şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanın məşhur tarixi şəxsiyyətləri barədə həqiqətlər UNESCO müstəvisində... - I yazı

Image


Azərbaycan - UNESCO əlaqələrinin daha geniş müstəvidə qurulmasında və formalaşmasında heç şübhəsiz ki, Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın olduqca böyük rolu var.

Əlbəttə, Azərbaycan dövlət müstəqilliyi əldə edənə qədər, yəni Sovetlər Birliyinin tərkibində olduğu dövrlərdə də UNESCO-nun tədbirlərində fəal iştirak edib.

Azərbaycan və UNESCO əlaqələrini ifadə edən rəsmi məlumatlara diqqət yetirsək görərik ki, hələ Sovetlər Birliyi dönəmində Azərbaycan mədəniyyətinin, musiqisinin, tarixi şəxsiyyətlərinin sədası UNESCO-da eşidilib, oradan bütün dünyaya yayılıb. Azərbaycan mədəniyyətinin, dəyərlərinin, ölkəmizdə baş verən mühüm mədəniyyət hadisələrinin, əlamətdar günlərin, tarixi şəxsiyyətlərimizin yubileylərinin UNESCO-da qeyd edilməsi sözsüz ki, bu əməkdaşlığa bir misaldır.

Prezident Kitabxanasının internet üzərindən təqdim etdiyi “Azərbaycan - UNESCO əlaqələri” materialında bu əməkdaşlıq haqqında geniş bəhs edilir...

  • “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundovun komediyaları...

Sözügedən mənbədən oxuyuruq ki, Azərbaycan hələ XX əsrin 60-cı illərindən, Sovet İttifaqının tərkibində olarkən UNESCO-nun fəaliyyətində aktiv iştirak edib və UNESCO tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundovun komediyaları, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət iki val və iki audiokaset buraxılıb.

UNESCO-nun Parisdəki mənzil-qərargahında “Azərbaycan xalçaları”(1981), “Azərbaycan əlyazmaları”(1985), Londonda isə UNESCO-nun himayəsi altında “Bakının memarlığı” (1985) sərgiləri keçirilib. 1984-cü ilin noyabr ayında UNESCO-nun mənzil-qərargahında Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı olub.

UNESCO Sovet İttifaqı zamanı Bakıda iki beynəlxalq tədbirin - “Dil və şəhər” (1981) və “Şərq xalça sənəti” (1983) konfranslarının keçirilməsi üçün Azərbaycana maliyyə yardımı göstərib. 1983-cü ildə Azərbaycan hökuməti xalçaçı-rəssam Lətif Kərimovun toxuduğu, üzərində Memar Əcəmi Naxçıvaninin təsviri olan xalçanı Bakıya səfər etmiş UNESCO-nun baş direktoru Amadu Mahtar M'Bou vasitəsilə təşkilata hədiyyə edib.

Mənbənin yazdığına görə, Sovet İttifaqı dövründə Azərbaycanın UNESCO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub və o, UNESCO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak edib. Qeyd edilənə görə, təkcə bir faktı göstərmək kifayətdir ki, 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı o vaxt Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olan Heydər Əliyev UNESCO-nun baş direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüş və bu dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin UNESCO ilə münasibətlərinə öz müsbət təsirini göstərmiş və beləliklə, Azərbaycanın təşkilatdakı uğurlarının təməli qoyulub.

Bunlar uzun illər əsası qoyulan Azərbaycan və UNESCO əlaqələrinin örnəklərindən biri kimi diqqəti cəlb edir. 

  • “Kitabi Dədə Qorqud”dan Azərbaycan şairi Məhəmməd Füzuliyə qədər...

Rəsmi məlumatlara görə, 1993-cü ilin oktyabr ayında UNESCO Baş Konfransının 27-ci sessiyasında Azərbaycan müstəqil dövlət kimi ilk dəfə iştirak etmiş və Azərbaycan haqqında qısa tarixi arayış verilir. Sessiya zamanı Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi (1996) UNESCO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edilib.

Azərbaycan - UNESCO əlaqələrinin inkişafında ən yaddaqalan və vacib məqamlardan biri 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə isə “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin Azərbaycanda geniş şəkildə keçirilməsi ilə yanaşı, Parisdə UNESCO-nun Baş Qərargahında da təntənə ilə qeyd edilməsi olub. Heç şübhəsiz ki, həm Füzulinin 500 illik yubileyinin, həm də “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyətinin dünyaya təqdim edilməsində, tanıdılmasında mühüm rol oynayıb.

Sənəddə vurğulanır ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası təsis edildiyi vaxtdan günümüzə qədər Azərbaycana aid onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilib. 1996-cı ildə böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə Türk dünyasının ortaq ədəbi abidəsi “Kitabi Dədə Qorqud” Dastanının 1300 illik, 2001-ci ildə böyük alim Nəsirəddin Tusinin anadan olmasının 800 illik, 2002-ci ildə şərqşünas-alim Mirzə Kazımbəyin 200 illik yubiley tədbirləri UNESCO səviyyəsində qeyd edilib.

  • “Son illərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi...”

Qeyd etdiyimiz kimi, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın UNESCO - Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rolu olub. Rəsmi məlumatlarda qeyd edilir ki, 9 sentyabr 2004-cü ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban xanım Əliyevaya xoşməramlı səfir adı verildikdən sonra Azərbaycan mədəniyyətinin daha geniş təbliğ olunması və onun rəhbərliyi ilə görülən bütün işlər dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu daha da artırıb. “Son illərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir” - deyə “Azərbaycan - UNESCO əlaqələri” ilə bağlı materialda yazılır.  

  • XX əsrdə yaşayıb yaradan görkəmli sənətkarlarımızın irsi də UNESCO-da təbliğ edilib

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO çərçivəsində qeyd olunan yubileylərdən görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin 13 sentyabr 2005-ci ildə və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 10 noyabr 2008-ci ildə qeyd edilən 100 illiyi ilə bağlı UNESCO-nun Baş Qərargahında təşkil edilmiş təntənəli mərasimlərdə iştirak edib.

UNESCO tərəfindən yubileyləri qeyd edilən görkəmli elm, sənət, mədəniyyət, dövlət xadimlərimiz az deyil. Onların yubileylərinin bu səviyyədə qeyd edilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir.

Rəsmi məlumatlara görə, 2007-ci il 19 fevral tarixində UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramı çərçivəsində Parisdə, UNESCO-nun Baş Qərargahında xalça ustası, Xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” mövzusunda IV Beynəlxalq simpozium keçirilib və  “Azərbaycan xalçası” sərgisi təşkil edilib.

Bundan başqa, 2009-cu il 17 noyabr –“UNESCO-da Azərbaycan Günü” çərçivəsində UNESCO-nun mənzil-qərargahında Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının digər hökumət orqanları tərəfindən bir sıra tədbirlər təşkil edilib. Məlumatlarada qeyd edilir ki, UNESCO-nun Baş Qərargahında “Azərbaycan qadını: dünən, bu gün və sabah” mövzusunda konfrans, akademik Musa Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi simpozium və məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr edilmiş sərginin açılış mərasimi keçirilib.

2011-ci ildə UNESCO-nun xarici əlaqələr sektorunun nümayəndələri ilə keçirilmiş görüşlər nəticəsində UNESCO-nun 2012-2013-cü illərdə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsi siyahısına Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının 100 illiyi, Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi və Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə bağlı yubileylər daxil edilib.

Bundan başqa, 22 oktyabr 2013-cü ildə UNESCO-nun Baş Qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirildiyi də məlumdur. Eyni zamanda, 2014-cü ildə orta əsrlərin tanınmış alimi və mütəfəkkiri Əhməd Əl-Bərdəçinin vəfatının 1100 illik, böyük yazıçı və dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi, İran və Türkiyə ilə birgə Əbdülqadir Marağayinin “Ma-qasid əl-Əlhan” əsərinin 600 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilib.

Davamı olacaq.

P.S. Qeyd edək ki, yazıda Prezident Kitabxanasının internet üzərindən təqdim etdiyi “Azərbaycan-UNESCO əlaqələri” materialında bu əməkdaşlıq haqqında məlumatdan istifadə edilib.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ