz ölkəm Haitini təmsil edərək,bu cür təşkilatlarda iştirak edirəm və səsimizi dünyaya çatdırmağa çalışırıq”,- deyə o əlavə edib.