Cümə axşamı günü, 12 noyabr 2026
     

Postmünaqişə dövründə də Ermənistan hərbi cinayətləri dayandırmır...

Image


Son günlərdə xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də sosial şəbəkələrdə yayılan, Azərbaycan və Ermənistan əsgərlərinin güllələndiyi, meyitlərin təhqir olunduğu kadrların yer aldığı videolardır. Bu videoların yayılma tarixi və onun ətrafında qaldırılan ajiotaj çox maraqlı bir vaxta təsadüf edir.

Məsələ burasındadır ki, videoların yayıldığı tarix oktyabrın 2-nə təsadüf edir. Həmin gün isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki  ölkə arasında sülh mətninin hazırlanması üzrə Cenevrədə danışıqları baş tutub. Nazirlərin bir araya gəlməsi  31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

  • Sülhə qarşı videotəxribat...

Sözügedən görüş fonunda məlum videoların dövriyyəyə buraxılması, heç şübhəsiz ki, sülhə qarşı olan qüvvəlrin işidir. İndiki halda sülhə qarşıı çıxan yeganə tərəf isə Ermənistan, buradakı revanşist qüvvələrdir. Yayılan videoların birində Ermənistan əsgərlərinin hərbi postunu Azərbaycan əsgərlərinin tutmasına və onların güllələnməsinə aid olduğu iddia edilən görüntülər yer alır. Sözügedən videonun saxtakarlığını sübut edən məqamların sayı kifayət qədərdir.

Əvvəla, videonun nə zaman və harada çəkildiyi bəlli deyil. İkincisi, hərbi ekspertlər bilir ki, güllələr bədənə dəyərkən böyük ölçüdə qan ləkələri yaradır. Amma nədənsə, videoda güllələnən erməni hərbçilərinin üzərində heç bir qan ləkəsi görünmür. Bu da güllələnmədə boş, yəni təlim patronlarından istifadə edildiyini göstərir. Deməli, səhnə əvvəldən quraşdırılıb və məqsəd Azərbaycanı ittiham etmək, sülh prosesinə əngəl olmaq olub. Ehtiyatda olan polkovnik Akif Qasımov  da məsələyə bu prizmadan yanaşır. O qeyd edir ki, səhnədə yer alan bütün hərbçilərin hərbi geyimləri təptəzədir və geyimlərin üzərində heç bir aşınma, yirtılma, köhnəlmə, su, palçıq, tər və sair kimi əlamətlər müşahidə edilmir. Halbuki, döyüşdə iştirak edən şəxsin paltarında tamam əks halalr qeydə alınır. Ekspert bildirir ki,  güllələrin “dəydiyi” bədən və yerlər filmlərdə istifadə edilən imitasyon vasitələrdən yararalanılması ehtimalını yüksəldir. Tək-tək atış icra edənlərin güllə yerində, "cəsədlər" arasında ağ toz tüstüsünün çıxdığı görünür. Halbuki, real güllələr tamam ayrı mənzərə yaradır. Bütün bunlar videonun saxtalığını və sülhə əngəl olmaq məqsədilə dövriyyəyə buraxıldığını bir daha təsdiq edir. Ehtimal edilir ki, videonun ərsəyə gəlməsində erməni ssneristləri və oyunçularının “əməyi” böyükdür. əsas məqsəd qeyd olunduğu kimi sülhün qarşısın almaqdır. Təsadüfi deyil ki, ermənilər bu video ətrafında böyük hay-küy yaratmağa çalışırlar. Amma bunun əvəzində erməni tərəfinin hərbi cinayətlərinin əks olunduğu konkret və tam həqiqi videolar Azərbaycan tərəfindən təqdim olunur. Belə videolardan birində  bir qrup hərbçi və mülki şəxs əyinlərində hərbi və mülki forma olan meyitləri təhqir edir. Ölmüş hərbçi və mülkilər azərbaycanlılardır, onları təhqir edənlər isə Ermənistan hərbçiləridir. Buna münasibət bildirən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi elçisi Toivo Klaar “Twitter” səhifəsində yazıb ki, ona azərbaycanlılara qarşı hərbi cinayətlər törədildiyini əks etdirən bir neçə video göndərilib: “Mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Bunlar araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxdı və bunun üçün məsuliyyətə ehtiyac var”. Ümumiyyətlə, ermənilər istər Birinci, istərsə də  İkinci Qarabağ savaşında əsir düşən Azərbaycan əsgərinə qarşı dəhşətli aktlar törədiblər. Halbuki, Azərbaycan ordusu qeyri-döyüş şəraitində düşməni öldürmür, hətta diversantları belə əsir götürəndə onlara qarşı humanist davranır. Azərbaycan əsgəri döyüş dayandığı halda yaralı erməni əsgərinin yarasını sarıyıb, xəstəxanaya yerləşdirir və sərhəddə son məlum toqquşma fonunda bunu təsdiqləyən videokadrlar az deyil.

  • Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədənlərdən heç biri indiyədək Ermənistanda məsuliyyətə cəlb olunmayıb

Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, Azərbaycan əsgərinə qarşı saxta videonu erməni tərəfi dünyada müxtəlif mərkəzlərə göndərir. Bu videoların artıq İsveç, Norveç, İspaniya, Fransa, Kanada və ABŞ-da konkret ünvanlara göndərildiyi məlumdur. Videonu alanların çoxu anti-Azərbaycan mövqedədir.  Rus siyasi ekspert bunları təsadüf saymır: “Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin erməni əsgərlərini güllələməsi ehtimal olunan videonun dünya KİV-lərinin ilk səhifələrinə bu qədər tez düşməsi ümumilikdə Qərb hökumət kabinetlərində oturan bəzi rəhbərlərin Bakıya qarşı açıq-aşkar qərəzli olduğunu göstərir. Onlarla video var ki, erməni əsgərləri Azərbaycan hərbçilərinin cəsədləri üzərində ağlasığmaz vəhşiliklər törədirlər. Bəs nəyə görə Qərb KİV-i “medalın bu tərəfini” dərc etmir? Ermənistan hazırda bəzi Qərb dairələrini  təbliğatının siyasi sifarişini yerinə yetirir. Əlbəttə ki, Qərbin Ermənistanı Rusiyanın orbitindən çıxarmaq, həmçinin İrəvanı Tehrana təzyiq rıçağına çevirmək cəhdlərini müşahidə edirik. Hazırda Qərb Bakıya başqa cür – birbaşa təsir edə bilməz, çünki Avropanın Azərbaycanın karbohidrogenlərinə ehtiyacı var. İndiki vəziyyətdə rıçaq rolunda yalnız İrəvan ola bilər. Ermənistanın hazırkı siyasi rəhbərliyinin Qərbdən gələn “sifarişləri” sevinclə yerinə yetirdiklərini müşahidə edirik. Bu insanlar hakimiyyətdə qalmaq naminə münaqişənin yenidən güclənməsinə və onun hətta üçüncü Qarabağ müharibəsinə çevrilməsinə yol verə bilər”.

Deməli, erməni tərəfi bir daha saxta video ilə sülhə əngəl olmağa can atır. Bunlar fonunda bəzi Qərb ölkələri tərəfindən video ilə çağrışlar da olduqca qəribədir. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu xüsusda qeyd edir: “O ki qaldı bəzi Qərb dövlətlərindən edilən çağırışlara, maraqlıdır bu şəxslər 30 il ərzində, 2020-ci il 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin gözü qarşısında Ermənistan tərəfinin törətdiyi çoxsaylı hərbi cinayətlərlə bağlı, bu cinayətlərin araşdırılması, səbəbkarların cəzalandırılması ilə bağlı hansı çağırışları ediblər? Günü bu gün də Ermənistan istehsalı olan minaların Azərbaycan ərazilərində mülki insanların həyatına son verdiyini niyə görməzdən gəlirlər? Yoxsa hərbi əməliyyatların getmədiyi bir vaxtda digər dövlətin ərazisində mina basdırılmasını hərbi cinayət hesab etmirlər? Böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasının məsuliyyəti birmənalı şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ancaq Ermənistanda hələ 90-cı illərin əvvəllərindən etibarən törədilən və indiyədək davam edən çoxsaylı hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə görə indiyədək bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb”. Mina terrorunu davam etdirməklə yanaşı, Ermənistan hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılar haqqında da məlumatları gizlədir. Ermənistanın törətdiyi son sərhəd təxribatları da bu ölkənin müharibə cinayətlərinin davamıdır. Ermənistan ekoloji müharibə cinayətlərinə də son verməyib və dünyanın İrəvanın bu əməlləri üzərində fokuslanması daha yaxşı olardı.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ