Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qanunsuz ov etdiklərinə görə rayonun Orta Muğan kənd sakini olan 3 nəfər saxlanıb, onlardan 3 ədəd ov tüfəngi götürülüb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində isə rayonun Yenikənd kənd sakini olan 2 nəfərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı