Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6330 manat pulun oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Şəmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı