Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Sibirdə sürgündə doğuldu, 1 yaşında Qazaxa köçdü... Vəli Xramçaylı-70

Image


Vəli Xramçaylı: “İndi dərviş olmaq çox çətindir, mən “dərvişəm” deyəndə çoxları mənə qəribə baxır”

“Babalarıma görə bizi ailəlikcə Sibirə sürgün etdilər, qardaşım şair Eldar Nəsibli Sibirel və mən Sibirdə-Tomskda anadan olmuşuq”

Sel-su tək boşalıb dolan,
Yaş quruyub bu gözümdə.
Bu yollara yoldaş olan,
Bir dərvişəm yer üzündə.

Dərviş ruhlu şair Vəli Xramçaylının misralarıdır. 70 yaşı tamam oldu. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tanınmış şair, jurnalist, “Ocaq” qəzetinin baş redaktoru Vəli Xramçaylını-Dərviş Vəlini ədəbi mühitdə tanımayan yoxdur. Jurnalistikanın ədəbiyyatdan qopara bilmədiyi, şeirin, sözün adamı olan Vəli Xramçaylıdan 70 illiyi münasibətilə müsahibə götürdük.

- Siz Sibirdə doğulmusunuz. Ailənizin uzaq Sibirə sürgün edilməsinin səbəbi nə idi?

- Atamın babası Nəsib kişi kəndin kovxası olub, anamın babası Hacı Süleyman da bəy olub. Anamın əmisi Əmiraslan babam Qori müəllimlər seminariyasında Stalinlə bir yerdə oxuyub, Stalin təhsilini yarımçıq qoyub gedib, ancaq babam axıra qədər təhsilini davam etdirib.

Onu da deyim ki, atamla anam əmioğlu əmiqızı olublar. Anamın babası Şərif Şikəstə Səməd Vurğunun ustadı olub. Bir tərəfdən də Cahandar ağanın qohumuyuq.

Anamın atasıgil dörd qardaş olublar. Keçən əsrin 30-cu illərində anamın atası Sədi və əmisi Əmiraslan sovet hökumətinin əlindən qaçıb Türkiyəyə getdilər, qalan iki qardaşlarını isə bolşeviklər güllələdilər. Babalarıma görə bizi ailəlikcə Sibirə sürgün etdilər, qardaşım şair Eldar Nəsibli Sibirel və mən Sibirdə-Tomskda anadan olmuşuq.

- Qazaxa gələndə neçə yaşınız vardı?

- Mən anadan olandan sonra ailəmizə bəraət verildi, Xruşşov repressiyaya məruz qalanların geri qayırtmasına icazə verdi. Biz də köçüb Qazaxa gəldik. Biz 1956-cı ildə sürgündən qayıtdıq, onda mənim bir yaşım vardı, Eldarın isə dörd yaşı olub.

- Türkiyəyə keçən babalarınızla sonradan görüşə bildinizmi?

- Çox maraqlıdır ki, keçən əsrin 1970-ci ildə anamın atası Sədi babamı Qazaxa gətirdik, turist kimi gəldi, amma burda qaldı, ona Sovet pasportu aldıq və 1977-ci ildə rəhmətə getdi, məzarı kəndimizdədir.

Biz 1956-cı ildə sürgündən qayıtdıq, onda mənim 1, Eldarın dörd yaşı olub. Mən orta məktəbi Xram çayının sahilində-Şıxlı kəndində bitirdim. Sonra gəlib Bakı Dövlət Universitetin filologiya fakültəsinin axşam şöbəsinə qəbul oldum. 1974-1976-cı illərdə Estoniyada əsgərlikdə oldum.

1983-cü ildə Cəlil Məmmədquluzadənin ev muzeyndə 1 il elmi işçi işlədim.

- Uzun illər “Azərbaycan təbiəti” jurnalında işlədiniz. Bu jurnal sizin üçün hansı yolları açdı?

- 1984-cü ildə bu jurnala gəldim, şöbə redaktoru işlədim. 1986-cı ildən 2000-ci ilə, jurnal bağlanana qədər Məmməd Arazın müavini oldum. Mənim taleyimdə böyük şairimiz Məmməd Araz böyük rol oynayıb. Biz ata-oğul kimi olmuşuq. Uzun müddət Məmməd Arazla çiyin-çiyinə işlədik. Ondan həm mənəvi, həm poeziya cəhətdən çox şeylər götürmüşəm. O, böyük şairi heç vaxt unuda bilmərəm, onun üstümdə çox əməyi olub, haqq-sayını heç vaxt itirmərəm. Məmməd Araz da Məmməd Arazdır...

- Sizin ilk şeirlərinizi kim çap etdi?

- Ədəbiyyatda ustadım Məmməd Araz olub. Ədəbiyyata gəlməyimdə mənə bir də Vaqif Bayatlı (Cəbrayılzadə) kömək edib. Tələbə vaxtı şeirlərimi aparmışam baxsın və ilk şeirlərimi Vaqif Cəbrayılzadı “Ulduz”da çap edib. İki şeir idi. Biri dörd, biri üç bənd. Misraya 1 manat verirdilər. Bundan sonra hər il “Ulduz” jurnalında şeirlərim gedib. Hətta Yusif Səmədoğlu mənə “mənim şairim” deyirdi.

- “Azərbaycan təbiəti” jurnalı bağlanandan sonra siz öz qəzetinizi yaratdınız.

- “Ocaq” qəzetini açdım, ədəbi, bədii, siyasi qəzetdir, uzun illər davamlı çap olundu, sənin özünün də yazılarını, şerlərini bir neçə dəfə çap etmişəm. Amma indi maddi problemə görə qəzeti çıxara bilmirəm. Ömrümün 40 ili də “Azərbaycan” nəşriyyatında keçib.

1984-cü ildən taleyimi jurnalistikaya bağladım. Məsələ, burasındadır ki, jurnalistka ilə məşğul olsam da, jurnalistika şairliyimi üstələyə bilmədi, mən heç vaxt poeziyadan əl çəkə bilmədim. Sən də yaxşı şeirlər yazırdın, amma sonra jurnalistika səni üstələdi, amma məni üstələyə bilmədi (gülür).

İndiyə qədər 10-a yaxın kitabım çap olunub. “Duyğularım bir zəmidir” adlı ilk şeirlər kitabım 1989-cu ildə “Yazıçı” nəşriyyatı tərəfindən çap olunub.

O zamanlar kitab çap olunmamışdan əvvəl onu rəyə göndərirdilər. Ən qəribəsi odur ki, mənim kitabımı rəy üçün Məmməd Araza göndərmişdilər.

- Sizcə, bu təsadüf idi?

- Bəli. Məmməd Araz kitabıma müsbət rəy yazdı və kitabım çap olundu. O kitaba ön sözü akademik Nizami Cəfərov yazdı. “Bir dərvişəm yer üzündə” adlı kitabım 1990-cı ildə çap olundu. “Dərviş Vəli haqq aşığı” adlı üçüncü kitabıma Asif Ata ön söz yazdı. Asif Ata ədəbi tənqiddən uzaqlaşmışdı, o vaxt onu bir az sıxmışdılar…Akademiyanın yanında görüşdük, “mənim sənə bir borcum var” dedi. Mən də makinadan çıxmış şeiriləri ona verdim, bir də gördüm ki, kitaba ön söz yazıb.

- Dərvişlik hardan gəldi? Sizin dərvişliyinizin Nəqşibəndiliklə bir əlaqəsi varmı?

- Mən elə uşaqlıqdan ruhən dərvişvari olmuşam. Dərvişlik ruhumda var. Həm də Yunis Əmrə və ədəbiyyatdakı sufilər də ruhuma köçüb. O ruhani hisslər bizim qanımızdadır. O ocağın da təsiri var yəqin ki…Dərvişlik həm də Nəqşibəndilikdən, Hacı Mahmud Əfəndi ocağından gəlir, bu uşaqlıqdan qanımızda, canımızda olub.

Dedim ki:Ya şəhid ol, ya qazi ol, ya dərviş… Mən elə dərviş yolunu tutdum.

- XXI əsrin dərvişi olmaq çətin deyil ki?

- İndi dərviş olmaq çox çətindir, mən “dərvişəm” deyəndə çoxları mənə qəribə baxır. Rəhmətlik Alim Məhərəmli “Dərviş Vəliyə” adlı bir şeir yazmışdı, orda mənim dərvişliyimi tam açmışdı.

- Ədəbiyyatda kifayət qədər tanınan, qəbul olunan bir şairsiniz, ancaq elə bil bir qədər kənarda qaldınız… Fəxri ad, mükafat almayanların sırasındasınız, bu sizi narahat etmirmi?

- Mənim heç bir umacağım yoxdur. Ən böyük arzum o olub ki, həmişə şeirlərim yaşasın.

Heç nə istəmirəm dünyadan heç nə

Bir misram dolanıb gəzə dünyanı.

Xəyalım qoşulur durna köçünə

Yenə öz səfinə düzə dünyanı.

Yəni mən dünyadan heç nə istəmirəm, bir umacağım da yoxdur. Versələr də sağ olsunlar, verməsələr də.

- Bir vaxt dediniz ki, Qazaxda-Şıxlıda ev tikdirmisiniz, həmişəlik Bakıdan köçüb gedirsiniz…

- Şıxlıda bir ev tikmişəm. Mayın 5-də Bakıda Yazıçılar Birliyində 70 illiyik yubileyimi keçirdikdən sonra “əlvida Bakı şəhəri” deyib doğma Qazaxa köçüb gedəcəyəm.

- Yaradıcılıq taleyinizdən keçən insanların indi çoxu bu dünyada yoxdur. Kimlərin həyatda olmasını istəyirsiniz ki, dərdləşəsiniz? Daha çox kimin üçün darıxırsınız?

- Məmməd Araz, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Vaqif Cəbrayılzadə, Yusif Smədoğlu, Vaqif Səmədoğlu kimi böyük ədəbiyyat adamları ilə təmasda olmuşam.

Tale elə gətirdi ki, uzun müddət Məmməd Arazla işlədim. Universiteti bitirəndə diploma rəhbərim xalq şairi Bəxtiyar Vahabzadə oldu, mənə 5 yazdı, diploma işimi də elmi iş kimi genişləndirməyi tövsiyyə etdi, ancaq mən elmin yox, poeziyanın dalınca getdim. Bəxtiyar müəllimin sevimli tələbəsi idim.

Ən çox məni yandıran da, içimi göynədən də, heç zaman unuda bilmədiyim qardaşım Eldar Nəsibli Sibirel olub. O mənə qardaşdan başqa həm də yaxın dost idi, ikimiz də ədəbi mühitin içində olmuşuq. Onun avtomobil qəzasında cavan getməyi mənim içimi yandırır, göynədir.

Sən köçüb gedəli ay Məmməd Araz,

Dərdimi deməyə bir kimsə yoxdur.

Bu gün Məmməd Arazla dərdləşməyi, onu ömrün 70-də yanımda görməyi çox istəyərdim. Mənə çox ağrılı sual verdin.

- Doğulduğunuz Sibirə necə, gedə bildiniz?

- Yox, gedənmədim.

Bir şair yaşayır Biləcəridə

Yarı yuxuludur, yarı da sərxoş

Bir şair yaşayır Biləcəridə.

Əlləri cibində cibi də bomboş.

Maddiyyat imkan vermədi getməyə. Çox arzulayıram getməyi. Bəlkə bu yay Sibirə getmək arzum gerçəkləşdi. Getmək fikrim var. Gedib doğulduğum yeri görmək istərdim, dünyaya göz açdığım yer Sibirdir. Anamgil ordan çox danışardı. Böyük bacılarım orta məktəbi orda rus bitirmişdilər. Bizim ailədə ədəbiyyata böyük həvəs vardı, onlar hamısı ədəbiyyatçı idilər.

On il də adladım Müşfiq yaşını

Göz açıb dünyaya Sibirdə gəldim

Sinəmdə göyərməz qurğuşun daşı,

Mən yurda dirilib qəbirdən gəldim...

- Sibir-qəbir əzabı çəkmiş, represiya görmüş ailələrdənsiniz...

- Çox ağır, acı günlər yaşamışıq.

- 70 illiyin kitabını çap etmisiniz?

“Bu da bir taledir” adlı şeirlər kitabımı hazırlamışam, yəqin 10-15 günə işıq üzü görəcək.

Dünyanın ən xoşbəxtiyəm ki, torpaqlarımız işğaldan azad edildi. Xankəndində bayrağımız dalğalanır. Mənim bundan böyük sevincim yoxdur, ən böyük sevincim budur. 20 yanvar hadisəsinin də şahidi oldum, 30 il torpaq həsrətini də yaşadım, xalq olaraq başımız çox bəlalar çəkdi, amma sonda xoşbəxtəm ki, Şuşa azaddır, bu mənə bəsdir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ