Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı cinayət işi başlanıb.
Dekabrın 12-də Bərdə rayon Polis Şöbəsinə rayonun Şorəlli kənd sakini, 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub.
Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natavan Süleymanovanın Bərdə şəhər sakini, 1999-cu il təvəllüdlü Habil İsmayılov tərəfindən oğurlanmasına əsaslı şübhələr olduğundan, sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Baki-xeber.com